İSTİ XƏBƏRLƏR
» » Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin

Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin


Yaşla heç bir əlaqəsi olmayan əzələ dartınması çoxunun şikayət etdiyi vəziyyətdir. Dartınma özü ilə birlikdə əzələ və ya əzələ qrupunun dözülməz ağrılarını gətirir.

Bu vəziyyətin tez-tez təkrarlanması isə metabolik və nevroloji xəstəlikərin simptomudur. Məsələn, diabet, Parkinson xəstəlikləri əzələ dartınması sayəsində üzə çıxır. Maqnezium, kalium kimi mineralların, duz və B12 vitamin çatışmazlığı da dartınmaları tezləşdirə bilər.

Bəs bu problem ev şəraitində təbii üsullarla aradan qaldırıla bilərmi?


Xoş xəbərimiz var: əlbəttə!


Maqnezium əlavələri (xüsusilə, sitrat və qlisinat duzları) dartınmanın qarşısını alır və azaldır.

B1 vitamini dartınmanın ağrısını azaldır. B6, B12 əlavə ediləndə təsir daha da güclənir.

Üzüm çəyirdəyi ayaqdakı əzələ dartınmalarını müalicə edir.

E vitamini də bu işin öhdəsindən gələ bilər.

Sodium və kalium çatışmazlığı qarın və ayaq bölgəsindəki dartınmalara səbəb ola bilər. Kalium və duz yeməklə bu problemin qarşısı alına bilər.


Yuxarıda adı çəkilən təbii məhsullar ən çox çərəzlərin tərkibində olur. Lakin çərəzlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır ki, sağlamlığı qorumaq istəyərkən artıq çəki yaranmasın.

30 qram çərəzi həzm etmək üçün nə qədər hərəkət etmək lazımdır?

30 qram çərəz 175 qram kaloriyə bərabərdir. Bu kalorini yandırmaq üçün 30 dəqiqə nizamlı yürüş, ya da 45 dəqiqə sürətli yürüş etmək lazımdır. Eyni miqdar kalorini velosipedlə 20, yüksək sürətlə isə 15 dəqiqə yandıra bilərsiniz.

175 kalorini xərcləmək üçün ən az 20-25 dəqiqə üzmək lazımdır. Tennisi təkbaşına oynayırsınızsa 15, digər halda isə 30 dəqiqə bəs edər. Əgər qolf xoşlayırsınızsa, 15-20 dəqiqəyə ehtiyacınız var.

Çərəzlərin porsiyaları nə qədər olmalıdır?

Çərəzlərin sağlamlığa faydası sübuta ehtiyacı olmayan faktdır. Tərkibi sağlam yağlar, faydalı proteinlər, minerallar, bol lif və vitamindən ibarətdir. Bununla yanaşı, həm də kalori çəlləyidir. 100 qram çərəz 600 kaloriyə bərabər olur. Bu miqdar bir kişinin gündəlik kalori ehtiyacının dörddə biri, qadınlarda isə üçdə birinə bərabərdir.

Qısası, çərəzi ovuc-ovuc deyil, sayaraq yeməkdə fayda var, yoxsa artıq çəkiyə səbəb olar. Buna görə də gündə 30 qramdan çox çərəz yeməyin.

Gündəlik yeyilə biləcək çərəz miqdarı:

Badam (təzə): 20 ədəd

Fındıq (təzə): 20 ədəd

Yerfıstığı (qovrulmuş): 40 ədəd

Qoz (təzə): 5 ədəd

Çərəzləri qovrulmamış, duz

lanmamış və qurumamış formada yeməkdə fayda var. Onları nəmli yerdə saxlamayın. Qaranlıq yerdə saxlanmalarında isə fayda var.


BONUS

Qış yaxınlaşarkən qalın geyimlərə bürünüb kilolarını gizlətmək istəməyənlər üçün tövsiyələrimiz var. Əgər bədəninizi daim "toksin əleyhinə silah" halına gətirmək istəyirsinizsə, mətbəxinizdə bu məhsullardan bol istifadə edin: sarıkök, cəfəri, dərəotu, kərəviz, sarımsaq, avokado, kələm, çuğundur.

Rəy bildir +
Oxşar xəbərlər
Yağları əridən 9 sehirli məhsul
11:5615 sentyabr

Yağları əridən 9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir. Ancaq yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbii ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat

"Körpəni bələmək lazım deyil, sadəcə…"
18:0321 avqust

"Körpəni bələmək lazım deyil, sadəcə…"

"Həkimim" rubrikasının budəfəki qonağı pediatr Fərəh Vahabovadır.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO