İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlıları narahat edən daha bir problem həllini tapır

Sumqayıtlıları narahat edən daha bir problem həllini tapır


Müstəqillik dönəmində Sumqayıtda ümumiyyətlə sıradan çıxanan kinoteatr sektoru yeni nəfəs qazanır. Tezliklə Sumqayıt sakinləri yeni filmləri Bakı ilə eyni zamanda izləyə biləcəklər.


Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə müstəqillik dövrünün ilk müasir kinoteatrının təhvil verilmə müddəti bəlli olub. Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir.

Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr noyabr ayında kinosevərlərin ixtiyarına veriləcək. Kinoteatr üç zaldan ibarət olacaq. Bu haqda açıqlamasında tikintiyə məsul şəxs, sahə rəisi Nadir Qasımov bildirib: "Birinci zalda 69 nəfər + 1 nəfər əlillər üçün, ikinci və üçüncü zallarda isə 79 nəfər + 1 nəfər əlillər üçün olacaq. Foye 467 kvadrat metr olacaq. Burada bilet satış mərkəzi, bufet və internet kafe fəaliyyət göstərəcək".

Çoxdandır ki, sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq.

Məlumat üçün bildirək ki, müasir standartlara cavab verən kinoteatr "Cinema+" şirkətinə icarəyə veriləcək. Başqa sözlə, şəhər sakinləri yeni filmləri Bakı ilə eyni vaxtda izləyə biləcəklər.

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.

6 iyul 2016-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən "Nizami" kinoteatrındakı vəziyyətlə tanış olarkən narahatlığını ifadə etmiş və "Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olmasının vacibliyini" vurğulamışdı.

Rəy bildir +
direct lenders payday loans online cash advance loan personal loans mn cash advance loans lenders only
13 noyabr 2019 04:49
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?
15:4912 sentyabr

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?

Sumqayıt mənim doğma, əziz və əvəzolunmaz şəhərimdir. Burada uşaqlıq illərim keçib, əqidəm, məfkurəm formalaşıb. Bu şəhərdə özümə çoxlu dost tapmışam. Sumqayıtın sevinci mənim sevincim, kədəri mənim kədərim olub. Sumqayıtla nəfəs alıram desəm, inanmazsınız. Bir çox xarici ölkələrdə olmuşam, gözəl

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda gəncləri narahat   edən daha bir problem həll olunur
16:5821 avqust

Sumqayıtda gəncləri narahat edən daha bir problem həll olunur

"Nə qədər təəccüblü səslənsə də, Sumqayıt şəhərində kinoteatr yoxdur. Vaxtilə fəaliyyət göstərənlər isə artıq tarixə qovuşub. Görəsən bu hal nə qədər davam edəcək. Aidiyyəti qurumlar bəs nə deyir?"

Sumqayıtda kinoteatrı necə olacaq?
18:2606 avqust

Sumqayıtda kinoteatrı necə olacaq?

Sumqayıtda kinoteatrın tikintisi   davam edir. Şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir.