İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Musavat

Avropada miqrant alveri bu həftənin baş mövzusuna çevrildi. Saxlanılan mühacirlərin əksətiyyətinin Musavat partiyasının saxta arayışları ilə Avropaya getmələri isə bu partiyanı fakt qarşısında qoydu və Musavat başqanı Arif Hacılını  açıqlamalar verməyə, partiyanı sudan quru çıxarmaq istəməyə məcbur etdi. Daha məlumatlı Real TV-nin sual basqınından isə Arif bəy sadəcə qaçdı. Belədə TV-nin rəhbəri Mir Şahin Ağayev ona ismarıc ünvanlandı:

- Arif, ucuz populizmlə məşğul olma. Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu, qarağüruha oynayırsan.

Təsəvvür edin, insanlar evlərini satıb mühacir sənədi düzəldib xaricə üz tutublar, indisə hamısı deportasiya olunur. 

Çox acınacaqlıdır.


Nuşirəvan müəllim

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söylədi:

- Çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır. Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddən artıq şişirtməyə yol verirlər, aktyorlar sünilik edir. Serial cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüf ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur.

Və əlavə etdi:

- Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Teleradio Şurasının sədri kimi məni çox narahat edir.

Xatırladaq ki, dövlət indiyədək özəl tv-lərə serial çəkilişinə 11 milyon manat vəsait ayırıb. Onlar da narkotiklərdən, zorlama hadisələrindən, ailə xəyanətlərindən başqa heç nə təbliğ etmirlər.

Dəyərmi?


Əli Kərimli

Bu həftə "Yeni Musavat" saytı müxalifət lideri Əli Kərimlini bir açıqlamasına görə yıxıb sürüdü:

- Kənd əhalisi pambıq yığımına cəlb edilib. Bu isə qul əməyidir.

Sayt hansısa Mürvət bəyin dili ilə Əli Kərimliyə başa saldı ki, əvvəla, pambığın qul əməyi olduğunu Karl Marks keçmişdə deyib, indi hər şey dəyişilib.

İkincisi, Əli Kərimlinin atası Əmirhüseyn kişi özü Saatlıda pambıq əkib becərir, dövlətə baha qiymətə təhvil verib pul qazanır. Deməli, Əli bəy öz atasının halal qazancının əleyhinə gedir.

Və nəhayət, sayt elan etdi ki, necə ki, Əli atasının üzünə ağ olur, eləcə də onun Londondakı oğlu onun üzünə ağ olub gününü eyş-işrət məclisləridə keçirir.

Mürvət bəyə alqışlar düşür, deyilmi?


Sabir Rüstəmxanlının qardaşı

Xalq şairi Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşı, Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçildi. Onunla bərabər daha 7 Azərbaycanlı saxlanılıb. Almaniya polisi bu həbsləri miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyd zamanı həyata keçirib.

Sabir bəy məsələyə belə şərh verib:

- Düşünmürəm ki, Əlövsətin firması miqrant qaçaqmalçılığı ilə məşğul olsun. Ola bilər, hansısa sənədlərin tərcüməsinə kömək edə bilər.

Xatırladaq ki, Əlövsət özü Azərbaycandan mühacirət edəndə Almaniya dairələrinə Azərbaycandan təqib olunduğu üçün qaçmaq məcburiyyətində qaldığını bildirmişdi.

Günümüzün yeni trendi: miqrant qaçaqmalçılığı. Xaricə qaçmaq istəyənlər çoxdur deyə bu işdən sui-istifadə edib pul qazananlar da gün-gündən artmaqdadır.


 

Ermənilər

Bu həftə ermənilər Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi. Buna səbəb, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşist Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasıdır.

Aksiya iştirakçıları Rusiya səfirliyinə etiraz-nota məktubu veriblər, "Rusiya işğalçıdır" yazılmış transporant qaldırıblar.

Öz aramızdır, ermənilərin Rusiyanın "Böyük Ermənistan"a aid etdikləri Armavir şəhərində erməni faşisti, ruslara 2-ci dünya müharibəsində qan udduran Njdeyə abidə qoymağa müvəffəq olması özlüyündə bu murdar məxluqların Rusiyaya təsir dairəsinin tam gücündən xəbər verir.


Sığortalar

2020-ci ildə vətəndaşlar əlavə xərclərlə üzləşəcəklər. Belə ki, yeni ildən etibarən Azərbaycanda Əmlakın İcbari sığortası sahəsində nəzarət gücləndiriləcək. Eyni zamanda, yanvarda ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Minimum əmək haqqının 250 manata çatdırılmasından qaynaqlanaraq artan sosial sığorta ödənişləri ilə yanaşı, hər bir işləyən şəxs tibbi və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcək. 

Daşınmaz əmlaka görə sığorta haqqı 30 manatdan 50 manatadək, tibbi sığortaya görə isə aylıq məvacibin 2 faizi miqdarında müəyyən ediləcək.

Odur ki, yeni xərclərə indidən hazırlaşın.

Rəy bildir +
Oxşar xəbərlər
Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor