İSTİ XƏBƏRLƏR
» » Hansı daha ciddi problemdir: 1 manatlıq taksi, yoxsa 1170 gün?!

Hansı daha ciddi problemdir: 1 manatlıq taksi, yoxsa 1170 gün?!


Həqiqət müqayisədə üzə çıxır. Nəyin daha aktual, daha problematik olduğuna qərar vermək üçün obyektiv meyarlar tələb olunur. Bu meyarlar da subyektlər müəyyən etdiyindən "obyektiv həqiqət" həmişə şərti və mücərrəd olaraq qalır. 
Dərdimiz, həqiqət axtarışı deyil. Yol axtarışıdır: Bakıdan Sumqayıta, Sumqayıtdan Bakıya!

Iki həftə öncə şənbə günü Bakıdan Sumqayıta gedənlər dünyanın ən böyük meqapolislərinin üzləşdiyi nəhəng tıxacla üzləşdilər. Beləliklə, çoxdan aktual olan bu iki şəhər arasındakı tıxac problemi yenidən gündəmə gəldi. Gəlin, əvvəlcə, ötənhəftəki tıxacın səbəbini nəzərdən keçirək. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb: "Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb".
Açıqlamada hansı kommunikasiya xətlərindən söhbət getdiyi aydınlaşdırılmasa da, yolun kənarlarına düzülmüş böyük diametrli borulardan belə aydın olurdu ki, söhbət su xəttindən gedir.

28080 saat!!!

Hər səhər minlərlə sumqayıtlı iş dalınca Sumqayıta, axşam isə əksinə yola çıxır. Söhbət o şəhərin əhalisindən gedir ki, bir zamanlar bütün ölkə, hətta SSRİ-nin dörd bir yanından gənclər enerji və entuziazmla iş dalınca bu şəhərə üz tuturdu. Baxmayaraq ki, indi də "gənclər şəhəri"ndə kimya-sənaye kompleksləri tikilir, yeni müəssisələr istifadəyə verilir, ancaq Sumqayıtdan Bakıya iş dalınca gələnlərin sayı azalmır ki, artır. Xırdalan, Masazır və digər yaxın ərazilərdən yola düzələn avtomobil və ictimai nəqliyyat isə bu yolun yükünü bir qədər də artırır. Nəhayətində, əslində 25-30 dəqiqəyə gediləcək yol, ən azı iki dəfəyə qədər uzanır.
 Bu yaxınlarda kiçik bir hesablama apardım: 70 il yaşayan və bu ömrün deyək ki, 30 ilini Bakıya gedib-gəlməklə keçirən sumqayıtlı həyatının nə qədər hissəsini tıxaclara qurban verir?
Orta statistik hesablamaya görə, ayın 26 gününü paytaxta üz tutan sumqayıtlı günün gediş-gəliş daxil olmaqla 3 saatını yolda keçirir, bu isə aylıq olaraq 78 saat deməkdir. Başqa sözlə, 3,25 gün! Bu, il ərzində 936 saat, gün hesabı ilə 39 gün deməkdir. 30 ildə bu, 28080 saat edir. Yəni, nə az, nə çox - 1170 gün! 
Kiçik rəqəm deyil, düzdürmü?! 

Bədənimiz açılsın...

Fakt oldur ki, iki şəhər arasında nəqliyyat infrastrukturu qaydasında deyil.
Birincisi, Bakı-Sumqayıt yolu öz ölçüləri etibarilə bu yükü qaldıra bilmir. Yaxın illərdə əgər heç bir ciddi dəyişiklik baş verməzsə, bu yoldakı vəziyyətin daha acınacaqlı olacağı qaçılmazdır.
İkincisi, iki şəhər arasındakı sürət qatarı adında əks olunduğu kimi, o qədər də sürətli deyil. Bakıdan Sumqayıta getmək üçün ən azı 40 dəqiqə tələb olunur. 
Üçüncüsü, Sumqayıtın daxilində Dəmiryolu Vağzalına gəlmək rahat deyil. Şəhərin bir küncündə yerləşən Vağzala çox az sayda marşrut gəlir. 
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisinin açıqlaması nəqliyyat sistemimizin mürəkkəb palitrasına əlavə rəng qatır: "Bizim əhali hər şeyin rahatına öyrəşib. Vağzaldan azca aralıda dayanacaq var ki, həmin ərazidən bütün şəhəri əhatə edən marşrutlar keçir. Çox az məsafədə yolu piyada qət etməklə rahat vağzala çatmaq olar, həm də bədənləri açılar".

BNA-nın 1 manatlıq taksi dərdi


Bu basabasda Bakı Nəqliyyat Agentliyi saqqal darağının dərdini çəkir. Guya hər şey qaydasındaymış kimi, Agentlik 1 aydan artıqdır ki, "20 yanvar" metrosu ətrafında 1 manatlıq taksilərin ovuna çıxıb. 
Sual yaranır: Əhali Avtovağzal stansiyasından istifadəyə niyə maraq göstərmir? Nəyə görə 20 yanvardan gediş-gəlişə üstünlük verir? Sadə cavabı var: çünki bu, daha rahatdır! Avtovağzal stansiyasına gedib çıxmaq üçün edilən "peresadka", orada itirilən vaxt əlavə narahatlıq yaradır. Nəqliyyat isə mənzil başına rahat çatmaq üçündür...

Nə etməli?
Şübhəsiz ki, vəziyyət çıxılmaz deyil. Bakı nəhəng meqapolis deyil, ümumilikdə Abşeron yarımadasındakı əhalinin sayı 3,5 milyona çatmır.
Belə halda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə vəziyyəti düzəltmək, gələcəkdə daha mürəkkəb mənzərənin yaranmasını önləmək olar.
Atılmalı olan addımlardan biri Bakı-Sumqayıt yolunun genişləndirilməsi ola bilər. İkincisi, məhz bu yolda, sürət qatarının qurulması mümkündür. Üçüncüsü, mövcud sürət qatarının intervalının qısaldılması, sürətinin artırılması. Dördüncüsü, ya bu qatarın Sumqayıtda şəhərin mərkəzlərinə doğru hərəkətini təmin etməklə həm də şəhərdaxili tramvayı bərpa etmək, ya da vağzala gələn avtobusların sayını artırmaq. Əlbəttə ki, Bakıya daxil olan digər yolların da yeni çağırışlara uyğunlaşdırılması vacibdir.
Nəhayət, iş yerlərinin artırılması! Axı bütün ölkə niyə paytaxtda işləməlidir ki?!

Vüsal Mətləboğlu  

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt Dəmiryol Vağzalına  getmək çətindir, yoxsa yox?!
18:3415 oktyabr

Sumqayıt Dəmiryol Vağzalına getmək çətindir, yoxsa yox?!

Bu gün artıq əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilib. Sevindirici haldır ki, 2015-ci ilin sentyabr ayından etibarən Sumqayıt Dəmiryol vağzalının köhnə binası söküldü və yeni, müasir standartlara uyğun bina sərnişinlərin istifadəsinə verildi. Artıq 4 ildir

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Ölkədə ən çox tıxacda vaxt itirən sumqayıtlılardır
13:5002 iyul

Ölkədə ən çox tıxacda vaxt itirən sumqayıtlılardır

Tıxaclar - bu, XX əsrin sonları, XXI əsrin isə davam edən qlobal problemidir. Dünyanın əksər ölkələrinin böyük şəhərlərində bu problem yaşanmaqdadır.

Hansı taksi neçəyə aparır?
16:4926 iyun

Hansı taksi neçəyə aparır?

Taksi xidmətlərinin sayının artması sevindiricidir. Rəqabət mühiti alıcının maraqlarına xidmət edir. Qiymət və keyfiyyət onun tələbinə uyğunlaşır. 

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli