İSTİ XƏBƏRLƏR
» » Gələn ilin əvvəlindən pensiyalar nə qədər artacaq?

Gələn ilin əvvəlindən pensiyalar nə qədər artacaq?

Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək: "Bundan başqa, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilir. Nəzərdə tutulub ki, gələn ilin əvvəlində 200 manat pensiya alacaq şəxsin pensiyası yalnız indeksləşdirmə xərcləri hesabına 27-30 manat artacaq".

H.Məmişov hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulduğu vaxtdan daha tez veriləcəyini söyləyib: "Pensiya ödənişləri müəyyən qrafik əsasında həyata keçirilir. Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikdə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir".

Rəy bildir +
Oxşar xəbərlər
Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

İkinci sosial paket: necə, nə qədər və niyə?
16:3126 iyun

İkinci sosial paket: necə, nə qədər və niyə?

“Bakıda, Sumqayıtda və müxtəlif bölgələrdə yaradılan sənaye parkları Azərbaycanın valtuya gəlirlərini artırmalı, eyni zamanda ölkənin enerji satışından asılılığını azatmalıdır. Məsələn tək elə Sumqayıtda iyunun 13-də istifadəyə verilən "SOCAR Carbamid" zavodu Azərbaycana ildə 160 milyon dollar

180 manatdan aşağı  maaş verənlər cərimələnəcək
19:0214 may

180 manatdan aşağı maaş verənlər cərimələnəcək

İş yerlərində əmək haqqının minimum məbləğinin 180 manat müəyyən edilməsinə e-sistem vasitəsilə nəzarət olunur.

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü
18:1329 aprel

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş “Əlilliyi olan qadınlar” Cəmiyyətinin və “Əlilliyi olan Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.