İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Texnologiyalar Parkı rezidentlərin reallaşdırdığı məhsulun məbləğini açıqlayıb

Sumqayıt Texnologiyalar Parkı rezidentlərin reallaşdırdığı məhsulun məbləğini açıqlayıb

2019-cu ilin ilk doqquz ayının yekunlarına əsasən, Sumqayıt Texnologiyalar Parkının əsas rezidentləri 65 milyon manatdan çox məhsul reallaşdırmış bir neçə zavod olub.
Bunu Parkın ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, ən çox satılan məhsul kabel zavodunun payına düşüb:
"Bu müəssisə 29,95 milyon manat məbləğində məhsul reallaşdırıb. Armatur istehsalı zavodu 11,8 milyon manat, polimer məmulatlar istehsalı zavodu 7 milyon manat, avtomobil istehsalı və təmiri zavodu 4,65 milyon manat, alüminium profillər zavodu 2,669 milyon manat, sendviç panellər istehsalı zavodu 2,374 milyon manat, elektrik avadanlıqlar zavodu 1,6 milyon məbləğində məhsul satıb".
R.Əliyev bildirib ki, bu ilin sonunadək Azərbaycandan yaxın xaricə, o cümlədən Rusiya və Gürcüstana sənaye məhsullarının ixracı gözlənilir.
Rəy bildir +
Oxşar xəbərlər
“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi STP “Power Almatı” sərgisində iştirak edir
14:4625 oktyabr

“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi STP “Power Almatı” sərgisində iştirak edir

Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı (STP) “Made in Azerbaijan” markasını xarici bazarlarda uğurla tanıtmağa davam edir. Qazaxıstanın Almatı şəhərində oktyabrın 23-25-də təşkil olunan enerji, elektrik avadanlıqları və maşınqayırma sahələrini əhatə edən 18-ci

"SOCAR Karbamid" özünü necə doğruldur?
17:0721 avqust

"SOCAR Karbamid" özünü necə doğruldur?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt Texnologiyalar Parkı Qazaxıstanın “Tengiz” yatağı üçün kabel ixrac edib
13:3903 iyul

Sumqayıt Texnologiyalar Parkı Qazaxıstanın “Tengiz” yatağı üçün kabel ixrac edib

Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın “Tengiz” yatağının elektrik xətlərinin qurulması üçün nəzərdə tutulmuş kabel məhsullarının ixracını həyata keçirib.

Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda