İSTİ XƏBƏRLƏR
» » Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü



Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirilib.

Millət vəkili ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət barədə məlumat verib, xüsusilə son aylarda sosial islahatlar proqramı çərçivəsində atılan addımların əhəmiyyətini şərh edib. T.Mirkişili Sumqayıtın inkişafı, abadlaşdırılması istiqamətində görülən işlərdən danışıb, şəhərin sosial infrastrukturunun təkmilləşdirildiyini diqqətə çatdırıb.

Millət vəkili bildirib ki, vətəndaşlarla görüşlər problemləri bilmək və həll etmək baxımından əhəmiyyətlidir.

Sumqayıt şəhər İcra Hakimiyyəti birinci müavini Teymur Səmədov ölkəmizin dinamik inkişafının əsasında əldə olunmuş sabitlik və təhlükəsizliyin dayandığını qeyd edib. T.Səmədov ölkəmizin dinamik inkişafının Sumqayıtın simasında aydın ifadə olunduğunu qeyd edib, son illərdə şəhərdə aparılan işlər barədə məlumat verib.

Sumqayıt Bələdiyyəsinin Sədri Sultan Əsədov çıxış edərək vətəndaşlarla keçirilən görüşlərin şəhərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. S.Əsədov regionların sosial-iqtisadi inkişafı dövlət pro qramı çərçivəsində son 3 ildə sumqayıtda görülən işlərin şəhərin simasını dəyişdiyini vurğulayıb, Sumqayıt Bələdiyyəsinin də şəhərdə aparılan abadlıq işlərinə fəal şəkildə qoşulduğunu diqqətə çatdırıb.

Daha sonra təklif və şikayətlər dinlənilib, müraciətlər qeydə alınıb.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə