İSTİ XƏBƏRLƏR
» » AMEA ansamblı və Sürix

AMEA ansamblı və Sürix


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin bu günlərdə növbəti iclası keçirildi.

AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil QurbanovAMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığını bildirdi.

Əlbəttə, elm adamının da dincəlmək, asudə vaxtını səmərəli keçirmək haqqı və hüququ var. Həm də bəlkə də alimin istirahətə daha çox ehtiyacı var. Ancaq məsələ burasındadır ki, elm adamlarından ibarət musiqi ansamblının yaradılması məsələsi sosial şəbəkədə əməlli-başlı müzakirə mövzusuna çevrildi. 

İlk növbədə deyək ki, bu informasiyanı dövriyyəyə buraxan AMEA mətbuat xidməti xəbərin bu detalının ironik qarşılanacağını proqnozlaşdırmalı idi. 

Nə üçün?

Bu sualın cavabı Azərbaycan elminin və elm adamlarının onların qarşısında duran elmi məsələlərə, müasir dünyanın çağırışlarına hansı dərəcədə adekvat reaksiya verməsindədir.

Gəlin, baxaq təkcə 2019-cu ildə AMEA ilə bağlı hansı məlumatları dərhal xatırlayırıq:

- Alimlərə verilən evlərlə bağlı qalmaqal!

- "AMEA-nın professoru" adı ətrafında qalmaqal!

- AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə Coğrafiya İnstitutu arasında geomaqnit qasırğaları ilə bağlı yaranan toqquşma!

- Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin nəşr etdirdiyi "İzahlı dilçilik terminləri lüğəti" kitabının plagiat olması!

Bu, yalnız mediaya sızan və geniş müzakirəyə səbəb olmuş bir neçə hadisədir.


Sürixdə beyin həmləsi

AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasına hazırlıq apardığımız bir dönəmdə dünyanın aparıcı universitetlərinin top menecerləri və alimləri Sürixdə toplaşmışdı. Axtarmayın, bu barədə Azərbaycan mediasında bir cümlə də olsun məlumat tapmayacaqsınız!

İnnovativ dünyanın trendləri bizim üçün ansambllardan daha az maraqlıdır...

Dünyanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri İsveçrədə ötən ay nələri müzakirə edirdi?

Sammitdə dünya universitetlərinin tədris və tədqiqat istiqamətləri üzrə inkişaf məsələləri, əldə olunan nailiyyətlər və problemlər, qarşıda duran məsələlər nəzərdən keçirilib, müxtəlif panellərdə dünyanın aparıcı universitetlərinin rəhbərlərinin, professor və tədqiqatçılarının çıxışları dinlənilib və gələcək çağırışlarla bağlı müzakirələr aparılıb.

Sürix toplantısı həm də dünya universitetlərinin 2019-cu il reytinqini müəyyən etmək üçün müzakirələrin əsas platforması idi. 

Gözlənildiyi kimi, Azərbaycan universitetlərinin adıson reytinqdə də yoxdur.

Sammitdə eyni zamanda o qənaətə gəlinib ki, bu gün dünyada mövcud olan peşələrin təxminən 40 faizi gələcəkdə mövcud olmayacaq, texnologiyanın sürətli inkişafı isə yeni peşə və ixtisasları formalaşdıracaq.


Sürixdən Şamaxıya...

Belə tədqiqatların nəticələrini biz Şərqdən  - Koreya, Yaponiya, Çin, Sinqapur və qərbdən - Amerika, Kanada, Almaniya, Britaniya, İsveç, İsveçrə... kimi ölkələrdən alırıq. Şamaxı Rəsədxanasının adı isə ölkədə ayın nə vaxt görünəcəyi ilə bağlı açıqlama ilə assosiasiya olunur.

"Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı bu gün..."

Fikir verin, nə qədər də elmi səslənir. Asan proqnozlaşdırmaq olar ki, gələcəkdə mövcud olmayacaq 40 faiz peşələr kimi Şamaxı Rəsədxanası da risk zonasındadır. Növbəti onilliklərə vəsiqə qazanmaq üçün daha innovativ olmaq qaçılmazdır.Bu vəsiqə uğrunda AMEA-da gərgin mübarizə aparmalıdır!

Vüsal Mətləboğlu


Rəy bildir +
Oxşar xəbərlər
Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə