İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Analoqu olmayan
Əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədi ilə ov günləri həftənin şənbə və bazarı günləri kimi müəyyən edilmişdir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclasında vətəndaşlar tərəfindən daxil olan müraciətlərə baxıldı və nazirlik rəsmisi Hikmət Əlizadənin verdiyi məlumata görə, vətəndaşların istirahət imkanlarının genişləndirilməsi məqsədi ilə həftənin şənbə və bazar günlərindən əlavə cümə gününün də ov günlərinə aid edilməsi barədə qərar qəbul edildi.
Bəli, biz bu sahədə də bir ilkə imza atdıq. Bütün xalqlar iki gün, bizsə üç gün ov edəcəyik. Düşmənlərimizin gözü çıxsın!
Qəlyan
Otorinolarinqoloq Elnur Əkbərov bu həftə diqqətçəkən bir bəyanatla qəlyanxanalar barədə dəhşətli həqiqəti açıqladı.
- Siqaretdən fərqli olaraq meyvə konservantları ilə zənginləşdirildiyinə görə bəziləri sulu qəlyanı zərərsiz hesab edir. Amma bu belə deyil. Sulu qəlyanda filtr rolunu su sütunu oynayır. Nə qədər böyük olsa belə bu sütun qatranın, digər kanserogen maddələrin qarşısını ala bilmir. Tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri, ürək-damar sisteminin xəstəliklərinin təməlində duran damar daralmaları, sidik-cinsiyyət sisteminin bədxassəli törəmələri, bəzi bağırsaq xəstəliklərinin təkanverici amili məhz tütünçəkmədir. Meyvə konservantları qatılan qəlyanlar isə daha da təhlükəlidir, belə ki, bu konservantlar qəlyanın nəmliyini daha da artırıb içindəki maddələri daha da qatılaşdırır. Və ən təhlükəlisi bir qəlyandan bir neçə nəfər istifadə edirsə, onların tənəffüs yollarındakı mikroblar borularda ilişərək bir-birinə ötürülür. Qəlyandan mütəmadi istifadə həm də sonsuzluq yaradır.
Kəsəsi, 1 qəlyan 50 siqaretə barəbərdir. Ondan uzaq durun!

Mesaj
İki gənci - Anar Tağıyevi və Elnur Rzayevi Yevlax və Xaçmaza icra hakimiyyəti başçısı təyin edərkən ölkə prezidenti İlham Əliyev söylədi:
- Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, biz burda bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verir, rayonların inkişafı ilə bağlı, müvcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə məndə rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Problemlər həll olunmalıdır. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır.
Yaxşı deyib!
Pripiska ilə məşğul olan bəzi rayon icra hakimiyyəti başçılarının kürkünə birə düşəcək!

Təsnifat
Mediaya açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifəti təsnif etdi:
- Onlar qanunsuz aksiyalar keçirməklə ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmaq, aparılan sosial-iqtisadi islahatlara maneçilik törətmək istəyirlər;
- Onlar ermənilərə və ermənilərə havadarlıq edənlərə xidmət göstərirlər, separatçıdırlar, millətini satanlardır;
- Onlar məcburi köçkünləri, qadınları qabağa verib arxasında gizlənirlər;
- Onlar xalqı təmsil etmirlər, müxalif partiyaların tör-töküntülərindən ibarət Milli Şura adlı dərnəyin təmsilçıləridir;
- Onlar Qarabağı 28 may metrostansiyasının qarşısında hay-küy salmaqla azad etmək fikrində olan naşılardır;
- Onlar sürücülərini, cangüdənlərini partiyanın rəhbər strukturlarına seçirlər, çünki namizədləri və elektoratları yoxdur.
Və təsnifatın sonunda Siyavuş müəllim bəyan etdi ki, ölkədə yeni müxalifətə ehtiyac var.
Təklif: Siyavuş müəllim müxalifət mövzusunda dissertasiya yazıb müxalifət üzrə fəlsəfə doktoru olsun.

Şərab
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verilən məlumata görə, bu il ölkədə 1 695,4 min dekalitr üzüm şərabının istehsalı gözlənilir. Bu, ötənilkindən (1 500,3 min dekalitr) xeyli artıqdır.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır.
2020-ci ildə 2 027,9 min dekalitr, 2021-ci ildə isə 2 189,3 min dekalitr, 2022-ci ildə isə 2 376,2 min dekalitr üzüm şərabının istehsalı gözlənilir.
Demək, 2023-cü ildə ölkəmizdə builkindən 56,4 % (!) çox üzüm şərabı istehsal ediləcək.
Adambaşına düşən şərabın həcminə görə biz dünya liderləri səviyyəsinə yüksələcəyik.
Son vaxtlar şərab evləri yağışdan sonrakı göbələklər qədər artmaqdadır. Təsəvvür edin, 2023-cü ildə nələr olacaq.
Saqi, bir şərab süz,
Unudaq dərdi qəmi.
Ağayi Reza
Bu həftə ölkə paytaxtında İran vətəndaşına qarşı dələduzluq edildiyi məlum oldu. Belə ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26, mənzil 185-də yaşayan İran vətəndaşı Heydari Muhammad Reza Ali oğlu Xətai rayonu, M.Hadi küçəsi 1 saylı ünvanda təsadüfən tanış olduğu Elgün adlı şəxsə arpa satmaq məqsədi ilə 58 min 600 dollar pul verib. (Arpanın kəramətinə bir baxın e).
Elgün adlı şəxs də məbləği götürərək qeyb olub. İt də gedib, ip də.
İndi Ağayi Reza polisə şikayət edib pulunu tələb eləyir.
Doğrudan da, necə də sadəlövh insanlar var imiş. Sən 58 mini təsadüfən tanıdığın birinə ver ki, get mənə arpa al gətir.
Ay alıb gətirdi a!
Rəy bildir +
Oxşar xəbərlər
Elektron siqaret, yaxud bəzəkli düşmən
18:2323 sentyabr

Elektron siqaret, yaxud bəzəkli düşmən

Siqaretdən asılılığı azaltmaq üçün elektron siqareti çıxış yolu kimi görənlərin arzusu reallığı əks etdirmir. Elektron siqaretin zərərləri baxımından adi siqaretdən geri qalmadığı təsdiqini tapır. Xüsusilə son günlər Dünya Səhiyyə Təşkilatı elektron siqaretin zərərləri ilə bağlı müxtəlif

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi
11:4218 sentyabr

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi

Ötən həftə Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Turistləri ən çox cəlb edən məkanlar
19:4315 avqust

Turistləri ən çox cəlb edən məkanlar

Bizi əhatə edən təbiət möcüzələrlə zəngindir. Bəzən bu möcüzələr qarşısında insan heyrətə gəlir. Təbiətin möcüzələri turizm baxımından da böyük əhəmiyyətə malikdir. Belə ki, qeyri-adi landşaftlar, nadir bitki və heyvanat aləmi olan təbiət guşələri dünyanın müxtəlif ölkələrindənolan turistləri cəlb

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq