İSTİ XƏBƏRLƏR
» » Prezidentdən 3 mühüm mesaj

Prezidentdən 3 mühüm mesaj


Azərbaycanda aparılan islahatlar çoxspektrli xarakter daşıyır. Bunu yalnız yerli təhlilçilər yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edirlər. Hətta neytral və opponentliyi ilə seçilən ekspertlər də hesab edir ki, xüsusilə 2019 bu baxımdan yaddaqalan il kimi qiymətləndirilə bilər. 

İlin əvvəlində açıqlanan iki ardıcıl sosial paket ölkə tarixinin ən mühüm sosialyönümlü tədbirlərindən biri idi. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, bu paketlər 4 milyon 200 mindən çox vətəndaşı əhatə etdi. 

Həyata keçirilən sosial islahatlar isə bundan öncə tətbiqinə başlanılan şəffaf iqtisadiyyatın nəticələrinə söykənirdi. Xüsusilə vergi və gömrük sahəsində həyata keçirilən dəyişikliklər, aparılan islahatlar dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına, bu isə yeni sosialyönümlü addımların atılmasına imkan verdi. Dərhal xatırladaq ki, cari ilin 9 ayı ərzində məhz bu iki sektordan dövlət büdcəsinə plandan əlavə, 700 milyon manatdan çox vəsait daxil olub.

Görünən odur ki, islahatlar davamlı xarakter daşıyacaq. 

Prezident İlham Əliyevin son iki həftə ərzində iştirak etdiyi toplantı və görüşlərdə səsləndirdiyi bir sıra fikirlər, əslində, yeni reform mərhələsinin başlandığını deməyə əsas verir.

Gəlin, detallar üzərində dayanaq. Bu mənada dövlət başçısının çıxışlarında xüsusilə 3 mesaj aydın nəzərə çarpır. 


Kadr islahatları davam edəcək 

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları yalnız  Nazirlər Kabinetinin yenidən formalaşdırılması deyildi. Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edirdi.   

2019-cu ildə də, gözlənildiyi kimi, kadr islahatları davam etdirildi. Beləliklə, aydın oldu ki, dövlət idarəçiliyi sistemini daim təkmilləşdirmək məqsədini qarşıya qoymuş dövlət başçısı komandasının da buna uyğunlaşdırılması istiqamətində addımları davam etdirəcək. 

Bir müddət öncə baş nazir vəzifəsində edilmiş dəyişiklikdən sonra Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı kadr islahatları barədə mühüm məqamlara toxundu: "Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin".

Mətndən görünür ki, dövlət başçısı kadr islahatlarını prioritet hesab edir və davam edəcəyini açıq mətnlə bildirir: "Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir".

Bir gün öncə dövlət başçısının sərəncamı ilə baş nazirin müavinləri - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad edildilər. 

Prezident İlham Əliyev həm Ə.Həsənov, həm də H.Abutalıbovla görüşündə də kadr dəyişiklikləri barədə danışdı və mühüm çağırış etdi. Dövlət başçısı Ə.Həsənovla söhbətində dedi: "Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır".

Prezident İlham Əliyev baş nazirin digər müavini H.Abutalıbovla söhbətində də dəyişikliklərin zəruriliyinə diqqət çəkdi. Dövlət başçısı H.Abutalıbovun xidmətlərini yüksək qiymətləndirdiyini, "Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm" deyə kadr islahatlarının davam edəcəyi mesajını verdi. Və bir neçə gün sonra dövlət başçısı PA-nın rəhbəri Ramiz Mehdiyevi də istefaya göndərdi...


Şişirdilmiş rəqəmlər cəza ilə nəticələnəcək!

Prezidentin müşavirədəki çıxışının təhlili göstərir ki, büdcə xərclərinə nazərət, şəffaflığın təmin olunması yeni mərhələnin ən vacib tələblərindən biri kimi müəyyən edilib. 

Dövlət başçısı əmin olduğunu bildirir ki, eyni həcmdə olan işi az vəsaitlə icra etmək mümkündür. Buna nail olmaq üçün isə ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Sitat: "Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik".

Göründüyü kimi, dövlət başçısı açıq tekstlə bildirib ki, dövlət büdcəsindən vəsait istəyən strukturlar şişirdilmiş rəqəmlər təqdim etsələr, bu, cəzasız qalmayacaq!

Prezident korrupsiya və rüşvətxorluqla mübarizədə ictimai nəzarət üçün çağırış edir: "Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq".


Mətbuat alət olmalıdırmı?

Azərbaycan dövləti ölkədə mətbuatın inkişafı, onun iqtisadi dayaqlarının möhkəmləndirilməsi, xarici və ya hər hansı maraqlı dairələrdən asılılığının aradan qaldırılması məqsədilə KİV-ə ardıcıl olaraq dəstək verir, eyni zamanda jurnalistlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirir.

Belə halda, mətbuatın hansısa kampaniyaların iştirakçısı olması, təbii ki, arzuolunmazdır. Məsələ o qədər ciddi xarakter almağa başlayıb ki, dövlət başçısı hökümətin həyata keçirdiyi islahatların köhnə ənənələrlə işləyən kimlərisə narahat etməsi kontekstində fikirlərini bildirirkən, mətbuatın "rolu"na da toxunur: "Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz."

Şübhəsiz, çıxışın bu hissəsinin əsas məğzi mətbuatla bağlı deyil, ancaq hər halda yaranmış mənzərə KİV-i ciddi şəkildə qayğılandırmalıdır. 

Mətnin bu hissəsində üzərində dayanılmalı olan bir neçə vacib detal var: 

Birincisi, dövlət başçısı bildirir ki, hökümətin bütün üzvlərinin addımlarından xəbərdardır. İkincisi, islahatlar kimlərisə narahat edir, ancaq bu, dövlət başçısının müəyyən etdiyi siyasətin ardıcıllığına və effektivliyinə heç bir təsir göstərə bilməz. 

Üçüncüsü, aparılan islahatlara, ortaya qoyulan siyasi iradəyə və iş üslubuna və sürətinə uyğunlaşa bilməyən kadrlar yeni mərhələdə hökümətdə təmsil olunmayacaq.


Vüsal Məmmədov


P.S. Sonda beynəlxalq qurumların Azərbaycandakı islahatlarla bağlı mövqeyinə qayıdaq. 

Ölkə rəhbərliyinin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə Azərbaycan dünyada 5-ci yerdədir. "Doing Business"in son hesabatında Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində də irəliləyib. Belə ki, ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.

Rəy bildir +
what is payday loan payday loan online payday loans los angeles advance cash loans for single mothers with bad credit
13 noyabr 2019 01:43
Oxşar xəbərlər
Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Maliyyə sahəsində islahatlar gözləniləndirmi?
14:1303 iyul

Maliyyə sahəsində islahatlar gözləniləndirmi?

Dünyanın dörd bir yanında baş verən siyasi kataklizmlər bütün dövlətləri öz idarəetmə modellərini yenidən nəzərdən keçirməyə vadar edir. Xüsusilə cənub və Şərq yarımkürəsi, şimalda isə Rusiya yeni siyasi çağırışlardan qayğılanır.

Vergidə islahatlar hansı nəticələr verir?
10:3022 may

Vergidə islahatlar hansı nəticələr verir?

Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO