İSTİ XƏBƏRLƏR
» » Niyə məhz Bakı?!

Niyə məhz Bakı?!


Bakı növbəti dəfə qütblərarası dialoqun paytaxtına çevrildi. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü məhz bu cür xarakterizə etmək olar.

Gəlin, əvvəlcə bu Hərəkatın tarixi mahiyyətini aydınlaşdıraq. Qoşulmama Hərəkatı (QH) nədir, hansı zəmində yaranıb, hansı siyasi şəraitdə onun formalaşması və genişlənməsi zərurəti meydana çıxıb?

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. QH BMT təşkilatı üzvlərinin təxminən 2/3, dünya əhalisinin 55 faizini təşkil edir. 

Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir.

Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH-nin Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilib. Hazırda qurumun fəaliyyətində məhz bu prinsiplər əsas götürülür.

***

BMT-dən sonra ən böyük beynəlxalq təşkilatın növbəti Zirvə Görüşünün məhz Bakıda keçirilməsi heç də təsadüfi xarakter daşımır. 

Azərbaycan artıq uzun illərdir ki, müxtəlif siyasi qütblərdə dayanan ölkələrin dialoq məkanına çevrilir. Bakı opponentlərin, hətta qlobal miqyasda bəlkə də yumşaq desək, ən barışmaz rəqiblərin görüşdüyü, müzakirələr apardığı, o cümlədən bu məzmunda tədbirlərin təşkil olunduğu "dialoq şəhəri" statusuna yiyələnməkdədir. Belə halda, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi və ən əsası, sədrliyin Azərbaycana ötürülməsi də sadəcə, mexaniki prosesi deyil, rassional məntiqi ardıcıllığın davamı kimi qəbul edilə bilər.

QH platformasında olan ölkələr üçün də Azərbaycanın nüfuzu və mövqeyi aydın görünür: Rəsmi Bakı güc mərkəzlərindən bərabər məsafəni qorumaqla müstəqil, balanslaşdırılmış siyasət həyata keçirir, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütün addımlara, tədbirlərə dəstək verir. 


Bakı toplantısı bizə nə verir?

Belə bir mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi ölkəmiz üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bakı Zirvə görüşünün əhəmiyyətini tezisləşdirsək, aşağıdakı punktlar üzərində xüsusilə dayana bilərik:

Birinci, Zirvə Görüşü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm platformadır və rəsmi Bakı bu fürsətdən uğurla istifadə edir. 

Beynəlxalq auditoriyaya çatdırmaq istədiyimiz başlıca həqiqətimiz şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktlardır. Bu mənada artıq ikinci mühüm istiqamət barədə danışa bilərik - Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın üzləşdiyi işğal faktı! 

Üçüncüsü, Zirvə Görüşü Azərbaycandakı mühit, aparılan islahatlar, təhlükəsizlik və sabitlik barədə beynəlxalq auditoriyaya müfəssəl məlumat vermək, real tanışlıq imkanı yaratmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu, həm də xarici investorların diqqətini ölkəmizə yönəltmək baxımından dünyaya açılan yeni pəncərədir. 

Dördüncüsü, Azərbaycan beynəlxalq ictimaiyyətə konfliktlərin həlli, xalqların öz müqəddəratını həll etmək və dövlətlərin ərazi bütövlüyünün təmin olunması dilleması məsələsinə yanaşmasını tam olaraq ortaya qoyur. 

Beşincisi, bu, Azərbaycan QH-nin şəbəkəsindən öz milli maraqlarına uyğun istifadə etmək, eyni zamanda öz inkişaf modeli, eləcə də balanslaşdırılmış siyasətini digər QH üzvləri ilə bölüşmək üçün imkan yaradır. 

Beləliklə, Zirvə Görüşü və ümumiyyətlə bu QH platfoması siyasi dialoqu möhkəmləndirir, bütün iştirakçılar, eləcə də Azərbaycan üçün ikitərfli və çoxtərəfli formatda siyasi və iqtisadi tərəfdaşlar qazandırır. 

Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Avropa İttifaqı-Azərbaycan münasibətləri:   "Şərq tərəfdaşlığı" və   yeni strateji əməkdaşlıq modeli
15:3111 sentyabr

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər