İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Xatirələr

Uşaqlığını Moskvada keçirən Akif Nağı öz seçicilərinə söyləyir:

- Birincidə oxuyanda hər səhər 187 nömrəli trolleybusa minib 8 dayanacaq gedir, sonra 564-cü avtobusla 237-ci mikrorayona gəlir, orada 11 binanı keçib, 1128 nömrəli məktəbə çatırdım. Həmin məktəbdə mənə 1-dən 10-dək saymağı öyrədirdilər.


Dəqiqləşdirmə

Özəl təcili tibbi yardım stansiyası ara günləri saat 10.00-dan 18.00-dək işləyir. Şənbə və bazar günləri istirahətdir. Bizim yüksək servizimizi, peşəkar tibbi heyətimizi nəzərə alıb, xahiş edirik ki, məhz göstərilən müddətdə xəstələnib həkimə ehtiyac duyasınız.


Elan

Sabah uşaq bağçası - körpələr evində yaxın ərazilərdəki villaların həyətini təmizləmək üçün iməclik keçiriləcək. İməclikdə iştirak etməyən valideynlərə uşaqları verilməyəcək.


Antireklam

Səhiyyə və sosial inkişaf nazirlikləri xəbərdarlıq edirlər: Müalicə olunmaq və təqaüdə çıxmaq sizin sağlamlığınız üçün zərərlidir.


Hazırcavablıq

Balaca Aylayla Cavad televizora baxırlar. İllüzionçu qutuya saldığı qızı mişarla "kəsir".

Ayla soruşur:

- O kişi qızı nə üçün mişarla kəsir?

Cavad cavab verib:

- Yaşını öyrənmək üçün.


Lətifə

Bir gün gecə saat 2 olur, Mamed evə gəlmir. Arvadı zəng vurur qaynanasıgilə. Deyir:

- Ay qaynana, saat 2-di, amma Mamed evə gəlməyib. Bəlkə başqa arvadı var, onun yanına gedib?

- Ay gəlin, niyə ağlına pis-pis fikirlər gətirirsən? Bəlkə bıçaqlayıblar, bəlkə maşın vurub?


Xəbər

"Almalı" super marketi ilə rəqabətə tab gətirmək üçün Pioner Pərviz öz marketinin adını dəyişib "Armudlu" qoyub.


Elan

Ölkədə kifayət qədər populyar olan qızlar.az saytının qızların tanınmasında böyük rolunu nəzərə alıb Sumqayıtın 9-cu mikrorayonundakı "şoferlər domu”nun oğlanları oğlanlar.ala adlı sayt yaratmaq fikrinə düşüb: qızlar.az və oğlanlar.ala.


Olmuş hadisə

Qiyas müəllim kinoteatrdan çıxanda söyləyir:

- Bax, hamı deyir bu film axmaqlar üçündür, ancaq mən onu çox bəyəndim.


Lətifə

Vasiliy İvanoviç səhər tezdən paxmel halda yuxudan ayılır. Petka ona təəccüblə baxır:

- Yoldaş Çapayev, sənin yadındadır, gecə hansı tostu söylədin?

- Yox.

- Doğrudan?

- Müqəddəs Məryəm haqqı. Hansını söylədim ki?

- Sən ayağa durdun. Samaqonu ağzına kimi stəkana doldurdun. Və dedin: Putinin sağlığına!

- Hə, nə olsun ki? Normal tostdur da. Cənab prezidentin sağlığına içmək bəyəm qəbahətdir?

- A kişi, indi 1918-ci ildir. Putin hələ anadan olmayıb!


Pyes

- Ey, mən deyən kimi et. Sağa dön!

- Yox, yox, ona qulaq asma, mən deyən kimi et, sola dön!

- Dedim ki, sağa dön!

- Ay axmaq, sənə dedilər axı sola dön!

P.S. Aparıcının səsi: Siz "Müxalifət" adlı telepyesi dinlədiniz.


Həyat fəlsəfəsi

Pessimist yalnız qaranlıq tuneli görür.

Optimist - tunelin sonunda işıq görür.

Realist həm tuneli, həm işığı, həm də relslərlə gedən qatarı görür.

Qatar isə relslərin üstündə oturmuş üç sərxoş axmağı görür.


Lətifə

Təpəgöz, div və yeddibaşlı əjdaha məktəbdən gəlirlər.

Təpəgöz deyir:

- Mən dörd aldım.

Div deyir:

- Mən beş aldım.

Yeddibaşlı əjdaha deyir:

- Mən də on dörd aldım.

Hamı təəccüblə soruşur:

- Bu necə olur?

- Hər başım yağlı bir "iki" aldı.


Fraza

Məşhur o şəxsdir ki, bütün ömrünü qarışqa kimi əlləşir ki, məşhurlaşsın. Sonra da qara eynək taxır ki, onu addımbaşı tanımasınlar. 


Sirrsaxlayan

Bankın kassiri diqqətlə çekə baxıb deyir:

- Xanım, ərinizin imzası nəsə əyri-üyrüdür.

- Eh... O alçağın həmişə üstünə beşatılan tuşlananda əlləri əsir.


Elan

"Tanışlıq" rubrikasındakı elandan sətirlər:

"Mərhəmətli, gözəl qızla tanış olmaq istəyirəm. Vallah, eybəcər və qəzəblilərdən artıq bezmişəm..."

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari