İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

Lətifələrin reytinqi

5-ci yer

- Alo.
- Bəli
- Oy, bağışlayın, deyəsən səhv düşmüşəm!
- Zibilin biri zibil, bir bax da, gör kimə zəng eləyirsən!
- Zibil özünsən, axmaq insan. Sən heç bilirsən, kiminlə danışırsan?
- Kimsən ki?
- Mən Polis idarəsinin rəisi Soltanovam.
- Bəs sən bilirsən, kiminlə danışırsan?!
- Yox!
- Allaha çox şükür.

4-cü yer

Ötən gün küçədə bir gözəllər gözəli, gödək ətəkdə can alan qız gördüm. O qədər xoşuma gəldi ki, bayıldım. "Necə tanış olaq" deyə çox baş sındırdım. 
Axırda bir əllilik çıxarıb üstünə telefon nömrəmi yazıb qıza uzatdım ki, bağışlayın, bu pul sizdən düşdü.
Qız pulu alıb "sağ olun" deyib gülümsədi, heç o yan-bu yanına diqqət etməyərək dərhal qarşıdakı şələbığ, iki yüz kilo çəkisi olan dönərçidən bir dönər alıb yeməyə başladı.
Dəhşətlisi qızla tanışlığımın baş tutmaması, əlli manatımın itkisi deyil. Dəhşətlisi həmin o şələbığ, iki yüz kilo çəkisi olan dönərçinin gecə yazdığı "dönəri bəyəndinmi, ürəyim? Daha nömrəni mənə vermisən, hər gün sənə yazacağam, bir dənəm" mesajı oldu.

3-cü yer

Anekdotı.ru portalında həftənin lətifəsi.
Keşiş kilsəyə ibadətə gələn kütləyə müraciət edir ki, xahiş edirəm, yeni tikiləcək daha geniş və daha yaraşıqlı kilsə üçün pul ayırın.
İlk olaraq onun çağırışına gənc bir fahişə reaksiya verir:
- Müqəddəs ata, mən min dollar verirəm, Allah işinizi avand eləsin!
Keşiş tərəddüdlə deyir:
- Bilirsiniz, hərçənd bizim pula hədsiz ehtiyacımız var, ancaq mən bu çirkli  pulları sizdən ala bilməyəcəyəm.
Belə olduqda arxa cərgələrdən kostyumlu, qalstuklu bir şəxs yüksək intonasiya ilə deyir:
- Götürün, müqəddəs ata. O verən də bizim pullardır.

2-ci yer

Ər və arvad axşam ziyafətə getməlidirlər. Geyinib keçinirlər, pişiyi də evdən çölə qovurlar ki, evdə tək qalıb evi dağıtmasın.
Bir neçə dəqiqəyə taksi gəlir. Bu vaxt kişi pişiyin eyvana dırmaşdığını görür. Dərhal evə qayıdır ki, pişiyi çıxarsın.
Qadın taksiyə otururur. Oğurluq baş alıb getdiyi üçün sürücü onların mənzillərində heç kəsin qalmadığını zənn etməsin deyə qadın gülümsəyir:
- Üzr istəyirəm, bir-iki dəqiqə gözləyək. Anam evdədir. Həyat yoldaşım ona şirin yuxu arzulayıb gələcək.
Bir neçə dəqiqədən sonra kişi qayıdıb gəlir və taksiyə əyləşir.
Qadın soruşur:
- Əzizim, bəs niyə belə gec?
- O sırtıq, murdar məxluq çarpayının altına girmişdi. Piyli cəmdəyini zorla dartıb çıxartdım. Sonra da o həyasız qancığı adyala büküb pilləkənlərlə aşağı dığırladıb küçəyə atdım.

1-ci yer

Gənc vaxtı arxeoloq işləyən Hadı müəllim Rəcəbli bir dəfə arxeoloji dəstə ilə Şəmkir yaxınlığındakı Erkən neolit dövrünə aid qazıntılarda çalışır. Axşamüstü onlar çadırın ətrafında tonqal qalayıb yeyib-içməyə başlayırlar. Bu vaxt duman kimi ağcaqanadlar onlara basqın edir. Yazıqlar ha çabalayırlar, özlərini qoruya bilmirlər. Əlacsız qalıb ocaqı söndürürlər özləri də çadırlara doluşurlar.
Kefi kök olan Hadı müəllim səhərə yaxın ehmalca başını çadırdan çıxarır ki, görsün ağcaqanadlarla bağlı vəziyyət necədir.
O, qaranlıqda bərq vura-vura uçuşan işıldaböcəkləri görüb dəhşət içində çadırdakı dostlarını haraylayır:
- Ay camaat! Ağcaqanadlar fənərlərlə qayıdıblar. Bizi axtarırlar!

***

Foto-fakt

Mağazaların piştaxtalarında yeni məhsul görünməyə başladı: "Qarabağ" adlı günəbaxan tumları.
Bu yerdə 2-ci dünya müharibəsi, "Pobeda" avtomobili və İosif Stalinlə bağlı bir əhvalat düşdü yadımıza. Avtokonstruktor yeni hazırladığı "Rodina" (Vətən) avtomobilinin maketini gətirib Stalinin qarşısına qoyur, deyir, xaricilərdən əsla geri qalmayan möhtəşəm bir avtomobil olacaq, adı da "Vətən".
Stalin qaşlarını çatıb soruşur:
- Neçəyə satacağıq vətəni? 
Konstruktor da, söhbətin digər iştirakçıları da donub qalırlar, bir söz söyləyə bilmirlər. Dərhal qərar qəbul edilir ki, avtomobilin adı "Rodina" yox, "Pobeda" (Qələbə) olsun. Beləcə, məşhur "Pobeda" avtomobillərinin istehsalına başlayırlar.
İndi işbazlarımız "Qarabağ" adlı günəbaxan tumları buraxırlar.
Neçəyə satırlar "Qarabağ"ı?!
İyirmi qəpiyə!

Dodaqqaçdı

Dalay Lamaya deyirlər ki, sən olmayan yerdə bir nəfər sənin dalınca söyürdü. Dalay Lama gülümsəyərək cavab verir:
- Mən olmayan yerdə qoy məni lap döysünlər, eyib etməz.

***

Qara yumor

Sən cinayət edirsən, polis sevinir. Sən xəstələnirsən, həkim sevinir. Sən təhsildə axsayırsan, müəllim sevinir. Maşının xarab oldu, maşın ustası sevinir. Sən öləndə də molla şadlıq edir.
Tək bircə sənin imkanlı olmağını istəyən var, o da oğrudur.

***

Qarğış

Hal-hazırda evimizə ölü sükutu çöküb. Atam saatlardır gözlərini bir nöqtəyə dikib siqaret çəkir. Anam isə hey valerian içib ürəyini ovuşdurur. Səbəb: Stolumuzun üstündəki 7 dəvətnamədir. Məhərrəmlik çıxan kimi bizi 7 toy gözləyir.
P.S. Başınıza gəlsin!

***

Dialoq

- Yeni il maskaradına nə paltar geyəcəksən, nə obrazını canlandıracaqsan?
- Mən Şrek.
- Maska almısan?
- Hələ yox. Alacam. Bəs sən?
- Mən də Gözəl.
- Maska almısan?

Hazırda Azərbaycanda televiziya izləyiciləri ən çox Murad Dadaşovun "Maşın" realiti şousuna baxırlar. Ümumən isə mənzərə belədir:

1. "Maşın" realiti şousu            55%
2. Seriallar                     20%
3. Şou-biznes proqramları         13%
4. Sosial mövzulu tok-şoular      9%

99.  Maarifləndirici proqramlar   0,01%
100.  Qarabağ həqiqətləri         0,005%

***

Kəs, saxla!

- Alı təhsildən başqa insan mütləq ən azı orta anlayışa və ibtidai tərbiyəyə malik olmalıdır!
- Qadını isterikaya hər şey çatdıra bilər. Kişini isterikaya isə yalnız qadın çatdıra bilər!

Rəy bildir +
payday loans surrey cash advance payday loans direct lenders only no teletrack payday advance online loans for emergencies
13 noyabr 2019 03:40
Oxşar xəbərlər
Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO