İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

İlyas hakim

Bu həftə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov işdən kənarlaşdırılması ilə gündəmə gəldi. Prezident İlham Əliyev onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzaladı.
Sərəcamda qeyd edilir ki, qanunvericiliyin tələblərini dəfələrlə pozduğuna görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.
Bunu, 2008-ci ildən Sumqayıt şəhər məhkəməsində hakimlik edən 60 yaşlı İlyas hakimin Sumqayıtın adının son illər ancaq yaxşı işlərə hallanması ənənəsini pozması faktı hesab etməyək.
Bir pis yüz yaxşıya xətər toxundurammaz.

Şəbnəm Tovuzlu

ARB kanalına qonaq olan müğənni Şəbnəm Tovuzludan dörd Avropa ölkəsi adını çəkməyi xahiş edəndə  o  da dedi ki, Dubay, Amerika.... Ardını gətirə bilməyəndə sözə qüvvət kimi söylədi ki, Amerika Avropanın paytaxtıdır.
Azərbaycanın özəl televiziyalarının yalnız şou-biznes, bayağı və şit musiqi, silikonlu müğənniləri reklam etdiyi, belələrini örnək olaraq təbliğ etdiyi bir dönəmdə, eləcə də yetişməkdə olan gənc nəslə onların əxlaqı, savadı təlqin olunduğu bir zamanda bizə bircə kəlmə söyləmək qalır: 
- Allah, sən özün saxla!

6 partiya

 Mərkəzi Seçki Komissiyası 2018-ci il üzrə maliyyə hesabatı verməyən 6 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyi qərarlaşdırdı ki,  onların rəsmən qapadılmasını elan etsin.
Iş ondadır ki, bu il ölkəmizdə qeydiyyatda olan 55 siyasi partiyadan 45-i MSK-ya hesabat verib. Hesabat verməyən 10 partiyadan 6-sının sədrinin dünyasını dəyişdiyi bəlli olub. O da bəlli olub ki, həmin partiyalarda yeni sədr təyin olunmayıb, çünki, ümumiyyətlə o partiyalar elə mərhum sədrlərindən ibarət imişlər.
Azərbaycan dünyada həm də analoqu olmayan siyasi partiyalar vətəni imiş.

Pənah bəy

Azərbaycan Xalq Partiyasının sədri, vaxtı ilə Azərbaycanın baş naziri olmuş Pənah Hüseyn bu həftə Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub. Ondan sosial şəbəkədə yazdığı "ölkənin cənubunda və şimalında təxribatlar hazırlanır" sözlərinə açıqlama verməyi tələb ediblər.
Əlbəttə,  "6 xətt" olaraq Pənah bəyin DTX-da nə cür izahat verdiyindən bixəbərik, ancaq bizim fikrimizcə, gərək DTX Pənah bəyin sözlərini ciddiyə alıb belə bir məsələni gündəmə çıxartmayaydı. Buna görə boş yerə təhlükəsizlik qürumu rəsmiləri nə qədər vaxt, əsəb itirirdilər.
Pənah bəydir də.

Molla maşınları

Bu həftə Mənəvi Dəyərlərin Təbliği Fondunun  rəsmisi elan etdi ki, fonddan ayrılan 400 000 manat vəsaitlə Naxçıvan Muxtar Respublikasında istehsal olunan 22 ədəd "XHazar" və 2 ədəd "NAZ lifan" markalı avtomobil alınaraq ölkə məscidlərindəki mollaların ixtiyarına verilmişdir.
Beləliklə, bundan sonra mollalar ölü yerinə taksilərdə, yaxud yas sahibinin avtomobilində yox, öz dini icmalarına məxsus avtomobillərdə gedəcəklər.
Bundan sonra NAZ Lifan və XHazara el arasında "molla maşınları" deyiləcəyi, "6 xətt"in fikrincə, heç bir şübhə doğurmur.

Aqil Abbas

Bildiyiniz kimi Xarici İşlər nazirlərinin son Moskva görüşündə yekun olaraq Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili barədə razılıq əldə olunub.
Millət vəkili Aqil Abbas əldə olunan bu razılığa görə xarici işlər naziri Elmar Məmmədyarovu tənqid edib. O deyib ki, Elmar Məmmədyarov rəhbərlik etdiyi xarici işlər nazirliyindən bir futbol komandası da yaratsın, gedib ermənilərlə futbol da oynasın.
Ümumən, Aqil Abbas Məmmədyarovun erməni həmkarı ilə görüşməsini və əldə etdiyi razılığı "evcik-evcik oyunu" adlandırıb.
"6 xətt" belə hesab edir ki, Elmar müəllim hələ yaxşı qurtarıb. Aqil Abbas üçün bu cür tənqid etmək, heç tənqid etməmək anlamındadır.

Həftənin salnaməsini SƏRTYEL yazdı
Rəy bildir +
Oxşar xəbərlər
Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?
16:4116 aprel

4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?

Şıltaqlığına baxmayaraq, onun qorxmazlığı, cəsarəti, dönməzliyi,  əsl kişi prinsipiallığı hamıda böyük rəğbət oyatdı, onu aləmə tanıtdırdı

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:3516 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət