İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda idman festivalı keçirilib

Sumqayıtda idman festivalı keçirilib

Sumqayıtdakı “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində idman festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş festival Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Festival çərçivəsində idmanın müxtəlif növləri üzrə yarışlar və rəsm sərgisi keçirilib. Tədbirdə cüdo, yunan-Roma güləşi, sərbəst güləş, futbol, idman gimnastikası, bədii gimnastika, kikboksinq, boks və karate üzrə müxtəlif yarışlarda 400-dək idmançı iştirak edib.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıtın da sosial-iqtisadi və mədəni həyatında davamlı inkişaf əldə edilib. E.Hümbətov son dövrlər Sumqayıtda görülən işlərdən, idmanın inkişafına təkan verən tədbirlərdən danışıb, atletlərə uğurlar arzulayıb.

Şəhər veteranlar şurasının sədri Sovet Şükürov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Məmməd Eyvazov, “Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin şəhər şöbəsinin sədri Tərlan Hacızadə və Əməkdar məşqçi, “Tərəqqi” medalçısı Mirağa Qiyasov dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan söz açıblar.

Sonra şəhərin yeniyetmə və gənclərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Fərqlənən iştirakçılara Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim olunub.

Tədbir idmançıların nümunəvi çıxışları ilə başa çatıb.
Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda Avropa çempionatında yüksək nailiyyətlər qazanmış paralimpiyaçılarla görüş
16:0802 avqust

Sumqayıtda Avropa çempionatında yüksək nailiyyətlər qazanmış paralimpiyaçılarla görüş

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində bir qrup paralimpiyaçı ilə görüş keçirilib. Tədbirdə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə İtaliyanın Genov şəhərində keçirilən para-cüdo üzrə Avropa çempionatında yüksək idman nailiyyətləri qazanmış İlham Zəkiyev, Namiq Abbaslı, Kənan

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Heydər Əliyev "Neftçi"ni,  Banişevski və Kramarenkonu necə xilas etdi?
18:5710 may

Heydər Əliyev "Neftçi"ni, Banişevski və Kramarenkonu necə xilas etdi?

Üç gün sonra müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin doğum günüdür. Təbii ki, belə bir əlamətdar gün ərəfəsində Ulu Öndərin ölkəmiz üçün etdikləri, bütün sahələrdə göstərdiyi xidmətlərdən bəhs olunur. Heç şübhəsiz ki, Heydər Əliyevin ölkənin idman sahəsində də xidmətləri az olmayıb.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür