İSTİ XƏBƏRLƏR
» » Karbamidin Sumqayıtda istehsalı hansı riski aradan qaldırır?

Karbamidin Sumqayıtda istehsalı hansı riski aradan qaldırır?


"Karbamid gübrəsi çox lazımlı gübrədir".
Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.


"Aqrolizinq" ASC-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Aytəkin Məmmədova da qeyd edib ki, karbamid ammonium nitratdan (azot - selitra) daha üstün təsirə malikdir.
Karbamid azot gübrəsidir və onun tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır.
Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində həyata keçirilir.
Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Daxildə karbamidin satışı "Aqrolizinq" ASC vasitəsilə həyata keçirilir.

"Aqrolizinq" 25 min ton karbamid alıb
"Aqrolizinq" ASC-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi bildirib ki, Karbamid zavodundan 25 min ton karbamidin tədarükü üçün müqavilə imzalanıb. Onun sözlərinə görə, bu həcmin 1 500 tonu daşınıb, qalanı hissə-hissə regional nümayəndəliklərə və rayon bölmələrinə daşınaraq anbarlarda saxlanılacaq.
Nicat Nəsirli karbamidin əhəmiyyətini vurğulayaraq bildirib ki, karbamid gübrəsi çox lazımlı gübrədir. "Bildiyiniz kimi, karbamid azot tərkibli gübrədir və azot tərkibli gübrələr yemləmə qrupuna aiddir. Mineral gübrələrin digər növləri-fosfor və kalium tərkibli gübrələr kök sistemini inkişaf etdirmək üçün daha çox şum vaxtı torpağın altına verilirsə, azot tərkibli gübrələr toxum səpildikdən sonra yaşıl kütlənin inkişafını təmin etmək üçün üzdən səpilir".
"Hazırda 1 kisə karbamidin güzəştlə qiyməti 5,88 manatdır. Əvvəl bu qiymət 9 manat təşkil edirdi"

Fermerlərə karbamidin  üstünlükləri izah ediləcək
Aytəkin Məmmədova bildirib ki, karbamidin mövsümü fevral ayından başlayır və gələn ilin fevral ayından onun səyyar satışı təşkil ediləcək: "Biz gübrələmə mövsümündə uzaq məsafələrdə yerləşən ərazilərdə təşkil olunan səyyar satışlar zamanı maarifləndirmə işləri aparmağı və fermerlərə karbamidin yerli istehsal olduğunu, daha ucuz, həmçinin keyfiyyətli olduğunu izah edəcəyik",- o qeyd edib.
O, karbamidin qiymətindən də danışıb: "Karbamidin 1 tonunun qiyməti 490 manat təşkil edir. Dövlətin 70%-lik güzəşti ilə 1 ton karbamidin qiyməti 147 manata təklif edilir. Karbamid 40 kiloqramlıq kisələrdə satılır.
N.Nəsirli də qeyd edib ki, sovet dövründən bütün mineral tərkibli gübrələr xaricdən alınıb və ona milyonlarla vəsait sərf olunub. "Amma çox sevindiricidir ki, artıq bu gübrənin istehsalı Azərbaycanda həyata keçirilir".

Karbamidin daxildə istehsalının bir neçə üstünlükləri var
O, karbamidin Azərbaycanda istehsalının bir neçə üstünlüklərini də vurğulayıb. Ekspert bildirib ki, ilk olaraq gübrə vaxtında fermerlərə çatdırılacaq. "Yemləmə gübrəsi optimal vaxtda aprel ayında 25 gün ərzində verilməlidir. Bəzən bürokratik əngəllərdən, bəzən işi bilməyən adamların bu işin içində olması nəticəsində bu gübrələr ölkəyə gec gəlirdi, nəticədə fermerlər yemləmə gübrələrindən istifadə edə bilmirdi. İndi isə ölkədə bu gübrənin istehsalının olması ən azı etibarlı təchizat sisteminin qurulmasına ümid yaradır. Yəni fermerin əli istənilən vaxt bu gübrəyə çatacaq. Deməli, məhsuldarlığın 50%-ni təmin edən şumaltı gübrələr verilibsə və optimal vaxtda yemləmə gübrəsi verilərsə artıq fermerin məhsulunun 100% zəmanəti olduğunu deyə bilərik. Ümumiyyətlə, gübrə təminatı çox vacib məsələdir. Təcrübəyə görə ölkədə kalium və forfor gübrələri ehtiyatı olurdu, əvvəlcədən gətirilirdi, amma azot tərkibli gübrələr qısa müddətdə istifadə olunduğuna görə idxalında problem yaranır, əlçatan olmurdu. Bu baxımdan istehsalın daxildə olması çox sevindiricidir. Ona görə ki, fermerlərin etibarlı təchizatı yaranacaq".

"Karbamidin ölkədə istehsalı etibarlı təchizat yaradacaq, xərclənən böyük  vəsait ölkədə qalacaq"
N.Nəsirli gübrəyə xərclənən böyük həcmdə vəsaitin ölkədə qalması baxımından da əhəmiyyətini vurğulayıb: "Üçüncü məsələ odur ki, biz artıq uzun illər qarşımıza hədəf qoyduğumuz, lakin hələ ki, nail ola bilmədiyimiz bitkiçilikdə məhsuldarlıq göstəricilərinin yüksəlməsinə doğru bir addım da atmış olacağıq. Azot tərkibli gübrələr təkcə əkinçilikdə tətbiq olunmur, eyni zamanda kənd təsərrüfatının digər sahələri, bağçılıq sahəsində də tətbiq edilir. Bu gübrələr ağacların dibinə yemləmə gübrəsi kimi verilir. Bu o deməkdir ki, istehsalın Azərbaycanda olması dolayısı ilə meyvəçilik, bağçılıq sahəsində də məhsulların əldə olunmasına ciddi zəmin yaradacaq. Biz ümid edirik ki, mineral gübrələrin hamısı Azərbaycanda istehsal olunsun ki, ən birinci keyfiyyət məsələsinə əmin olaq, ikinci əlçatan olsun, üçüncü də bütün strateji sənədlərdə qarşıya qoyulmuş məhsuldarlıq məsələlərinə nail olaq. Məlumdur ki, 2020-ci ildən yeni subsidiya qaydaları tətbiq olunacaq və qaydalarda da qeyd edilib ki, subsidiya almaq istəyən fermer qeyd olunan mineral gübrələrdən normativlər çərçivəsində istifadə etməlidir. Bu da 2020-ci ildə fermerlərin indiyədək əziyyət çəkdiyi bir problemin həll olunmasına ümid yaradır".
Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"SOCAR Karbamid" özünü necə doğruldur?
17:0721 avqust

"SOCAR Karbamid" özünü necə doğruldur?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli