İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Hacıbala Abutalıbov

Ötən həftə bir  çoxları vəzifəsini itirdilər, o cümlədən Müasir Azərbaycanın ən parlaq simalarından biri olan  Hacıbala Abutalıbov da. Ötən ilin aprel ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq baş nazirin müavini vəzifəsinə təyin olunan Hacıbala müəllim bir il beş aydan sonra bu vəzifədən də azad olunaraq rəsmən pensiyaçı statusu qazandı.

75 yaşlı Hacıbala müəllim Türkmənistanda - Türkmənbaşı şəhərində dünyaya gəlməsi ilə, Suraxanı icra hakimiyyətinin başçısı işləyərkən rayonu qoyun və qoç heykəlləri ilə bəzəməsi ilə, Bakıya başçılıq edərkən mediaya "bu ölkədə bir kişi var, o da cənab prezidentdir" sayağı açıqlamaları ilə, oğlunun Krişna təriqətinə etiqad etməsi ilə və ən əsas da, KVN-in ən çox gülüş doğuran komik qəhrəmanı olması ilə yaddaşlarda qalıb.

Bizcə, zəngin təcrübəsi və biliyi müqabilində Hacıbala müəllimin işsiz qalması məqsədəuyğun sayılmaz. Elə KVN-in özündə ona mütləq bir iş tapılar.


Səlimovlar

Bakı şəhəri, Nizamı rayonu, Çobanzadə küçəsində yaşayan Yusif Səlimov və oğlu Tofiq Səlimov döyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Polis cinayət işinə başlayıb, zərərçəkənləri qanına qəltan edən şəxslər saxlanılaraq ifadə veriblər və onlara qarşı cinayət işi açılıb.

Lakin günümüzün bu adi hadisəsini qeyri-adi edən nəsnə də var: iş ondadır ki, qədd-qamətli, şir biləkli Yusif Səlimov və onun oğlu Tofiqi döyənlər Yusifin halal həyat yoldaşı və doğma qızıdır. Kəsəsi, ata və oğulu ana və qız döyüb qanına qəltan eləyiblər.

Bəlkə Gender barabərliyi deyilən şey elə budur?

Dövrümüzün kişilərini və oğlan uşaqlarını arvadlarından və qız uşaqlarından qorumaq üçün təşkilatlar, cəmiyyətlər yaradılmalıdır! Özü də təcili olaraq!


Deputatlar 

Gündəmin baş mövzusu olan 19 oktyabr mitinqi Milli Məclisin plenar iclasında müzakirəyə qoyuldu, Parlament sədri Oqtay Əsədov xaricdə olduğu üçün iclasa birinci vitse-spiker Ziyafət Əsgərov sədrlik etdi.

Siyavuş Novruzov qeyri-qanuni aksiya keçirən müxalifəti Azərbaycan əleyhinə olan, erməni lobbisi tərəfindən müdafiə edilən qüvvə adlandırdı. Üstəlik onları dindarlardan istifadə edən qibləsiz adamlar, hər şeyi dağıdanlar kimi xarakterizə etdi və hüquq-mühafizə orqanlarına müraciət etdi ki,qayda-qanunu pozan bu adamlar barədə ciddi araşdırmalar aparılsın.

Bahar Muradova da "erməni" terminindən istifadə edərək müxalifəti "Arxasında erməni maliyyəsi dayanan, ermənilərin marağına xidmət edən kəslərin sifarişlərini yerinə yetirənlər" adlandırdı.

Ziyafət Əsgərov isə Əli Kərimliyə səsləndi:

- Ə, sən kimsən, hökümətin üzərinə gəlmək istəyirsən? Kimsən sən?


Paşa bəy

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizami rayon Təşkilatının sədri və partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov üstündə narkotik maddə aşkarlandığı üçün həbs edilib və istintaq zamanı narkotik maddədən istifadə etdiyini etiraf edib:

- 5 ildir ki, marixuana istifadəçisiyəm. Yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Üstümdən 3 büküm marixuana aşkarlanıb.

Bu hələ harasıdır?

Bayram Heydərov adlı birisi da Paşa Umudovun üzünə durub ki, 2-3 ildir pul müqabilində Paşa bəydən marixuana alır.

Demək, Paşa bəyi adi narkotik istifadəçisi deyil, həm də onun qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi daha ağır cəza gözləyir.

Amma heç bu da son olmaya bilər.

Bizcə, axtarıb paşa bəyin Kolumbiya narkomafiyası ilə əlaqələrini, Əfqanıstan narkotranziti ilə bağlılığını da tapmaq olar.

Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko çox maraqlı bir açıqlama verməklə ötən 168 saat ərzində tarixə düşdü:

- Mən dövlət başçısı kimi fəaliyyətə başlayanda cəmi 40 yaşım var idi, MDB məkanında Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezienti Boris Yeltsin, Özbəkistan prezidenti İslam Kərimov kimi   ağsaqqallar var idi. Onların yanında mənimlə Tacikistan prezidenti Emomoli Rahmon bir növ yeniyetmə sayılırdıq. Burda nə varki? Necə deyərlər, lap o ağsaqqallar üçün pivədaşıyanlıq da etmişik.

Bildiyiniz kimi, Aleksandr Lukaşenko avtoritar lider kimi tanınır, adətən belələri çıxışlarında özlərini güclü, iradəli kimi qələmə verirlər. Lukaşenko isə ənənəni pozaraq prezident ola-ola başqası üçün pivə daşıdığını etiraf etdi.

Maraqlıdır, görəsən Nursultan əkə "butılıçnı" pivə içirmiş, yoxsa "razlivnoy"?


Qərar

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə başa çatıb. Nərmin Şahmarzadəyə qarşı hökm çıxarılıb.

Öncə onu xatırladaq ki, Nərmin Şahmarzadə ötən il dekabrın 5-də yazdığı facebook statusunda milli qəhrəmanımızı tənqid və təhqir etmiş, ictimai basqını görərək guya fikirlərinin təhrif olunduğunu bildirmiş, Mübarizin ailə üzvlərindən üzr istəmişdi.

Bununla belə, Mübarizin anası ondan şikayət etmişdi. Və budur, Məhkəmə Nərmin Şahmarzadəni cəzalandırdı. O 400 saat ictimai işlər görmək cəzası aldı. Milli qəhrəmanı təhqir edən bu qadın Xətai rayonu ərazisində küçə süpürəcək.

Layiqli cəzadır. Mübariz kimi oğullar xalqın sərvətidir. Belələrinə dil uzadanların mütləq dili kəsilməlidir.

İşini keyfiyyətli görsün deyə, təklif edirik ki, Nərmin Şahmarzadə küçələri süpürərkən su da səpsin və üstəlik, "Küçələrə su səpmişəm" mahnısını da zümzümə etsin.

Rəy bildir +
personnal loan instant cash advance get fast cash now loan application for personal loan
13 noyabr 2019 04:37
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir