İSTİ XƏBƏRLƏR
» » Ağrıkəsicilər ölümə səbəb ola bilər

Ağrıkəsicilər ölümə səbəb ola bilər


Gündəlik həyatımızda bir çox ağrılarla (baş, diş, qulaq və s.) qarşılaşırıq. Onların qarşısını almaq üçün tez-tez ağrıkəsici vasitələrə müraciət edirik. Bu dərmanların əksəriyyəti apteklərdə reseptsiz, yaxud həkim qeydi olmadan satılır.

Maraqlıdır, bəs bu dərmanların mənfi təsiri ola bilərmi? 

Kliniki Tibbi Mərkəzin cərrahı Rövşən İbrahimov bildirir ki, ağrıkəsiciləri özbaşına istifadə etmək düzgün deyil: 

"Bu dərmanları həkimin məsləhəti olmadan istifadə etmək məsləhət deyil. Mədə-bağırsaq və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanların bu dərmanlardan nəzarətsiz istifadəsi ciddi fəsadlara gətirib çıxara bilər. Bundan başqa, bəzi ağrıkəsici vasitələr zaman keçdikcə özünə alışqanlıq yaradır. Ona görə də əgər ağrılar tez-tez baş verirsə, həkimə müraciət etməyiniz məsləhətdir". 

Həkimin sözlərinə görə, ağrıkəsici dərmanların qəbulu ürək xəstəlikləri riskini də artıra bilər: 

"Bəzi ağrıkəsicilərdə ürək xəstələrində infarkta, eləcə də ölümə səbəb olma riski daha da yüksəkdir". 

R.İbrahimov qeyd edir ki, hamilə qadınların dölün 3 ayına kimi ağrıkəsicilərdən istifadə etməsi məsləhət deyil. 

Həkim sonda onu da bildirir ki, qarında ağrılar yarananda həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti yolverilməzdir:

"Qarında baş verən ağrılar müxtəlif səbəblərdən ola bilər və vaxtında müraciət edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığına, hətta ölümünə də səbəb ola bilər".



Rəy bildir +
Oxşar xəbərlər
"Əlimi qandallayın, atamın qisasını aldım"
17:4420 avqust

"Əlimi qandallayın, atamın qisasını aldım"

"Oğru" kütlələrdə rəğbət, sadiqlik, vəfa, etibar və bu kimi gözəl başqa keyfiyyətlər yarada bilərsə, deməli, ömrünü əbədiləşdirən insanlar qismində yaşamış olacaq. Bu isə fiziki ölümdən sonra əbədiləşdirilməyin qarantına çevrilər" - Rövşən Lənkəranski...

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.