İSTİ XƏBƏRLƏR
» » Deputat: "Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir"

Deputat: "Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir"



"Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar dəmir yolunda da özünü göstərir. Bu sahədə  aparılan inqilabi dəyişikliklər göz önündədir".

Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

O, bildirib ki, 2017-ci ildə Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə  Azərbaycan daha bir tarixi hadisəyə imza atmış oldu:

"Bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır. 10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarı ilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərməkdədir.  Bu çox mühüm bir hadisədir. Bu cür işlərə ancaq sevinmək olar".

İmamverdi İsmayılov qeyd edib ki, dəmir yolu sahəsində əldə edilən uğurlarda Cavid Qurbanovun böyük əməyi var:

"Cavid Qurbanov harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. Onun  "Azərbaycan Dəmir Yolları"nda gördüyü işlər göz qarşısındadır. "Azərbaycan Dəmir Yolları"nda aparılan islahatlar, bayaq söhbət açdığım Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Bakı-Gəncə sürət qatarı, Bakı-Sumqayıt qatarı, Bakı kəndlərini birləşdirən dairəvi dəmir yolunun çəkilməsi kimi bir çox işlər görülüb.  Cavid Qurbanov millət vəkili kimi də çox aktivdir, əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirir. Sürət qatarlarından söz düşmüşkən, onu deyə bilərəm ki, sürət qatarlarındakı komfort sərnişinlərin rahat istirahətinə şərait yaradır. Bir haşiyə çıxım: mənim kiçik oğlum da Bakı-Sumqayıt qatarından istifadə edir. O, hər gün dostları ilə Sumqayıtdan Bakıya sürət qatarında işə gedib-gəlir. Gün ərzində 4 manat pul xərcləyirlər. Sürət qatarı rahat və keyfiyyətli olmaqla yanaşı, həm də insanları vaxt itkisinə də məruz qoymur. Bütün bunlar onu deməyə əsas verir ki,  "Azərbaycan Dəmir yolları"nın çox ciddi perspektivləri var. Xüsusilə, Cavid Qurbanov   bu sahəyə rəhbərlik edəndən bəri  inqlabi sıçrayışlar göz qabağındadır".

Rəy bildir +
unsecured loan online payday loans fast easy online loans payday lenders i need a loan now with bad credit
13 noyabr 2019 01:33
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO