İSTİ XƏBƏRLƏR
» » 2020-ci il: sosialyönümlü büdcə ilə nələr gözlənilir?

2020-ci il: sosialyönümlü büdcə ilə nələr gözlənilir?


Kapitalizm quruluşunun bir çox hallarda soyuqqanlı idarəçilik modeli, ümumiyyətlə bu sistemin mahiyyəti cəmiyyətdə təbəqələşmənin sürətlənməsi riskini artırır. Bu riski dövlət tərəfindən həyata keçirilə biləcək sosial addımlar kompensassiya edə bilər. Azərbaycan modelində olduğu kimi.

Bu gün Azərbaycanda sosialyönümlü siyasət həyata keçirilir. Dövlət cəmiyyətin ayrı-ayrı təbəqələrinin rifahının, yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli, gündəlik qayğılarının aradan qaldırılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. 2020-ci ilin büdcə layihəsinin təhlili də göstərir ki, büdcə əsas etibarilə sosialyönümlüdür. 

Sənədə görə, büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz və ya 2 milyard 664,2 milyon manat çoxdur.

2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 milyard 213,4 milyon manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfert 

1 milyard 426,9 milyon manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər 902.9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı xərci 414 milyon  manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcəkdir.

Beləliklə, görünür ki, sosial xərclərə büdcədə xüsusi olaraq yer  ayrılıb. Bu isə şübhəsiz ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosialyönümlü siyasətin daha bir ifadəsidir.

Gəlin, sosialyönümlü siyasətin konkret olaraq özünü nələrdə ifadə etdiyini nəzərdən keçirək.


Ədalətli bölgü

Azərbaycan dövlətinin bu sahədəki siyasəti olduqca şəffaf və aydındır. Ölkəmizin gəlirləri əsas etibarilə karbohidrogen ehtiyatlar, xüsusilə də neftin ixracından formalaşır. Doğrudur, həyata keçirilən iqtisadiyyatın diversifikasiyası və nəticədə ixracatda qeyri-neft məhsullarının həcminin və sayının artması müşahidə olunur, ancaq neft ixracatda hələ ki, dominant paya sahibdir. Məhz neft gəlirlərinin ədalətli bölgüsünü, eyni zamanda bu resursun gəlirlərinin həm də gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədi ilə Dövlət Neft Fondu yaradılıb. Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə yalnız parlamentdə müzakirələrdən sonra mümkündür. Bu, xərclərdən istifadədə vətəndaş idarəçiliyi modelidir. Təsadüfi deyil ki, 2016-cı ildə ARDNF Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb.


Yoxsulluğun azaldılması

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial tədbirlər və məşğulluğun artırılması istiqamətində ardıcıl proqramlar ölkədə yoxsulluğun böyük miqyasda aradan qaldırılmasına imkan verib.

Prezident İlham Əliyev 2003-cü ildə yoxsulluğun aradan qaldırılmasını mühüm prioritet kimi müəyyən etmişdi. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi həyata keçirilən siyasətin effektivliyindən və bütün tədbirlərin mərkəzində insan amilinin dayanmasından xəbər verir.

Sosial Müdafiə 

Azərbaycan vətəndaşı bütün hallarda dövlətinin onun yanında olduğuna əmindir. Keçmiş təcrübələr bu cür əminlik üçün əsas yaradır. Konkret bir neçə misal üzərində dayana bilərik: Fövqəladə hallar zamanı vətəndaşların qarşılaşdığı itkilərin, problemlərin aradan qaldırılması istiqamətində dövlətin atdığı addımlar, cəmiyyətin ayrı-ayrı təbəqələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlər və s. Təkcə bu il ərzində Şamaxı, Ağsu və İsmayıllıda zəlzələdən zərər çəkmiş evlərin tikintisi və bərpası, eləcə də məcburi köçkünlərin yeni salınmış yaşayış komplekslərində yerləşdirilməsinə şahidlik etmişik. Ümumilikdə isə son 18 ildə qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq müasir qəsəbə salınıb.

Pensiya və təqaüdlərin, eləcə də əmək haqlarının davamlı şəkildə artırılması, sosial infrastrukturun yaxşılaşdırılması yönündə həyata keçirilən investisiya proqramları da sosial müdafiə tədbirlərinin tərkib hissəsidir. 

Büdcə sənədindən görünür ki, növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinə yönəlmiş xərclər prioritet istiqamətlərdən olacaq.


Məşğulluq

Əhalinin işlə təmin olunması əslində ona imkan verir ki, dövlət sosial xərc yükünü azaltsın. Bununla belə, dolayısıyla, iş yerlərinin açılmasını, məşğulluğun təmin olunmasını da dövlətin sosial siyasəti kimi qiymətləndirmək olar.

Azərbaycanda hər il əmək bazarına 100 min gənc daxil olur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Ölkədə hazırda 14-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,2 faiz təşkil edir. Ümumiyyətlə isə ölkədə işsizlik 5 faiz həddindədir. 

Əhalinin məşğulluğunun artırılması yönündə həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, kənd təsərrüfatının stimullaşdırılması deməyə əsas verir ki, növbəti il ərzində bu rəqəm də müsbətə doğru dəyişəcək. 

Vüsal Məmmədov


Rəy bildir +
Oxşar xəbərlər
Prezident köçkünlərin yaşayış  kompleksində hansı mesajları verdi?
18:2415 oktyabr

Prezident köçkünlərin yaşayış kompleksində hansı mesajları verdi?

Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Söhbət yalnız münaqişənin həllinin ölkəyə, vətəndaşlara vurduğu maddi zərərdən və onun qarşılanmasından yox, işğal faktının aradan qaldırılaraq konfliktin hüquqi, beynəlxalq

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə