İSTİ XƏBƏRLƏR
» » Günəş, ay, 7 göyərçin, kişi və qadın...

Günəş, ay, 7 göyərçin, kişi və qadın...

Sumqayıtdakı yeni abidənin mənası nədir?

Məlum olduğu kimi, şəhərin sülh küçəsində yeni heykəl kompleksi qurulub. Sumqayıtın 70 illiyinə ithaf olunmuş abidənin müəllifi memar Cahid Həsənovdur.
C.Həsənov abidənin fəlsəfəsi, eləcə də gələcək planlar barədə "168 saat"a danışıb:
- Abidənin ümumi hündürlüyü 5,5 metrdir. Abidə sülhsevərlik rəmzi olaraq düşünülüb. Görünən kişi ilə qadın əllərində ay və günəş tutublar. Bu, həm sülhsevərlikdir, həm zəhmətsevərlikdir, həm də gender bərabərliyini tərənnüm edir. Kişi və qadının əlində 7 ədəd quş var ki, onlar da Sumqayıtın 70 illiyinə bir işarədir.
Bu gün Avropada modern üslubda heykəllər trendi yaşanır. Biz də bu abidəni nə tuncdan, nə qranitdən, nə də mərmərdən etmədik. Bu gün dünyada heykəllərin hazırlanmasında istifadə olunan nerjdən hazırladıq. Bu, güzgülü nerjdir və gündüzlər bir rəng, axşamlar başqa rəngdə görünür. Bu isə heykəldə bir oynaqlıq yaradır. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla da məsləhətləşdik. O da bu varianta üstünlük verməyi tövsiyə etdi.
Abidə sanki alovda görünür, işıqlanma bu effekti yaradır.
Bu mənim nerjdən olan ikinci abidəmdir. Birinci belə işim Gəncə bulvarında bir neçə il öncə qoyduğumuz Əli və Nino abidəsidir. Bu abidə dünya memarları tərəfindən də bəyənildi. Bildiyiniz kimi, bu mövzuda ilk abidə Batumi şəhərində qoyulmuşdu. Onun müəllifi həmkarım Tamara xanım idi. O da Gəncədə qoyduğumuz abidəni bəyənmişdi.
Sumqayıtın digər yerlərində də yaxın gələcəkdə həmin materialdan abidə kompleksləri ucaldılacaq.
Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

"Göyərçin" abidəsinin müəllifi:  “Sumqayıt o vaxt çox solğun idi, sanki unudulmuş  şəhəri xatırladırdı”
11:4519 sentyabr

"Göyərçin" abidəsinin müəllifi: “Sumqayıt o vaxt çox solğun idi, sanki unudulmuş şəhəri xatırladırdı”

Sumqayıtın simvoluna çevrilmiş "Göyərçin" heykəli ilə adını tarixə yazdıran heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirovla müsahibəni təqdim edirik: Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"