İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı məşqçini işsiz qoyan səbəblər

Sumqayıtlı məşqçini işsiz qoyan səbəblər

Yığmaya komandamızın AVRO-2020-nin seçmə mərhələsindəki oyunu ilə bağlı ölkə Premyer Liqasında yaranan fasilədə diqqətlər "Zirə"yə yönəldi. Səbəb isə qəsəbə təmsilçisində baş məşqçi istefasının gerçəkləşməsi idi. Gözlənildiyi kimi, uğursuz nəticələr Samir Abasovla "Zirə"nin yollarının ayrılmasına səbəb oldu. Amma Abasovun adı işsiz məşqçilər sırasına qoşulduqdan sonra da sumqayıtlı mütəxəssis idman mediasının gündəmindən düşmədi. 


Belə ki, adı "Səbail"lə anılan Samir Abasovla bağlı sözügedən klubun qapıçısı Kamal Bayramov  "inşallah, Samir Abasovla yenidən bir klubda olmarıq" tipli açıqlama verməklə Abasovla aralarında olan soyuqluğu ortaya qoydu. Buna qədər isə "Zirə"nin həkimi Mahir Ələsgərov "qartallar"dan məhz Samir Abasovun davranışları səbəbindən ayrıldığını açıqlamaqla Samir Abasovu gündəmdən düşməyə qoymamışdı. Bəs görəsən, sərt xarakteri ilə ad çıxaran, çoxlarının Azərbaycan yığmasının yaxın gələcəkdə də olmasa, uzaq gələcəkdə yeni çalışdırıcısı kimi gördüyü sumqayıtlı məşqçinin uğursuzluqla üzləşməsinin və  səbəbi nədir?


Motivasiya problemi

Əslində, "Zirə" çempionata heç də pis başlamamış və ilk dörd matçda 7 xal toplamışdı. Lakin son üç turda işlər birdən-birə 180 dərəcə dəyişdi. Belə demək mümkünsə, uğurlu seriyanı "qara zolaq" əvəzlədi. Komandanı bu durumdan çıxarmalı olan Abasov isə bunu bacarmadı. "Zirə"nin çempionatın favoritlərindən sayılan "Neftçi"ni məğlub etməsi də komandanın potensialından xəbər verirdi. Davamını gətirmək mümkün olmadı. Belə çıxır ki, Abasov komandasını digər rəqiblərə qarşı "Neftçi"ylə oyuna olduğu qədər kökləməyə, rəqibi öyrənməyə çətinlik çəkib. Ümumiyyətlə, sözügedən çalışdırcı həm "Sumqayıt"da, həm də "Zirə"də komandanı matçlara kökləməkdə çətinlik çəkirdi. Başqa sözlə, Samir Abasovun sanki tükəndiyi müşahidə edilirdi. Əgər komanda ardıcıl 3 oyunda qalib gələ bilmirsə, deməli, baş məşqçidə də günah var. Gücləri çatmadı? Deməli, güc düzgün bölüşdürülməyib. Təzyiq altında oynayırdılar? Deməli, komanda psixoloji cəhətdən oyunlara köklənməyib. Arxayınlaşıblar? Deməli, məsuliyyət hissi düzgün aşılanmayıb. Bunları kim etməliydi? Baş məşqçi! Ortada uğursuzluq var? Deməli, baş məşqçinin günahı var.


Arzulanan, amma adət edilməmiş durum

Abasovun sabiq komandası olan "Sumqayıt"ın strategiyası hamıya bəllidir. Bu komanda legionerlərə güvənmir. Yadınızdadısa, Abasov orda çalışarkən, mətbuat konfranslarından birində "reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur" sözlərini işlətmişdi. Müvəqqəti işsizlikdən sonra daha imkanlı klubun - "Zirə"nin "sükanı arxasına" keçməyin Samir Abasovu keyfiyyətcə yeni səviyyəyə yüksəldəcəyinə, onun bu dəfə daha təmkinli davranacağına, məşqçi və insan yetkinliyi göstərəcəyinə inanlar heç də az deyildi. Amma sumqayıtlı mütəxəssis legionerlərin olduğu klubda da uğur qazana bilmədi. Bəlkə də qəsəbə təmsilçisinin baş məşqçisi olana qədər ancaq yerli oyunçularla işləyən Abasov əcnəbilərin yer aldığı klubda çalışmağa alışqın olmadığından belə durum yarandı. Ən əsası da paraqvaylı Xulio Sezar Rodriqeslə fransız  Şafiq Tiqruca istisna olmaqla baş məşqçinin istəyi və skaut bacarığı sayəsində komandaya cəlb olunan legionerlərin böyük əksəriyyəti ümidləri doğrultmur. 


Özündən başqa hamını günahlandıran məşqçi

"Zirə"dən ayrıldıqdan sonra "ikinci yerlə aramızda cəmi 8 xallıq fərq var, kim bu komandaya deyə bilər ki, nəticələrin uğursuzdur…" tipli açıqlama verən sumqayıtlı çalışdırıcı bir daha hamını təəccübləndirdi. Doğrudan da, zahirən mənzərə belədi. Yəni "Qarabağ"dan sonrakı komandaların xal sıralamasına baxanda üç xallıq fərq gözə dəyir və ilk baxışdan Abasov haqlıdır. Amma əsl mənzərə ondan ibarətdir ki, "Zirə" "Keşlə" ilə "Neftçi"dən cəmi 3 xal geri qalsa da, oyunu ümid vermirdi, Samir Abasovun  şəxsən komplektləşdirdiyi komanda ciddi turnir vəzifələrinin öhdəsindən gəlməyə qadir deyildi. Ən əsası klubdaxili atmosferi də qənaətbəxş saymaq olmazdı. Ümumiyyətlə, Abasovun acıdil olması, oyunçular, klub personalı ilə xoş münasibətlər qurmaqda çətinlik çəkməsi çoxdan bəllidir. Düzdür, xarizması, eqosu yüksək olan birinin hansısa məqamlarda emosiyalarına hakim ola bilməməsi normaldır, ancaq Samir Abasov hər uğursuzluqdan sonra futbolçularını suçlayır, səviyyələrinin yetmədiyini söyləyirdi ki, bu da yolverilməzdir. Əlbəttə, taleyüklü oyuna çıxan futbolçular baş məşqçidən elə "təriflər" eşidəndə, normalda edə biləcəyini də reallaşdıra bilmirdi. Hansısa baş məşqçinin komandasına bu cür yanaşmasını xatırlamaq çətindir. 


Doğma "Sumqayıt"a ögey münasibət

"Zirə"dən ayrıldıqdan sonra "Sumqayıt"a qayıtmaqla bağlı planının olmadığını açıqlayan 41 yaşlı mütəxəssisin fikirləri idman mediasında geniş ajiotaj yaratmış, hətta "Sumqayıt"ın idman direktoru Zamiq Hüseynov bu məsələyə münasibət bildirməyə ehtiyac duymuşdu. Düzdür, Abasovun məlum açıqlamasında heç də qəbahət sayıla biləcək nüans yox idi, amma tərəflərin münasibətinin hələ Abasovun "Sumqayıt"dan ayrıldığı vaxtdan soyuduğu bildirilir. Yadınızdadırsa, həmin vaxt reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur" deməklə heç bir futbol-məşqçi etikasına sığmayan şəkildə yetirmələrinə "şikəst" damğasını vurmuşdu. Bu azmış kimi yalnız azərbaycanlılardan qurulan komandalarla uğur qazanmağın mümkünsüzlüyünü iddia etməklə Sumqayıtın futbolsevərlərində ruh düşkünlüyü yaratmış, öz gücünə inamsızlıq toxumları səpmişdi. Şübhəsiz, sözügedən yersiz açıqlamaları verməkdənsə, bu şəhərə vəfa borcunun olduğunu, gec-tez qayıdıb "Sumqayıt"I hədəfinə çatdıracağını deməliydi.

Rəy bildir +
easy personal loans for bad credit payday advance cash priority loan servicing fast payday loans average interest rate on personal loan
13 noyabr 2019 07:07
Oxşar xəbərlər
Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?
13:3630 may

Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?

Hələ Topaz Premyer Liqasının cari mövsümü başa çatmamış idman mediasında ölkə klublarında aparılacaq islahatlar haqda məlumatlar yayılmışdı. Bu tip xəbərlərdən biri də "Zirə"nin sumqayıtlı baş məşqçisi Samir Abasovun cari  "futbol ili" başa çatan kimi "qartallar"dan uzaqlaşdırılacağı ilə bağlı idi.

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU