İSTİ XƏBƏRLƏR
» » Dağıdıcı zərbə!

Dağıdıcı zərbə!



Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan format çox uğurla seçilmişdi. Gələn il İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümünün qeyd olunacağı faktı vaxtında müzakirə olunub və məhz bu kontekstdə Azərbaycan Prezidentinin çıxışı aktual səslənib.

Bunu politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Azərbaycan dövlət başçısının həmin iclasda çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezidentin Aşqabaddakı çıxışı N.Paşinyana güclü zərbə oldu:

"Həm də bu zərbə təkcə üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njdenin şəxsiyyətinə deyil, hərbi cinayətkarın fəaliyyətini müdafiə edən indiki Ermənistan rejiminə də endirildi. Azərbaycan Prezidenti öz arqumentləşdirilmiş çıxışında ensiklopedik arayışlara, sənədlərə, hərbi tarixçi və alimlər tərəfindən təsdiqlənmiş müxtəlif mənbələrə əsaslandı. Ona görə də güclü informasiya və ideologiya zərbəsinə məruz qalmış N.Paşinyanın ruhdan düşməsi təəccüb doğurmur. Fikrimcə, o, bu zərbədən uzun müddət özünə gələ bilməyəcək. Erməni baş nazirin hərbi cinayətkarın müdafiəsi üçün etdiyi cılız çıxış bir daha göstərdi ki, o, əli öz ölkəsini qoruyan insanların qanına bulanmış üçüncü reyx əlaltılarını hər cür müdafiə edir. Paşinyanın bəraətləri çox cılız və primitiv idi və fikrimcə, görüşdə iştirak edənlər baş verənlərdən düzgün nəticə çıxardılar".

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışı dünya mətbuatında, Rusiya nəşrlərində geniş əks-səda doğurub, rusiyalı rəsmi şəxslərin, xüsusilə də Dövlət Dumasının deputatlarının dəstəyini qazanıb. O əlavə edib ki, bu dəstək vaxtlı-vaxtında ifadə olunub və Azərbaycan Prezidentinin vurğuladığı vacib aspektlərdən qaynaqlanıb: "Fikrimcə bu, fəal informasiya və diplomatiya hücumu vəziyyəti adlanır və Azərbaycan Prezidenti bunu növbəti dəfə nümayiş etdirdi".

***

Ermənistan səylə nasizmin qəhrəmanlaşdırılmasını təbliğ edir. Bu ölkənin Baş naziri N.Paşinyanın Aşqabad sammitində dedikləri heç bir məntiqə sığmır. Onun Njdenin qəhrəmanlığı barədə bəyanatları tamamilə destruktivdir və ilk növbədə Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın dəstəklədiyi nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə strategiyasına ziddir.

Bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

Ekspertin fikrincə, bununla da N.Paşinyan nəticələri nəzərə almadan növbəti dəfə Moskvanın bostanına daş atıb:

"Amma, Paşinyan böyük səhv edir. Rusiyanın gec reaksiya verməsi və hələ də heç bir irad bildirməməsi heç nəyi ifadə etmir. Hələlik, Moskva Ermənistanın yeni hakimiyyətini ağıllandırmağa çalışır, bunun üçün son ümidlər də itsə, fikrimcə, daha kəskin addımlar atılacaq".

Y.Mixaylov hesab edir ki, İrəvan indiki hökumət zamanında faşizmin qəhrəmanlaşdırılması kursunu götürüb:

"Əks təqdirdə, onun SS legionuna rəhbərlik etmiş, üçüncü reyxin əlaltısı Qaregin Njde barədə xüsusi fikri izahedilməzdir. Elə alınır ki, bu ölkə həm də faşizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə çağıran müraciətə imzasını qoymalıdır. Hesab edirəm ki, Azərbaycan lideri Aşqabad sammitindəki bəyanatında əvvəllər SSRİ-nin tərkibində olmuş və indi Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirib".


Rəy bildir +
Oxşar xəbərlər
İsrailli politoloq:   Faşist əlaltıları bugünkü   Ermənistanın qəhrəmanına çevrilib
18:2215 oktyabr

İsrailli politoloq: Faşist əlaltıları bugünkü Ermənistanın qəhrəmanına çevrilib

Faşist əlaltıları bugünkü Ermənistanın qəhrəmanına çevriliblər. Bunu Trend-ə israilli ekspert Yuri Boçarov Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njde haqqında sözlərini şərh edərkən deyib.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

...və nida işarəsi!
16:5708 oktyabr

...və nida işarəsi!

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi. 

Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,