İSTİ XƏBƏRLƏR
» » Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib. 
Bildirilib ki, ümumilikdə 150 KİV nümayəndəsi müraciət edib, onlardan 90 nəfəri qeydiyyatdan keçib. Qeydiyyatdan keçən KİV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal da var. Artıq yarışla bağlı trek boyu yollarda beton sədlər quraşdırılıb. Eyni zamanda təhlükəsizlik torları da çəkilib. Bundan əlavə bir yol darlaşdırılsa da, hələ ki hərəkət tamamilə məhdudlaşdırılmayıb. 
Azərbaycanda hər il treklə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi pilotlar bildirirlər ki, Bakı trekləri yarış üçün çətinlik yaradır. Əsas gətirirlər ki, trekdə düz yollar üstünlük təşkil edir. Bu isə ötmə əməliyyatını həyata keçirməkdə çətinlik yaradır. Eyni zamanda bunun tam əksini düşünənlər də var. Yarışda hər zaman fərqlənən pilotlar isə keçiriləcək yarışlarla bağlı aşağıdakıları bildiriblər. "Mercedes"in pilotu Lyuis Hemilton Formula 1 Çin Qran-Prisindən sonra deyib ki, ötən iki mövsümdə problemlərinin yaranmasına baxmayaraq, Azərbaycandakı trek əladır: "Mən orada əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyirəm". Britaniyalı pilot qeyd edib ki, bolidin sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxti gətirib: "Mən Valtteri Bottasın və xüsusilə "Ferrari"nin Bakıda daha sürətli olacağını gözləyirəm", - deyə o əlavə edib. Məlumat üçün qeyd edək ki, dünya çempionatının 1000-ci yürüşü olan Çin Qran-Prisində Lyuis Hemilton qalib olub, "Mercedes" komandası isə üçüncü ardıcıl qələbə dublunu əldə edib. "Mercedes" komandasının pilotu Valtteri Bottas isə söyləyib ki, mövsümün başlanğıcı komandaka üçün ideal olub: "Şanxay treki bir çox cəhətdən unikaldır, Bakıda isə bizi fərqli yürüş gözləyir. Yarış ərəfəsində bizi nələrin gözlədiyi məlum olacaq". "Alfa Romeo"nun pilotu Antonio Covinatsi də Çin Qran-prisindən sonra Bakı haqqında fikirlərini bölüşüb. Pilot deyib: "Planımız baş tutmadı, indi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı treki ilə məni xoş xatirələr bağlayır. "Formula-1" sükanı arxasında Bakı trekində çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq". Məşhur "McLaren"in idman direktoru Jil de Ferran Formula 1 çempionatının Çin Qran-Prisindən sonra bu sözləri deyib: "Özünəməxsus unikal Çin treki bolidin davranışı barədə daha çox məlumat toplamağa şərait yaratdı. Buna görə də iki həftədən sonra Bakıda daha uğurla çıxış edəcəyimizə ümid bəsləyirik". 
"Ferrari" komandasının rəhbəri Mattia Binotto bildirib ki, zəif cəhətlərimizi aşkar etmək və Bakıya daha güclü qayıtmaq üçün maşını da modernləşdirməyə davam edəcəyik: "Orada bizi tamamilə fərqli trek gözləyir, biz uik-endə müsbət əhval-ruhiyyə ilə yanaşmalı və mümkün olan hər şeyi etməliyik". 
Sonda onu da qeyd edək ki, ikiqat dünya çempionu Mika Hakkinen ənənəvi şərh sütununda Formula 1 Çin Qran-Prisinin yekunlarını dəyərləndirib və komandasının Bakıda perspektivlərindən bəhs edib. Onun sözlərinə görə, ötənilki yürüşün qalibləri olmuş Fettel və Hemilton yenidən qələbə uğrunda mübarizə aparacaqlar, onların tərəf müqabilləri Lekler və Bottas isə üçün maraqlı yürüş göstərəcəklər". "Uzun düz yolda ötmə əməliyyatlarını həyata keçirmək üçün çoxlu yaxşı imkanlar olacaq".
F1 şərhçisi və eksperti, Azərbaycan Qran Prisinin rəsmi səfiri Rəhim Əliyev start ərəfəsində qəzetimizə açıqlama verib:
Şəhər trasının konfiqurasiyası ənənəvi olaraq Mercedes maşınları üçün əlverişli olacaq. Ona görə də komandanın hər iki sürücüsü - həm Lyuis Həmilton, həm də Valtteri Bottas yarışda favorit hesab olunurlar. Ümid edirəm ki, Ferrari komandası əvvəlki yarışlarda baş verən problemləri aradan qaldıraraq "gümüşü oxlara" layiqli müqavimət göstərəcək. Red Bull komandası Honda-nın güclənmiş mühərriki hesabına qələbə uğrunda mübarizəyə müdaxilə edə bilər. Yəni həm şənbə günü sıralanma turunda, həm də bazar günü yarışda əsas mübarizə bu 3 komandanın sürücüləri arasında baş tutacaq. Keçən il qələbəyə əsas namizəd Valtteri Bottasın maşınında finişə 3 dövrə qalmış təkər partlamışdı - ümid edirəm ki, bu dəfə bəxt onun üzünə güləcək və sevinən tərəf də finlandiyalı sürücü olacaq. Ümumən, istərdim ki, Formula 1 tarixinin 104-cü yarışı yenə də maraqlı ötmələrlə, təkər təkərə mübarizələrlə, qəzalarla və s. elemetlərlə zəngin olsun. Sonda isə qoy, güclü qalib gəlsin!
Rəy bildir +
Oxşar xəbərlər
Taksidə siqaret çəkənlər cərimə olunacaqlar
14:1817 aprel

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar

Ölkəmizdə ictimai yerlərdə siqaret çəkməyə yol verilmir. Qanun layihəsinə görə təhsil və tərbiyə, səhiyyə-reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoran, kafe və barlar daxil olmaqla

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO