İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın qurucularından olan Kamal Axundovun Amerikada yaşayan nəvəsi: "Sumqayıt böyük bir meqapolisə çevrilir"

Sumqayıtın qurucularından olan Kamal Axundovun Amerikada yaşayan nəvəsi: "Sumqayıt böyük bir meqapolisə çevrilir"


Sumqayıtın şəhər statusu almasından 70 il ötür. Sumqayıtda əsl bayram ab-havası hiss olunur. Küçələr, parklar bəzədilir, mədəni kütləvi tədbirlər keçirilir. Şəhərin qurulmasında xidmətləri olmuş şəxslər hörmətlə yad edilir. Sumqayıtın qurulmasında əməyi olan şəxslərdən biri də Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sabiq sədri Kamal Axundovdur. Onu bu gün də şəhər sakinləri hörmətlə xatırlayırlar.

Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sabiq sədrinin Amerikada yaşayan nəvəsi Kamal Axundov saytımıza babası və Sumqayıtla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Kamal təhsilini Ukraynanın Kiyev şəhərində İdarçilik akademiyasında alıb.  10 ilə yaxın orada təhsil alıb və müəllim kimi fəaliyyət göstərib. Bir müddət burada çalışdıqdan sonra Azərbaycana qayıdıb. Azərbaycanda Xarici İşlər Nazirliyində çalışıb və Dövlət İdarəçilik Akademiyasında müəllim kimi bir müddət çalışıb. Daha sonra biznes fəaliyyəti ilə məşğul olan Kamal Axundov ABŞ-a köçüb və son 3 ildir ki, orada yaşayır və burada fəaliyyət göstərir.

Kamal Axundov sumqayitxeber.com-a babası haqqında danışıb: "Bildiyiniz kimi babam Kamal Axundov Sumqayıtın İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. 1924-cü ildə Saray qəsəbəsində anadan olub. İkinci dünya müharibəsi zamanı, 18 yaşı tamam olmadığından rəhmətə gedən qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanıb. Berlinə qədər gedib. Sovet ordusunda vuruşaraq təltif olunub, Xarkov şəhərində iki alman faşist təyarəsini vurub. Müharibədə zədə alıb və həyatının sonuna kimi səhhəti ilə bağlı əziyyət çəkib. 1986-cı ildə dünyasını dəyişib. Mən də elə həmin illərdə dünyaya gəlmişəm. Babam haqqında bunları bilirəm".

K.Axundov qeyd edib ki, babası haqqında bir dəfə də olsun pis bir fikir eşitməyib: "Babam haqqında şəhərin təməlini qoyanlardan biri olub, onu eşitmişəm. Düzdür adətən bilirdilər onun nəvəsiyəm, amma bilməyən insanlardan belə pis bir məlumat eşitməmişəm. Kimlə ünsiyyətdə olmuşamsa, hamı razılıq edib. Sözsüz ki, əziyyəti keçib Sumqayıtın inkişafında. Sumqayıt şəhərinin bu il 70 yaşı tamam olur, yubileyini qeyd edir. Sumqayıtda son illərdə çöx böyük işlər görülür. Bu işləri çox yüksək qiymətləndirirəm. Sumqayıt gündən-günə inkişaf edir, çiçəklənir. Həqiqətən getdikcə böyük bir meqapolisə çevrilir. Bu, bizi sevindirir. Bütün şəhər sakinlərini yubiley münasibəti ilə təbrik edirəm".

            

Rəy bildir +
Oxşar xəbərlər
Mircəfər Bağırov Sumqayıtdan göndərilən məktubu araşdırdı və...
18:2026 sentyabr

Mircəfər Bağırov Sumqayıtdan göndərilən məktubu araşdırdı və...

1946-cı il sentyabrın 12-də M. C. Bağırovun imzaladığı qərarla Martirosyan Arşak Mkrtçeviç Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri vəzifəsindən kənar edilmiş, onun yerinə azərbaycanlı Vəli Yusif oğlu Axundov təyin edilmişdi. 3 il sonra isə yenə də M. C. Bağırovun imzaladığı

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?
15:4912 sentyabr

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?

Sumqayıt mənim doğma, əziz və əvəzolunmaz şəhərimdir. Burada uşaqlıq illərim keçib, əqidəm, məfkurəm formalaşıb. Bu şəhərdə özümə çoxlu dost tapmışam. Sumqayıtın sevinci mənim sevincim, kədəri mənim kədərim olub. Sumqayıtla nəfəs alıram desəm, inanmazsınız. Bir çox xarici ölkələrdə olmuşam, gözəl

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli