İSTİ XƏBƏRLƏR
» » Sumqayıt-70 Yaponiya televiziyasında

Sumqayıt-70 Yaponiya televiziyasında


Yaponiyanın "World Investors TV" internet televiziyasında Azərbaycanın uğurlarından və Sumqayıt şəhərinin 70 illik yubileyindən bəhs edən xüsusi veriliş yayımlanıb.

Verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və "Kakusei Space Innovation" şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, cari ildə 70 illik yubileyi qeyd edilən Sumqayıt şəhəri haqqında yapon tamaşaçılara ətraflı məlumat veriblər.

Verilişdə müstəqilliyinin bərpasından sonra Azərbaycanın üzləşdiyi çətinliklərdən, o cümlədən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən bəhs olunub. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ölkə Prezidenti seçilməsindən sonra Azərbaycan dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atır. Ölkəmiz böyük beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib.

Azərbaycana səfərləri barədə ətraflı məlumat verən verilişin aparıcıları və qonaqlar xalqımızın yüksək qonaqpərvərliyi, zəngin və qədim mədəniyyətimiz, Bakının və regionların müasir inkişafı haqqında da danışıblar.

Verilişdə Azərbaycanın böyük sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıt şəhəri barədə də ətraflı məlumat verilib. Yaşayış məntəqəsi kimi qədim tarixə malik bu məkanın 1949-cu ildə şəhər statusu aldığı qeyd edilib. Bildirilib ki, sovet hakimiyyəti illərində mühüm sənaye mərkəzlərindən biri olan Sumqayıtda müstəqilliyin bərpasından sonra da böyük sənaye potensialı yaradılıb. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb.

Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində burada Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin digər mühüm obyektlər qurulub. Şəhərin iqtisadi infrastrukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, həmçinin yüngül sənaye sahələri qabaqcıl texnologiyalarla təchiz edilib.

Bildirilib ki, Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin inkişafında da mühüm uğurlara nail olub.

Yaponiyanın Aomori şəhəri ilə eyni en xətti üzərində yerləşən Sumqayıtın müasir turizm potensialına malik olduğu xüsusi vurğulanıb. Burada inşa edilmiş müasir otellər şəbəkəsi və yollar turist axınının ilbəil artmasına böyük təkan verib.

Veriliş boyunca Sumqayıtın nailiyyətlərini əks etdirən fotolar təqdim olunub.

Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu
16:3513 iyul

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 12-də Bakıda "Ulu Öndər" sənədli filminin və eyniadlı mahnının təqdimatına həsr olunan tədbir keçirilib.

"Dumanlı Albion", Uzaq Şərq və Tramp
15:3210 iyul

"Dumanlı Albion", Uzaq Şərq və Tramp

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca saldı. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli