İSTİ XƏBƏRLƏR
» » Bunları bilmək maraqlıdır...

Bunları bilmək maraqlıdır...


1. Rusiyada yaşayan həmyerlimiz, jurnalist Şəhriyar İmanbəyli Rusiyada media sahəsində yüksək vəzifəyə təyin edilib. "Vostok" telekompaniyasının icraçı direktoru olan Şəhriyar İmanbəyli "Vostok" Media Holdinqin vitse-prezidenti təyin edilib. 

2. Leonel Messi və Kristiano Ronaldo ikisi bir yerdə 10 "Qızıl top" qazanaraq futbol tarixinin inanılmaz rekordlarına imza atıblar. 

3. Liftlərdə iri güzgülərin qoyulmasının əsas səbəbi qalstukunuzu və ya saçınızı düzəltməkdən ötrü deyil, liftin qapıları açılarkən kabinənin yerində olmasını görmək üçündür.

4. Dünyanın ilk kofe məkanı 1475-ci ildə İstanbul şəhərində "Kiva Han" adı ilə açılmışdır. 

5. Rusiya dumasının sədr müavini Pyotr Tolstoy dumadakı çıxışında Rusiya adından son nöqtəni qoydu. Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstanın tərkibində olmayacaq. Rusiya hər iki subyektin müstəqilliyini dəstəkləyəcək və tanıyacaq. 

6. Tutuquşular ağaca dırmanmaqdan ötrü həmişə əyri dimdiklərindən əlavə pəncə kimi istifadə edirlər. 

7. İlk kəfkirli saatı X- əsrdə islam astronomu İbn Yunis ixtira etmişdir. Avropada isə bu cür saatlar XV-əsrdən hazırlanmağa başlanmışdır. 

8. Uinston Çörçill dövlət xadimi və siyasətçi kimi məşhur olmaqla yanaşı həm də talantlı rəssam idi. Onun 570-dən çox rəngkarlıq əsərləri dünyanın bir çox ölkələrində sərgilərdə nümayiş olunub. 

9. Suda yaşayan məməli heyvanlardan Qara dənizdə yalnız ağquyruq suiti, dəniz donuzu və iki növ delfin yaşayır. 

10. Gözqırpmaq bizə ən sürətli hərəkət kimi gəlsə də, bu hərəkətə sərf edilən zamanı topladıqda bir insanın ortalama 1,5 ilini almış olur. Bu o deməkdir ki, bütün bu illər ərzində gözqırpmalar üst-üstə yığılsa 1,5 ilimizi qaranlıqda keçirmiş oluruq. 

11. Zambaqlar ölkəsi Hollandiya dünyada yeganə ölkədir ki, orada ərin və ya arvadın xəyanəti qanunla nəzərə alınmır. 

12. Yaponiyada bir yapon qadınının örta ömür göstəricisi 87 ildirsə, Afrikada keniyalı qadınların orta yaş həddi 49 ildir. 

13. ABŞ-da son illər məktəblərdə tez-tez baş verən qətllərdən sonra müəllimlərə məktəbdə silahla gəzmək icazəsi verilib. Bu üzdən də, ölkənin əksər şəhərlərində müəllimlərə silahdan atəş açma təlimləri keçirilir. 

14. 1932-ci ilin qışı elə sərt olub ki, hətta Niaqara şəlaləsi bütünlüklə donub. 



15. Panama ölkəsində çox maraqlı bir qayda var. Alış-veriş zamanı gözəl insanlara qiymətlərdə həmişə 20%-ə qədər endirim edilir.

Rəy bildir +
Oxşar xəbərlər
Özünə ideal seç!
18:1026 sentyabr

Özünə ideal seç!

Lap uşaqlıqdan özümüzə ideal, kumir seçir, onun həyat və fəaliyyətini örnək götürürük. Bu, insan olaraq bizim xislətimizdən irəli gəlir. Axı insan xaraktercə daim inkişafa, təkmilləşməyə, kamilliyə meyillidir. Seçdiyi həyat yolunda örnək götürüləsi hansısa bir insana bənzəmək istəyi insanda hədsiz

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO