İSTİ XƏBƏRLƏR
» » Qəsəbədə yetişən gələcək olimpiyaçılar!

Qəsəbədə yetişən gələcək olimpiyaçılar!

"Sağlam həyat - sağlam idmanın nəticəsidir". Yəqin ki, bu deviz hamıya tanışdır. İdman sahəsində çalışan həkimlərin də araşdırmalarından bəllidir ki, hər gün yüksək əhval-ruhiyyədə, enerjili və sağlam həyat yaşamaq istəyənlər ilk növbədə idmanla məşğul olmalıdırlar.

Ölkəmizdə idmanın maddi-texniki bazası hər keçən gün gücləndirilsə də, Azərbaycanın ucqar regionlarda idman məktəbləri və idman zallarının sayı paytaxtla müqayisədə çox azdır. Düzdür, Sumqayıt ölkənin ucqar ərazisi sayılmasa da, şəhərimizin mərkəzi ilə müqayisədə kənar ərazilərində idman zalları o qədər də çox deyil. Bu baxımdan Sumqayıtın "İnşaatçılar" qəsəbəsində fəaliyyətə başlayan və azyaşlıların cüdonun sirlərini öyrəndiyi idman zalı diqqətimizi çəkdi. Biz də "Sağlam həyat sağlam idmanın nəticəsidir" devizini özünə örnək götürən insanlarla söhbətləşmək üçün ora yollandıq.


İlk olaraq həmsöhbət olduğumuz və özünə yapon cüdoçu Tadahiro Nomuranı kumir seçən 9 yaşlı Hüseyn Məmmədov bir il 7 aydır ki, cüdo ilə məşğuldur. İlk müəlliminin İlham Məmmədov olduğunu bildirən Hüseyn sonradan güləşin sirlərini Elgün müəllimin yanında öyrənməyə davam edib. Bu müddət ərzində bir neçə dəfə naliyyətlər də qazanan idmançı may ayında 24 kq çəki dərəcəsində şəhər birinciliyinin qalibi olub. Bundan başqa, Qurban bayramına həsr olunmuş respublika birinciliyində və Bilik günü münasibəti ilə Bakıda təşkil olunan turnirdə ikinci olan Hüseyn uğurlarını gələcəkdə də davam etdirmək arzusundadır.


Həmin idman klubunun digər azyaşlı idmançısı 10 yaşlı Vəlizadə Hüseyn isə 30 kq dərəcəsində mübarizə aparır. İndiyə qədər Bilik gününə həsr olunmuş respublika çempionatında 3-cü pilləni tutan Vəlizadə gələcəkdə Rüstəm Orucov kimi idmançı olmaq istədiyini deyir.

23 kq çəki dərəcəsində yarışlara qatılan 8 yaşlı Ağəliyev Nicatın ən böyük uğuru Şamaxıda Qurban bayramı münasibətilə təşkil olunan Azərbaycan birinciliyində gümüş medala sahib çıxmasıdır. Bundan əlavə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş turnirdə qazanılan üçüncülük də Nicatın uğurları arasındadır.

Sözügedən idman zalında cüdo ilə məşğul olan Abdullayev Amin hazırda 18 kq çəki dərəcəsində yarışır. 7 yaşlı gələcəyin idmançısı parlaq karyera qurmağı və Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalağalandırmağı hədəfləyir. 

Sonda isə sözügedən idman zalının fəaliyyətə başlamasının səbəbkarı olan Elgün Müslümovla söhbətləşdik.

1995-ci ildən "Dinamo" İdman Cəmiyyətində cüdo ilə məşğul olmağa başlayan və hazırda da həmin İdman Cəmiyyətində fəaliyyətini davam etdirməklə yanaşı, gələcəyin idmançılarına cüdonun sirlərini öyrədən Elgün Müslümov öncə öz uğurlarından bəhs etdi. Həmsöhbətimiz 2002-ci ildən 2015-ci ilə qədər cüdo yığmamızın əsas üzvlərindən sayıldığını deyir. Karyerası ərzində 12 dəfə ölkə çempionu olan Müslümov ilk beynəlxalq uğurunu isə 2003-cü ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa üçüncüsü olmaqla qazanıb. Daha sonra isə 2011-ci ildə Litvanın Vilnüs şəhərində dünya üçüncüsü olub. 

"İnşaatçılar" qəsəbəsində idman zalı açmaq ideyasının necə ərsəyə gəlməsi ilə bağlı sualımızı cavablandıran Elgün müəllim azyaşlı uşaqları pis vərdişdən uzaqlaşdırmaq və daha sağlam həyat tərzi yaşamaları üçün belə bir idman zalı açmağa qərar verdiyini bildirdi. İdman zalının hazırkı vəziyyətindən də danışan Elgün Müslümov məşq keçdikləri zalın o qədər də ürəkaçan durumda olmadığını dedi: "İdman zalını öz vəsaitim hesabına nisbətən düzəltsəm də, hələ də çatışmazlıqlar var. Düzü, bütün problemləri həll etməyə maliyyə baxımından imkanım çatmır. İstilik sistemi olsa da, zalın tam təmirli olmaması qış aylarında müəyyən problemlər yaradır. Əgər imkanlı şəxslər bizə kömək etsəydi, sözügedən çatışmazlıqları aradan qaldırardıq. Hazırda idman zalımızda 50-yə yaxın idmançı cüdo ilə məşğuldur ki, onların da rahat şəraitdə hazırlıq keçməsi önəmlidir. Bu uşaqların Azərbaycanın bayrağını qaldırmaq üçün çalışdığını unutmayaq."

Tural Məmmədov 
Rəy bildir +
payday loans in greensboro nc instant cash advance utah cash advance payday advance online direct loan lenders only
13 noyabr 2019 05:33
Oxşar xəbərlər
Özünə ideal seç!
18:1026 sentyabr

Özünə ideal seç!

Lap uşaqlıqdan özümüzə ideal, kumir seçir, onun həyat və fəaliyyətini örnək götürürük. Bu, insan olaraq bizim xislətimizdən irəli gəlir. Axı insan xaraktercə daim inkişafa, təkmilləşməyə, kamilliyə meyillidir. Seçdiyi həyat yolunda örnək götürüləsi hansısa bir insana bənzəmək istəyi insanda hədsiz

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO