İSTİ XƏBƏRLƏR
» » Payızda ən çox bu xəstəliklər yayılır

Payızda ən çox bu xəstəliklər yayılır


"Tənəffüs yolları xəstəliklərini törədən virusların soyuğa davamlılığı ilə bağlı olaraq payız fəslində onların yayılma ehtimalı artır. Bu baxımdan da kəskin respirator virus infeksiyalarının bu dövrdə yayılma ehtimalı çox olur".

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirir ki, bundan təşvişə düşmək yerinə orqanizmin möhkəmləndirilməsi lazımdır: "Yuxarı tənəffüs yollarının xəstəliyinə səbəb olan respirator virus infeksiyaları soyuq havaya davamlı olur. Həmin viruslar isti temperaturda tez tələf olursa, soyuq havada illərlə qala bilir. Qidalanmağa, mövsümə uyğun paltarlar geyinməyə diqqət etmək lazımdır. Açıq havada çox olmaq vacibdir. Bədənin müqavimət gücü artırılarsa, xəstəliyə yoluxsaq da onu yüngül keçirəcəyik".

Həkim deyir ki, tənəffüs yolları xəstəliklərini törədən virusların sayı çoxdur. Soyuq fəsillərdə insanların özlərinə diqqət etmədiklərini, qrip və bu qəbildən olan xəstəliklərə adi baxdıqlarını vurğulayan C.İsayev kifayət qədər ciddi xəstəliklər olduğunu və yoluxduqda vaxtında həkimə müraciət olunmasının vacibliyini qeyd edib: " Tənəffüs yollarının xəstəliklərini həkimsiz müalicə etmək olmaz. Hər kəs özünü müalicə etməməlidir. Bu xəstəlikləri yaradan infeksiyaların qarşısının alınması üçün dövlət səviyyəsində tədbir görülsə də, evdə insanlar tədbir görmürlər. Uşaq xəstədirsə, dərsə getməməlidir. Amma o uşaqları geyindirib ya bağçaya, ya da məktəbə göndəririk. O uşağın bir dəfə bağçada olması digər uşaqların yoluxmasına səbəb olur".


Rəy bildir +
Oxşar xəbərlər
Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

"Əgər hər iki valideyndə allergiya varsa..."
15:4407 iyun

"Əgər hər iki valideyndə allergiya varsa..."

Müsahibimiz akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-allerqoloqu Vəfa Tarverdiyevadır.

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.