İSTİ XƏBƏRLƏR
» » Azərbaycan karbamidi ilk dəfə Latın Amerikasına ixrac olunur

Azərbaycan karbamidi ilk dəfə Latın Amerikasına ixrac olunur



Cümə günü Azərbaycan karbamidinin "SOCAR Carbamide" zavodundan dəmir yolu vasitəsilə daşınmasına başlanılıb.

SOCAR-dan AZƏRTAC–a verilən məlumata görə, böyük kisələrdə olan karbamid "SOCAR Carbamide" zavodunda yük avtomobillərinin platformasına yüklənir və yarımvaqonlara yenidən yüklənməsi üçün Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində zavoda çəkilmiş dəmir yolu ilə stansiyaya göndərilir.

"SOCAR Marketing və Operations" İdarəsi "Caspian EPC Company" şirkəti ilə birlikdə nəqledilmə layihəsinin ideya müəllifidir, eyni zamanda, "SOCAR Carbamide" zavodundan H.Z.Tağıyev stansiyasına qədər logistik halqa proseslərini tənzimləyir və ona nəzarət edir.

1984 ton həcmindəki ilk karbamid partiyasının alıcısı qismində "Dreymoor Fertilizers Overseas PTE LTD" və "MADDOX Georgia LLC" tərəfdaşlığı çıxış edib. Yük Batumi limanına çatdırılacaq, oradan isə gəmi ilə Latın Amerikasına göndəriləcək.

Qeyd olunub ki, karbamidin böyük kisələrlə nəqli layihəsində Azərbaycanda və Gürcüstan ərazisində nəqliyyat-ekspeditor xidmətləri göstərən "Global Terminals Corporation LLC" şirkəti və SOCAR ilə alıcılar arasında sorğu şirkəti olan SGS şirkəti iştirak edib. Yükün Azərbaycanın dəmir yolu ilə daşınmasının təşkilatçısı "ADY Express", Gürcüstan ərazisində isə "GR Logistics and Terminals" şirkətidir.

Xatırladaq ki, "SOCAR Carbamide" zavodu 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək. "SOCAR Carbamide" zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir və onun ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.
Rəy bildir +
pacific cash advance loans online personal loan interest rates in usa cash advance loans first advance cash
13 noyabr 2019 07:11
Oxşar xəbərlər
"SOCAR Karbamid" özünü necə doğruldur?
17:0721 avqust

"SOCAR Karbamid" özünü necə doğruldur?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt karbamidi  Azərbaycanın yeni gəlir mənbəyi
16:1410 iyul

Sumqayıt karbamidi Azərbaycanın yeni gəlir mənbəyi

Azərbaycan böyük neft-qaz tarixinə malikdir. Bu sektorun da inkişafı ölkə iqtisadiyyatı üçün geniş imkanlar yaradıb. Buna baxmayaraq, hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük önəm verir. Qeyri-neft sektorunun inkişafında SOCAR da iştirak edir. Belə ki, Sumqayıtda inşa olunmuş

“SOCAR Karbamid” zavodu ilk ixracını həyata keçirib
16:0910 iyun

“SOCAR Karbamid” zavodu ilk ixracını həyata keçirib

Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodu ilk ixracına başlayıb. Zavodun məhsulu – karbamid gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilib.