İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastian Badisc, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georg Karabaczek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt Kimya Sənaye Parkında olublar.Bu barədə fins.az-a Sumqayıt Kimya Sənaye Parkından məlumat verilib. Məlumatda bildirilir ki, qonaqlara Azərbaycanda ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı barədə, burada investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər haqqında ətraflı məlumat verilib. qeyd olunub ki, parkın yeraltı və yerüstü infrastrukturunun tikintisi dövlət büdcəsi tərəfindən maliyyələşdirilir ki, bu da investisiya layihələrini daha səmərəli edir.
Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal etdikləri məhsullar, eləcə də Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.


Görüş çərçivəsində sənaye parkına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha Sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində aparılan tikinti işləri, parkın rezidenti olan “STP” MMC-nin Kabel Zavodunda, Dəqiq Mexanika Zavodunda və “SOCAR Polymer” MMC-də istehsal prosesi ilə yaxından tanış olublar. Qonaqlara hər iki rezidentin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
 Müəllif:Aynur Qəniyeva
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar
17:0617 aprel

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar

Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Suhl, Almaniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Tobias Baumann, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine Sumqayıt Kimya Sənaye Parkında olublar.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?
10:0116 aprel

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?

Böyüyən şəhər investisiya yatırımı üçün adətən cəlbedici görünür. Sumqayıt indi inkişafının bu dövrünü yaşayır: əhali artır, ərazi böyüyür, yeni iş yerləri, istehsal müəssisələri açılır...

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür