İSTİ XƏBƏRLƏR
» » Yuxu dərmanları ölümə səbəb ola bilər

Yuxu dərmanları ölümə səbəb ola bilər

 

Aparılan araşdırmalara görə, hazırda insanlar 70 il bundan əvvəlkindən gündə iki saat daha gec və keyfiyyətsiz yatırlar.

Şəhərləşmə və texnologiyanın inkişafı yuxu rejiminin pozulmasının ən önəmli amilləri arasında yer alır. Müasir dünyanın ən böyük problemlərindən olan yuxusuzluğa qarşı reseptsiz istifadə olunan dərmanlar ölümə belə yol aça bilir.

"168 saat" qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin sinə xəstəlikləri üzrə mütəxəssis-həkimi Emin Akkoyunlu deyib: "Yaxşı yuxu üçün ilk növbədə qaranlıq bir otaq olmalıdır. Cib telefonları da daxil olmaqla hər sahədə istifadə olunan ledlər beyində gündüz hissi yaradır.

Yatmamışdan əvvəl televizor, telefon və kompüterə baxmaq beyində kortizon kimi stres hormonları yaratmaqla yuxunu dağıdır. Yuxusunu almadan günə başlayanlar isə yuxularını dağıtmaq üçün kofein kimi xəbərdaredici vasitələr istifadə edərək problemi körükləyirlər".

Həkim bildirir ki, yuxusuz qalmaq duyğulara, diqqətə, hafizəyə, düzgün qərarlar qəbul etməyə təsir edir, depressiya yaradır: "Dərmanla yuxuya getmək həqiqi və istirahət verən yuxudan çox uzaqdır.

Bundan başqa, hər hansı bir xəstəliyiniz varsa, istifadə olunan digər dərmanlarla yuxu dərmanların qarşılıqlı təsirləri ciddi problemə yol aça bilər. Tənəffüsə təzyiq edən bu dərmanlar ölümə qədər aparan problemlərə yol aça bilər. Maykl Ceksonun ölüm səbəbi də bundan yarandı. Buna görə də kiminsə tövsiyəsi ilə reseptsiz yuxu dərman istifadə olunmamalıdır.


Rəy bildir +
Oxşar xəbərlər
Ağrıkəsicilər ölümə   səbəb ola bilər
11:5931 oktyabr

Ağrıkəsicilər ölümə səbəb ola bilər

Gündəlik həyatımızda bir çox ağrılarla (baş, diş, qulaq və s.) qarşılaşırıq. Onların qarşısını almaq üçün tez-tez ağrıkəsici vasitələrə müraciət edirik. Bu dərmanların əksəriyyəti apteklərdə reseptsiz, yaxud həkim qeydi olmadan satılır.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.