İSTİ XƏBƏRLƏR
» » 2020-ci ildə əhaliyə ödənişlərin məbləği 5 milyarda yaxın olacaq

2020-ci ildə əhaliyə ödənişlərin məbləği 5 milyarda yaxın olacaq

2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımlar üçün 50 milyon manat ayrılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

S.Babayev qeyd edib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir.

Nazir vurğulayıb ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur".

S.Babayev əlavə edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: "Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur".

Rəy bildir +
Oxşar xəbərlər
2020-ci il: sosialyönümlü   büdcə ilə nələr gözlənilir?
17:0819 noyabr

2020-ci il: sosialyönümlü büdcə ilə nələr gözlənilir?

Kapitalizm quruluşunun bir çox hallarda soyuqqanlı idarəçilik modeli, ümumiyyətlə bu sistemin mahiyyəti cəmiyyətdə təbəqələşmənin sürətlənməsi riskini artırır. Bu riski dövlət tərəfindən həyata keçirilə biləcək sosial addımlar kompensassiya edə bilər. Azərbaycan modelində olduğu kimi.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Vergidə islahatlar hansı nəticələr verir?
10:3022 may

Vergidə islahatlar hansı nəticələr verir?

Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib