İSTİ XƏBƏRLƏR
» » İsveçrəli iş adamları Sumqayıtda

İsveçrəli iş adamları Sumqayıtda

 

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.

Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə danışılıb. 

Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarının rezidentləri və onların istehsal etdikləri məhsullar barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan və İsveçrə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin "Holcim" şirkəti, İsveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilmiş inşaat qatqıları zavodu bu sahədə əməkdaşlığın uğurlu nümunələridir.

Jan-Rene Furniye İsveçrə iş adamlarını Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına investisiya yatırmağa cəlb etməkdə maraqlı olduğunu bildirib, sənaye parklarında rezidentlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.


Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş
16:0622 aprel

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastian Badisc, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georg Karabaczek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar
17:0617 aprel

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar

Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Suhl, Almaniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Tobias Baumann, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine Sumqayıt Kimya Sənaye Parkında olublar.