İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın 70 illiyi ilə bağlı silsilə tədbirlər davam edir

Sumqayıtın 70 illiyi ilə bağlı silsilə tədbirlər davam edir



Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə şəhərin 70 illik yubileyinə həsr olunmuş "Taleyimizin şəhəri" adlı ədəbi-bədii musiqili kompozisiya keçirilib.

Əvvəlcə iştirakçılar foyedə  şəhərin tarixini, bu gününü əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Akt zalında davam edən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov  tədbir iştirakçılarını və şəhər sakinlərini Sumqayıtın 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Şəhər rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Əlbəttə, cənab İlham Əliyevin qayğısı və diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir.

Z.Fərəcov son illər Sumqayıt şəhərində həyata keçirilmiş layihələrə nəzər salıb, gələcək perspektivlərdən danışıb.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov məruzə ilə çıxış edərək vurğulayıb ki, son illərdə Sumqayıt şəhərində bütün sahələrdə görülmüş işlər, qazanılmış nailiyyətlər şəhərdə ağsaqqalların, ahıl vətəndaşların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.

Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Tədbir ədəbi-bədii musiqili kompozisiya ilə davam edib.


Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür