İSTİ XƏBƏRLƏR
» » Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinqlərin nəticələri açıqlanıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 1-dən 7-dək Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirdiyi monitorinqlər zamanı filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektləri müəyyən olunub. Paytaxtın Nizami rayonunda şadlıq saraylarının sayı çoxdur. Ona görə də atmosferə zərərli tullantılar atılması halları daha çox həmin ərazidə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Vüqar Kərimov deyib.

Nazirliyin nümayəndəsi bildirib ki, ictimai-iaşə obyektlərinin əksəriyyətində təmizləyici qurğular quraşdırılsa da onlara vaxtında texniki xidmət göstərilmir, filtrlər təmizlənmir. Nəticədə yenə də havaya tüstü və iy-qoxu yayılır: “Binəqədi rayonunda fəaliyyət göstərən “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonundakı “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”, “Şahzadə”, Nizami rayonundakı “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında filtrlərin dəyişdirilməməsi nəticəsində havaya atılan tüstü və zərərli tullantıların miqdarı normanı ötüb. Eyni vəziyyət Nərimanov rayonundakı “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərindəki “Qubadlı”, “Dan ulduzu”, “Şəhanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeron rayonundakı “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərindəki “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarında da qeydə alınıb”.

Bildirilib ki, qurğusu olmayan və filtrləri vaxtında təmizlətdirməyən restoran və şadlıq saraylarının sahiblərinə bildiririk ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq. Bu, bizim obyekt sahiblərinə son xəbərdarlığımızdır. Onlara verilən vaxt artıq bitib.

“Restoran və şadlıq saraylarında toy edən və tədbir keçirən vətəndaşlarımıza çağırış edirik. Əvvəlcədən restoranda təmizləyici qurğuların olub-olmaması və filtrlərin təmizlənməsi ilə maraqlansınlar ki, xoş günlərində həmin obyektin fəaliyyətinin dayandırılması kimi xoşagəlməz halla üzləşməsinlər.

Bundan əlavə, nazirliyə ictimai-iaşə obyektlərindən ətrafa səs-küy barədə də şikayət daxil olur. İnsanların rahatlığının təmin olunması məqsədilə qanunvericilikdə sakinlərin daha sıx olduğu yerlərdə gecə saat 12-dən sonra səs-küy salan obyektlərin fəaliyyətinin dayandırıla bilinəcəyi də təsbit olunub”, - deyə V.Kərimov qeyd edib.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı sahibkardan Nazirliyin   yerli strukturuna qarşı sərt ittiham
16:1610 iyul

Sumqayıtlı sahibkardan Nazirliyin yerli strukturuna qarşı sərt ittiham

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Dan Ulduzu" şadlıq evini məhkəməyə verib.

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib
17:1222 may

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib

Atmosfer havasının keyfiyyəti insan səhhətinə təsir göstərən amildir. Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn irimiqyaslı layihələr icra olunur. Buna nümunə kimi şəhərin mərkəzində köhnəlmiş sənaye müəssisələrinin ləğv edilməsi, onların yerində gözəl istirahət məkanları, parkların

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin  həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki,  hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə

Sumqayıtda yerləşən restoranın direktoru:  "Nazirliyin açıqlaması  bizi təəccübləndirdi"
17:5630 aprel

Sumqayıtda yerləşən restoranın direktoru: "Nazirliyin açıqlaması bizi təəccübləndirdi"

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda yerləşən təmizləyici qurğular quraşdırılmayan 3 restoranla bağlı açıqlama yaydı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov bildirmişdi ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici