İSTİ XƏBƏRLƏR
» » Millini necə milliləşdirək?

Millini necə milliləşdirək?


Bəlkə də yazının başlığını oxuyan oxucuların əksəriyyəti bu dəfə də əcnəbi futbolçuların yerli statusu alaraq milli komandamızda oynama ehtimalından danışacağımızı zənn etdi. Amma biz millini milliləşdirmək deyəndə yığma komandamızı azərbaycanlılaşdırmaqdan söz açmaq niyyətindəyik.  Düzdür, bu variant heç də real görünmür. Ən azı ona görə ki hazırda milli komandamızda xeyli sayda legioner çıxış edir. Üstəlik, əsas yığmamızda Dmitri Nazarav, Bədavi Hüseynov və Riçard Almeyda kimi milliləşdirilən futbolçular komandanın özəyini təşkil edən adlar sırasındadır. 

Yadınızdadırsa, milli komandamızın ötən ay baş tutan rəsmi oyunlarından öncə türkiyəli Həsən Hüseyn Acarın milli komandamıza cəlb olunması gündəmə gəlmişdi. Ölkənin əsas millisinin qarşıdakı oyunları ərəfəsində isə "Sumqayıt"ın israilli üzvü Əmir Ağayevə vətəndaşlıq verilməsi gündəmə gəldi. Macarıstanla matça dəvət olunanlar arasında adına rast gəlmədiyimiz Ağayevlə bağlı hələlik rəsmiləşən heç nə olmasa da, bu kimi söyləntilərin dolaşması yaxın gələcəkdə də millinin heyətində əcnəbi futbolçuları görəcəyimizə işarədir. Bəs görəsən, indiki halda milli komandamızdakı legionerlərdən imtina etmək və milli komandaya yalnız yerli oyunçular cəlb etmək olmazmı? Düzdür, əsas yığmamızda bəzi mövqelərdə səviyyəli futbolçu çatışmazlığı olduğundan legionerlərin milli komandamıza dəvət olunmasını normal qarşılamaq olar. Amma  millidə yığma komandamızı gücləndirə biləcək əcnəbilərə forma geydirməyin tərəfdarıyıq  Gəl ki, əcnəbilərdən  seçməmizə nəzərəçarpan fayda verməsi ilə seçiləni demək olar ki, yoxdur. Deməli, milli komandamızda forma geyən əcnəbilərdən imtina etməyə dəyər. İndiki halda bunun nə dərəcədə mümkün olduğunu mövqelər üzrə təhlil etməklə aydınlaşdırmağa çalışacağıq.

Qapı

Ölkə futbolunda heç vaxt səviyyəli qapıçı problemi olmasa da, vaxtaşırı milli komanda səviyyəsində legioner adlara rast gəlmişik. Vaxtilə Kazmir Qudiyev, 6-7 il öncəsinə qədər isə Andrey Popoviç əsas milliyə dəvət olunurdu. Hazırda isə Şahruddin Məhəmmədəliyev adı millinin hər təlim-məşq prosesində qarşımıza çıxır. Amma mövcud durumda yığma komandamızın məşqçilər korpusu Qazaxıstan "Tobol"unda özünü yaxşı tərəfdən göstərən və yüksəlişini millidə də davam etdirən Emil Balayevə, "Neftçi"də stabil çıxış edən Səlahət Ağayevə və "Qəbələ"nin əsas qolkiperi Anar Nəzirova güvənməklə milliləşdirilən qapıçıdan imtina edə bilər. Üstəlik, uzun illərdir Azərbaycan seçmə komandasının əsas "çərçivə qoruyucusu" olan Kamran Ağayevin də klubsuz günlərinin bitməsi durumunda yenidən yığmaya qoşulması mümkündür.

Müdafiə

Müdafiənin sol cinahında "Sabah"dan Təmkin Xəlilzadə və "Səbail"in üzvü Şəhriyar Rəhimov yer ala bilər. Yaxşı formada olduğu dönəmlərdə digər "Səbail"li Ürfan Abbasov və "Keşlə"dən Tərlan Quliyev də milli üçün faydalı ola bilər. Üstəlik, Quliyevin mərkəz müdafiəçisi kimi də çıxış etməyi bacardığı unudulmamalıdır. Bu durumda "Neftçi"nin üzvü Anton Krivatsuku rahatlıqla hərbi xidmətdən yayınmaq üçün Azərbaycana gəldiyi ölkəsinə - Ukraynaya yola salmaq olar. Rəşad Sadıqovun milli karyerasını bitirməsindən sonra mərkəz müdafiəçisi baxımından problemlərimiz olsa da, mövsümün əvvəlində "Qarabağ"da aldığı zədədən sonra heç cür formasını bərpa edə bilməyən Bədavi Hüseynovla vidalaşmaq olar. Müdafiənin mərkəzində Rahil Məmmədov, Bəhlul Mustafazadə, Ruslan Abışova bel bağlamaq, yaranmış boşluğu vaxtaşırı Maksim Medvedevlə də doldurmaq olar. Arxa xəttin sağ cinahında isə Maksim Medvedevlə Ukrayna "Aleksandriya"sında top qovan Pavel Paşayevə şans vermək olar. Milli komandamızın kapitanının mərkəz müdafiəçisi kimi çıxış etdiyi qarşılaşmalarda isə "Neftçi"nin üzvü Ömər Buludov heyətdə yer ala bilər.

Yarımmüdafiə

Başlayaq yarımmüdafiənin cinahlarından. Həmin mövqelər üçün ən layiqli namizədlər Araz Abdullayev, Mahir Emreli, Ağabala Ramazanov və Namiq Ələsgərovdur. Təbii ki, orta xəttin cinahlarından danışarkən "Zirə"li Cavid Hüseynovu da unutmaq olmaz. Yarımmüdafiənin mərkəzində isə Qara Qarayev, Eddi İsrafilov, Rahid Əmirqulliyev, Coşqun Diniyev, Emin Mahmudov və Rəhman Hacıyevdən başqa seçim yoxdur. Sonuncu iki futbolçunun yaradıcı oyunçu kimi çıxış etmək bacarığı onlara pleymeyker kimi şans verməyə də imkan yaradır. Hücumçuların gerisində oynaya biləcək daha bir oyunçu isə "Sabah"ın üzvü Cavid İmamverdiyevdir. 

Hücum

"Vuran ayaq"problemi bütün dövrlərdə ölkə futbolunun əsas çatışmazlığı sayılsa da, hazırda Moskva "Dinamo"sunun hücumçusu Ramil Şeydayev yığma komandamız üçün əsas qol silahı hesab olunur.  Bundan əlavə, Almaniyanın "Proyssen Münster" klubunun forvardı Rüfət Dadaşovla İngiltərə "Vulverhempton"unun Portuqaliya "Pakoş de Ferreyra"sına icarəyə verdiyi Renat Dadaşov yığmanın hücum xəttini təşkil edən yerli ön xətt oyunçusu ola bilər. Həmçinin yerli forvardlar siyahısına "Səbail"də top qovan Mirabdulla Abbasov, "Neftçi"dən Rauf Əliyev və  Latviyanın "Liepaya" klubunun üzvü Vüqar Əsgərov "yerli milli"ni təşkil edə bilər.


Tural MƏMMƏDOV



Rəy bildir +
Oxşar xəbərlər
AFFA-nın menyusuna:  Türkiyədən kimlər gəlsin?
18:0410 iyul

AFFA-nın menyusuna: Türkiyədən kimlər gəlsin?

Azərbaycan futbolunun hazırkı ağrılı durumunu ifadə etmək üçün böhran sözünü işlətmək və ya hər hansı buna bənzər ifadə tapmaq olar. Reallığın diqtə etdiyi isə odur ki, dünya futbolunun autsayderlərindənik. Ən azı milli özəlliklərə və tarixi adət-ənənəyə görə autsayder statusuyla barışmaq çətindir.

Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…
17:4326 iyun

Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…

Məlum olduğu kimi, müstəqillik dönəmindən fərqli olaraq,   Sovet dövründə postsovet ölkələrində futbolçuların əcnəbi klublara üz tutması o qədər də dəbdə deyildi. Təbii ki, bunun da tutarlı səbəbləri var idi. Belə ki, karyerasını xaricdə davam etdirmək niyyətində olan futbolçular kommunizm

Millidə son durum necədir?
15:5004 iyun

Millidə son durum necədir?

Təxminən bir ay öncə başa çatan Topaz Premyer Liqasının yekunlaşmasının ardından ölkəmizin futbol arenasında həyəcan səngisə də, milli komandamızın AVRO-2020-nin seçmə mərhələsində "ev" oyunlarının yaxınlaşması həyacanın minumuma enməsini əngəlləyir. Nə də olsa, yığmamızı  yaxın günlərdə vacib

Tüfənglər gec-tez açılır
15:4707 iyun

Tüfənglər gec-tez açılır

- Ramazan, ay Ramazan, hardasan can balam! Əsil adı Əmir olsa da,  ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar.  Əmir anasının  səsini eşidib otaqdan eyvana çıxdı:

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.