İSTİ XƏBƏRLƏR
» » Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib

Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, aprelin 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Ramiz Rzayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin şəhərdə ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ali Məhkəmənin sədri Sumqayıtda Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar şəhər sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ali Məhkəmənin sədri, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin işi ilə tanış olub. Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ramiz Rzayev bu mühüm Fərmanın məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
Rəy bildir +
Oxşar xəbərlər
Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Zakir Fərəcovun səyyar qəbulları davam edir
10:1216 aprel

Zakir Fərəcovun səyyar qəbulları davam edir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü aprelin 12-də Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində keçirib.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO