İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR




Lətifələrin reytinqi


5-ci yer

Üç nəfər zavodda nahar fasiləsində söhbəti evdən, ailədən, uşaqlardan saldı, eyni zamanda aralarında oxşar əlamətlərin olması da üzə çıxdı.

Birincisi söylədi:

- Mənim arvadım hamilə vaxtı "İki kapitan" əsərini oxumuşdu, ekiz oğlum oldu.

İkincisi söylədi:

- Ay, nə yaxşı. İnan ki, mənimki də "Üç müşketyor"u oxumuşdu, üç dəcəl oğlum dünyaya gəldi.

Bu zaman üçüncüsü başını tutdu:

- Mən batdım. Mənim yoldaşım da hamilədir. "Əlibaba və qırx quldur"u oxuyur.


4-cü yer

Avtobusda əyləşən qoca qarı olduqca arıq bir oğlana yer vermək istəyir:

- Ay bala, gəl otur, mən durum. Sən niyə bu dərəcədə arıqsan? Nəsə xəstəliyin var?

Oğlan təşəkkür edir:

- Yox e, ay nənə. Özünüz əyləşin. Xəstə-zad deyiləm. Tələbəyəm, onçun belə arığam.

Belədə qarı deyir:

- Onda ver, heç olmasa plaşını saxlayım.

- Ay nənə, plaş deyil e, qrup yoldaşımdır.


3-cü yer

(Feysbuk lətifəsi)

Bir məclisdə bir nəfər həlləm-qəlləm şəxs mollanı dolamaq istəyir, deyir, molla qardaş, oruc tutmuşam, indi istəyirəm iftarı açım, amma açılmır, bloka düşüb, neynəyim?

Molla təhərini pozmadan cavab verir:

- Su, xurma, diyes, yes.


2-ci yer

"İnşaatçılar" metrosunun çıxışında göyərtinin dəstəsini 20 qəpiyə satan bir qadına cavan oğlan yaxınlaşır, piştaxtanın üstünə 20 qəpik qoyur, amma göyərti götürmədən çıxıb gedir.

Bir həftədən sonra hər şey təkrarlanır. Növbəti bir həftədən sonra oğlan 20 qəpik qoyub getmək istəyəndə qadın onun əlindən yapışır.

Cavan oğlan dillənir:

- Bilirəm, xalacan, sizinçün hədsiz dərəcədə maraqlıdır ki, mən hər dəfəsində 20 qəpik qoyub niyə göyərti götürmürəm.

Qadın deyir:

- Əşi, o məni maraqlandırıb eləmir. Məsələ burasındadır ki, göyərtinin qiyməti qalxıb, 20 yox, 30 qəpikdir.


1-ci yer

Pasient yeni açılmış "Nyu Boşbaş klinik" xəstəxanasına gəlib uzman Qılman Pəmbəbaşın qəbuluna düşür, Qılman həkim ondan şikayətinin nədən olduğunu soruşduqda söyləyir:

- Doktor, mənə deyin, qurdlarımı necə müalicə edim?

Uzman Qılman Pəmbəbaş cəld soruşur:

- Onlara nə olub ki? Xəstələniblər?

***

Gülməcə

19 oktyabrda icazəsiz mitinq keçirənləri nizam-intizama dəvət edərkən polis işçiləri orada durub vəziyyətlə tanış olan Siyavuş Novruzovu görürlər və onu kötəkləməyə başlayırlar.

Siyavuş müəllim qışqır-bağır salır ki, ey dili qafillər, siz neynirsiz, mən Siyavuş Novruzovam. Kimə əl qaldırdığınızın fərqindəsiz?

Polislər gülüşürlər:

- Nə, Siyaquş? Yox bir, bayquş. Ə, vurun bu alçağı. Müxalifətə ölüm!!!

Bu vaxt polislərin komandiri gəlir, soruşur nə olub, nə səs-küydür? Polislər deyir ki, komandir, bu mitinq eləyəni tutmuşuq, deyir mən Siyaquşam, böyük adamam.

Komandir polislərə qışqırır:

- Ə, vələdüznalar, əl saxlayın! Doğrudan da bunun sifəti mənə tanış gəlir. Deyəsən, JEK müdiridir!


Dodaqqaçdı

"Speys" kanalında hər günorta otlarla müalicə seansları aparan Bərşad həkimə kanalın rəhbəri Vaqif müəllim sual verir:

- Bərşad həkim, siz öz canınız düzünü deyin. Yəni sizin otlar indiyənədək kiməsə fayda gətirib?

- Niyə də yox? Əlbəttə gətirib. Qızıma novostroyka mənzil cehiz vermişəm, oğluma cip almışam.


Problematik

Ən problemli şey evin ortancıl uşağı olmaqdır. Özündən böyüklə dilləşirsən, valideynlər deyir, ayıb olsun sənə, adam da özündən böyüyə cavab qaytarar?

Özündən kiçiklə dalaşırsan, deyirlər, utanıb yerə girmirsən, adam da özündən kiçiyə əl qaldırar?


Dodaqqaçdı

Bir qaqaş qəşəng fiquralı bir qızın dalınca düşüb söyləyir:

- Qəşəng qız, olar sizinlə tanış olum?

Qız geri dönüb söyləyir:

- Yox olmaz.

Qaqaş onun sifətini görüb içini çəkir:

- Allaha çox şükür ki, olmaz!


Feysbuk folkloru

Bir qadını 20 kişi istəyər, 1-i alar. Bir kişini 20 qadın istəyər, 20-si də alar. Niyə? Çünki kişilər çox mərhəmətlidirlər, çünki kişilər saf ürəklidirlər.


Maraqlı söhbətlər

Mən ayıq sürücüyəm. Bir gün məni restorana çağırdılar. Getdim ki, bir kişi ayaq üstə dura bilmir. Dedi, maşınımı tapa bilmirəm. Markasını soruşdum. Dedi dilimin ucundadır, amma unutmuşam.

Birdən arvadı zəng etdi ona. Telefonu alıb özüm cavab verdim. Dedim, mən ayıq sürücüyəm. Yoldaşınız məni çağırıb, amma maşınını tapa bilmirik.

Arvadı dedi:

- Kül onun başına. Onun maşını nə gəzir? Onun mindiyi avtobusdur. Mindir 7-yə, göndər gəlsin xarabasına.


Bizimkilər

Sosial şəbəkədə biri yazır ki, dostlarım arasında Everest zirvəsini fəth etmiş birisi varsa çox şad olardım, çünki alpinizmlə bağlı cavablandırılması vacib sualım var.

Təsəvvür edin ki, buna bircə dənə layk və komment gəlir:

- Seva, papa canı mən Everesti fəth etməmişəm. Bəlkə Aza?

Deməzsənmiş, bu bəni-adamın cəmi 2 sosial şəbəkə dostu varmış.


Qovğa

- Sən necə kişisən? İnsanın iradəsi olsa istədiyi şeyi edə bilər. Sənin iradən çatmır ki, deyəsən mən bir həftə siqaret çəkməyəcəm?Bir həftə tərgitsən sonra heç istəməyəcəksən.

- Yaxşı, mən razı. Mən bir həftə siqaret çəkmirəm. Onda sən də özündə iradə tap, bir həftə internetə girmə.

- Nə? Elə bu qalmışdı. Heç dəxli var?


Kəlam

Kişilər əvvəlcə qadını necə danışdırmağın çarəsini axtarırlar. Sonralar isə necə susdurmağın.


Fakt

Ziqmund Freydə görə insan o şeydən danışır ki, həmin şey onda yoxdur. Ac ləzzətli yeməkdən, kasıb var-dövlətdən, qısır ehtirasdan danışır. Əxlaqsız  və mənəviyyatsızlar da əxlaqdan və mənəviyyatdan danışırlar.

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Bütün dünya müsəlmanları  üçün ilin ən vacib ayının  tarixi necə yaranıb?
15:4104 iyun

Bütün dünya müsəlmanları üçün ilin ən vacib ayının tarixi necə yaranıb?

İslamın hicri təqvimi ilə 11-ci ayına təsadüf edən Ramazan bütün dünya müsəlmanları üçün ilin ən vacib dini zamanıdır. Məhz bu dövrdə İslamın müqəddəs kitabı "Quran" mələk Cəbrayıl tərəfindən Məhəmməd Peyğəmbərə nazil olunub.

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor