İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Xurma 

Azərbaycanda meyvə festivalları dəbi öz ağuşuna yeni bir meyvəni də aldı. Beləliklə, Qubanın alma, Şamaxının üzüm, Göyçayın nar festivallarının ardınca bu ayın 26-da Balakəndə də xurma festivalı keçiriləcək. Balakən rayon icra hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyt nazirliklərinin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqə və yarışlar təşkil olunacaq. Festivalda səfirliklərin təmsilçiləri, dövlət qurumları nümayəndələri, deputatlar, tanınmış simalar xurma istehlakçıları və rayon sakinləri ilə birlikdə iştirak edəcəklər, xurma festivalı xurma ağacları əkməklə və konsert proqramı ilə başa çatacaq.

Əcaba, bəs nə vaxt bizim əlaqədar qurumlar Sabirabad qarpızını, Mərəzə şorunu, Hövsan soğanını, Naxçıvan duzunu, Zirə pomidorunu, Ağsu heyvasını, Gədəbəy kartofunu da sevindirəcəklər?


İnfiniti

Paytaxtın məşhur gecə klublarından biri olan "İnfiniti"nin adı növbəti qalmaqalda hallandıqdan sonra illərlə dava-dalaş və əxlaqsızlıq yuvası kimi tanınan bu obyekt bağlandı.

Sən demə, 2017-ci ildə obyekt sahibləri "Azərişıq" ASC-nin Nərimanov rayon şöbəsinə işıq çəkilməsi üçün 29 min manat rüşvət ödəyiblər, 2018-ci ilin dekabr ayınadək isə 100 min manat rüşvət verməklə dövlətə işıqpulu verməkdən yayınıblar.

Rüşvəti alan və dövlətə külli miqdarda ziyan vuran şəxslərin də kimliyi müəyyənləşib. Bunlar "Azərişıq" ASC-nin Nərimanov rayon idarəsinin aparıcı mühəndisi İlham Məmmədov və mühəndisi İlkin Hüseynovdur. Hazırda bu şəxslər barədə cinayət işi açılıb, məhkəmə gedir.

Çox təəssüf ki, "Azərişıq", "Azəriqaz" və "Azərsu" idarələrində yurd salan neçə-neçə belə xırda məmurlar dövlətə keçəsi milyonlarla pulu insafsızcasına mənimsəməkdədirlər.

"İnfiniti"nin bağlanması isə əsil toy-bayram hesab edilə bilər.



Nazir müavinləri

Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edildikdən və onun yerinə Əli Əsədov təyin olunduqdan sonra hamı yeni baş nazirin öz müavinlərini dəyişəcəyini gözləyir. Yeni baş nazir isə ilk addımı müavinləri dəyişməklə yox, onlar arasında konkret iş bölgüsü aparmaqla atdı.

Ən yaşlı müavin - 75 yaşlı Hacıbala Abutalıbov keçmiş müavin Abid Şərifovun nəzarətində olan sahələrə, o cümlədən fövqəladə hallarla bağlı məsələlərə cavabdehlik daşıyır.

Yaşca ikinci olan - 74 yaşlı Yaqub Eyyubov vəzifəcə müavinlərin ən böyüyüdür, birinci müavindir. O, əsasən energetika və müdafiə məsələlərinə, idxal-ixrac, biznes mühiti əlverişliliyi məsələlərinə cavabdehdir.

Nisbətən gənc - 71 yaşlı və 21 il baş nazir müavini stajı olan Əli Həsənova hüquq-mühafizə orqanları ilə iş, meliorasiya sahəsi və s. məsələlərə nəzarət həvalə olunub.

Nəhayət, ən gənc müavin - 66 yaşlı Əli Əhmədov sosial məsələlərə cavabdehlik daşıyır.

Hər halda, yeni baş nazir müavinlərinin təyin ediləcəyi qaçılmazdır.

Kimin bəxti gətirəcək? Və kiminki gətirməyəcək? Bir özünüz də təxmin edin.


Xanım Şaxtorina

Rusiyanın Altay vilayətində fəaliyyət göstərən "Hot Tur" turizm firmasının direktoru Olesya Şaxtorina bu həftə gündəmə öz dələduzluq əməlləri ilə gəldi. Belə ki, Şaxtorina Altay vilayəti sakinlərinə isti ölkələrə putyovkalar satıb, 10 günlük paketlər alan müştərilər cəmi 7 gün dincələ biliblər, 5 ulduz otelə pul ödəyənlər yalnız 3 ulduz otel görüblər. Amma bu da hamısı deyil. Son dönəmdə Şaxtorina 12 zərərçəkənə düz 2 milyon rubl atıb, onlardan pul alsa da, heç bir turpaket verməyib.

Hazırda Rusiya hüquq-mühafizə orqanları dələduz xanıma qarşı cinayət işi açıblar. Və ən maraqlısı: Şaxtorinanın əri dindirilərkən məlum olub ki, dələduz xanım iki uşağını da götürüb, Azərbaycanda, Xəzər sahilindəki kurortlardan birində dincəlir, geriyə qayıtmağı da düşünmür.

İnsanda təmkinə, soyuqqanlılığa bir baxın e!


Erməni zərərçəkən

Moskvada fəaliyyət göstərən və ermənilərə məxsus "Armeniya" restoranı şəhərin mərkəzində icazə verilməyən aksiya keçirən rusiyalı müxalifətçiləri məhkəməyə verərək onlardan iri məbləğdə pul təzminatı ödəmək haqqında qərar çıxarılmasına nail oldu. Cavabdeh rolunda Rusiya müxalifətinin lideri Aleksey Navalnı, Antikorrupsiya Cəmiyyətinin əməkdaşı Georgi Alburov və Duma seçkilərinə qatılarkən namizədliyi qeydə alınmayan Lyubov Sobol göstərilir.

Restoran sahiblərinin iddiasına görə, müxalifətçilərin ucbatından həmin gün iş yerini bağlamalı olublar və 551 min rubl zərər ediblər.

Aleksey Navalnı özünün "Youtube" kanalında ermənilərin bu cür hərəkətinə  heyrətini gizlətməyib və hətta onları ələ də salıb. O, qeyd edib ki, həmin gün bütün obyektlər, o cümlədən "Armeniya" restoranı normal işləyib, guya restoranın bağlanması ağ yalandır. İkincisi isə, iddiaçının göstərdiyi zərər rəqəmini bölsək, hər müştəriyə 4 kiloqram ət düşür. Bu da insan yox, Hannibal ölçüsünə uyğun gəlir.

Doğrudan da, Navalnı indiyə kimi bilməyib ki, erməni elə Hannibal deməkdir.


Könüllülər

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyat Azərbaycan cəmiyyətində hədsiz əks-səda doğurub. Hətta Türk Ordusu sıralarında döyüşmək üçün müraciət edənlər də var.

Azərbaycanın Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının üzvü Emil Həsənli bildirib ki, "Artıq 100 Azərbaycan vətəndaşı könüllü olaraq müraciət edib. Türkiyənin Suriyada keçirdiyi əməliyyatı Azərbaycan qaziləri, təqaüddə olan zabitlər, şəhid ailələri, gənclər, bütünlükdə Azərbaycan xalqı ürəkdən dəstəkləyir".

Və biz yenə təəssüf hissi ilə qeyd etmək istəyirik: bizim könüllülər Ərəbistan çöllərinə tökülüb ərəblərin yolunda canlarını fəda edirlər, amma biz Qarabağ savaşı, partizan hərəkatı aça bilmirik ki, onlar da, digərləri də vətən yolunda vuruşsunlar!

Rəy bildir +
small cash loans cash advance loan micro credit loans loan colorado payday loans
13 noyabr 2019 04:46
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
22:5825 sentyabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

"Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür