İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer

Ölüm ayağında olan kişi arvad-uşağını başına yığır ki, vəsiyyət eləsin. Yeddi ədəd nar çubuğunu birləşdirir, oğluna verir ki, al, bunları sındır.

Oğlu çubuqları bircə həmləyə ortadan iki bölür.

Kişinin susub heç nə demədiyini görən arvadı soruşur:

- Ay kişi, bu nə məsələydi?

Kişi köks ötürür:

- Heç. Bu div oğlu div çubuqları sındıra bilməsəydi, zor söhbət eləyəcəkdim.


4-cü yer

Anekdotı.ru portalında həftənin lətifəsi.

Alla Puqaçova gecə saat 2-də hirsli halda Maksim Qalkinə zəng edir:

- Hansı cəhənnəmdəsən? Saatdan xəbərin var?

Maksim üzrxahlıqla söyləyir:

- Alloçka, canım, yadında illər öncə Taqankada brilyant qaşlı üzük satılan zərgərlik dükanında idik? O vaxt pulum olmadı deyə o üzüyü sənə ala bilmədim. Dedim ki, Alloçkam, eybi yox. Pulum olan kimi o üzüyü sənə alacam. Yadında?

Alla dərhal yumşalır, həyacandan səsi titrəyə-titrəyə deyir:

- Hə, Maksyuşa, əlbəttə yadımda. Heç unutmaqmı olar?! Sən indi ordasan eləmi?

- Hə, canım, orda - dükanın yanında kiçik çayxana var, Petroyla orda domino oynayırıq.


3-cü yer

Bir yas məclisində bir və

lədüzna gənc mollayla məzələnmək üçün ona sual verir:

- Molla əmi, aldatmaq günahdırsa, bəs niyə futbolçular bir-birilərini aldadır?

Molla azacıq düşünüb sualı belə cavablandırır:

- Onlar xristiandırlar, mənim balam. Bax gör heç bizim futbolçular kimisə aldada bilir?


2-ci yer

Albert Eynşteyn azərbaycanlılar haqda:

Çox mehriban xalqınız var. Birinə bir dəfə salam versən, nəslində nə qədər toy olarsa hamısına çağıracaq səni.


1-ci yer

Kürdəmirdə anamın 98 yaşlı bir Şahvələd əmisi var. İndiyə qədər azı 8-9 dəfə milləti Sumqayıtdan yığıb aparıblar ki, bəs Şahvələd əminin vəziyyəti ağırdır, gəlin!

Dünən gecə yenə xəbər gəldi ki, bəs Şahvələd əminin vəziyyəti çox pisdir, özünüzü yetirin.

Atam anama dedi ki, yenə xərc çəkib gedirik, bax eşit, işdi-şayət, sənin Şahvələd əmin bu dəfə də ölməsə balışı ağzına basıb özüm öldürəcəm onu.


Aforizmlər

* Maaş kimiyəm, heç kim mənlə dolana bilmir.

* Dilənçiyə  20 qəpik uzatdım, qayıtdı ki, bu nədir mənə verirsən, dilənçi-zadam səninçün?

* 15-16 yaşında qızlar həmişə oğlanları paxıllıq edir. Çünki oğlanlar bığlarını qırxır, amma onlar yox.


Yalnız bizdə

* Kişilər tuluq kimi qarın saxlayıb fəxrlə əllərini üstünə qoyurlar. 

* Valideynlər övladlarının hansısa uğurunu təbrik etməkçün onların dişini çıxarıb yerinə metal diş qoydururlar.


İbrətamiz

Ömər Xəyyamdan bir pritça:

Bir müdrikdən soruşurlar: 

- Niyə kasıblar varlılar kimi xəsis deyillər, eqoist deyillər, yalnız özlərini düşünmürlər?

Müdrik deyir:

- Bir pəncərəyə bax, nə görürsən?

- Həyət, ağaclar, oynayan uşaqlar görürəm.

- Indi isə güzgüyə bax. Nə görürsən?

- Özümü.

- Ay sağ ol. Görürsənmi? Pəncərə də şüşədəndir, güzgü də. Amma güzgünü azacıq gümüş qatıb düzəldirlər. Azacıq gümüş isə sənə yalnız özünü göstərir.


Giley

Bu toydan da özümə bir ər tapa bilməsəm, demək o saç-makiyaja verdiyim 50 manatı tulladım çölə.


Fakt

Xocasənin kruqunda bir obyekt var, toy mövsümündə adını "Murad" şadlıq sarayı eləyirlər, Məhərrəmlikdə isə "Mədinə" mərasim evi.


Olmuş hadisə

Elza Seyidcahana bir müxbir sual edir ki, Elza xanım, necə oldu ki, Röyaya xalq artisti adı verdilər, sənə yox? Elza qaşlarını çatıb söyləyir: 

Mənimlə məsləhətləşdilər!

Mən özüm dedim ki, 

xalq artisti adını 

bu səfər versinlər

Röyaləyə, Röyaya!

Dedim, ay Röya!

Ya, ya, ya.

Mən ucalım Aya.

Sənin başına düşsün qaya!

Dedim, ay Röya!

Ya, ya, ya.

Mən yüz il yaşayım, 

Sən çıxmayasan 

Aprelə, Maya!


Arzu

A95 benzini kimi makiyajın da qiyməti qalxsaydı barı qızların üzünü görərdik.


Bədbin

Qurban olum sənə, ay maaş. Hamı böyüyür, bəs niyə sən heç böyümürsən?


Pozitiv

Əsgərliyə gedəndə evdəkilərlə sağollaşıb çıxırdım ki, anam ağlaya-ağlaya qayıtdı ki, dayan verim, zibilləri də apar at.


Dialoq

- Qızım, gəl göstərək ki, biz ayların adlarını necə öyrənmişik. Haydı, başladıq. Birinci ay. Yan...

- Var!

- Afərin. İkinci ay. Fev...

- Ral!

- Gurultulu alqışlar. Davam edirik. Üçüncü ay. Ma...

- Rt!

- Ay nə gözəl. Maman sənə qurban. Davamını onda özün mənsiz söylə. Dördüncü ay?

- Dördüncü ay - Rel. Beçinci ay - Ay. Altıncı: - Un. Yeddinci- Ul...


Müəmma

Niyə axı deputatlardan Milli Məclisi süpürmək üçün süpürgə pulu yığılmır, amma şagirdlərdən məktəbi süpürmək üçün süpürgə pulu yığılır?


Sitat

"İdeal" mağazasına da giriləsi deyil e. Satıcılar adamı necə bişirirlərsə, çıxanda görürsən, özünə pamada-zad da almısan.

Dayandur müəllim

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
17:2129 iyul

OXUMASANIZ DA OLAR

İki həftə rayonda olan Tükəzban evə dönəndə oğlu Qulamdan soruşur: - Qulam, mama qurban, düzünü de. Mən evdə olmayanda atan çox kədərli olurdu? - Əvvəl-əvvəl yox, amma son iki gündə o qədər kədərli görünürdü ki.

OXUMASANIZ DA OLAR
17:0713 iyun

OXUMASANIZ DA OLAR

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir. O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir: - Bəli, əzizim.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.