İSTİ XƏBƏRLƏR
» » Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sumqayıtda

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sumqayıtda



Sumqayıtda Ziraat Bank Azərbaycan ASC-nin 4-cü filialının açılışı olub. Açılışda Turkiyə Cumhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycan təmsilçisi Ufuk Turqanər, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak ediblər.


Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, Ziraat Bank Azərbaycanın "Bankkart" məhsulunu bankın sədri Avni Demircidən qəbul edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ali qonağa şəhərlə bağlı hədiyyələr təqdim edib.


"Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkdi və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlarına dəstək olmaq məqsədi ilə buranı seçdiklərini qeyd edib.

Mövlud Çavuşoğlu Sumqayıtın müasir, gözəl şəhər olduğuna, şəhərdə olduqca mühüm işlər görüldüyünü bildirib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının XVIII iclasına qatılmaq üçün Azərbaycanın paytaxtı Bakıya səfər etmişdi.


Rəy bildir +
cash advance tampa cash advance usa friendly loans cash advance payday loans
13 noyabr 2019 04:58
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Şəhərlər gözəli
18:2924 iyul

Şəhərlər gözəli

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında ölkə Prezidenti öz çıxışında 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etdiyini bildirdi.  Ötən

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Şərqin ilk demokratik  respublikasının 101 yaşı tamam olur
13:0430 may

Şərqin ilk demokratik respublikasının 101 yaşı tamam olur

101 il bundan əvvəl may ayında Türk dünyasında və Müsəlman Şərqində bir günəş doğdu. 1918-ci il mayın 28-də Tiflisdə axşam saat 19:00-da "Oriant" mehmanxanasında "Zaqafqaziya Seymi"nin 28 nəfərdən ibarət azərbaycanlı nümayəndəsinin iclasında  sədr doktor Həsən bəy Ağayev səsi

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il