İSTİ XƏBƏRLƏR
» » Multikulturalizm və dialoqun paytaxtı - NİYƏ məhz BAKI?

Multikulturalizm və dialoqun paytaxtı - NİYƏ məhz BAKI?


Multikulturalizm və tolerantlıq bir-birinə oxşar dəyərlərdir. Lakin multikulturalizmin özünəməxsus xüsusiyyəti var. Multikulturalizm müxtəlif mədəniyyətlərin bir arada dinc şəraitdə yaşamasının təmin edilməsidir. Əlbəttə, multikulturalizm dünyanın müxtəlif bölgələrində də var. Lakin biri var multikulturalizmi nəzəri olaraq mənimsəyəsən, biri də var ki, praktikada həyata keçirəsən. Azərbaycan multikulturalizmin praktikada tətbiq edildiyi ölkələrdəndir. Öz qanunlarında multikulturalizmi təsbit edən dövlətlərdəndir. 

Bizim multikulturalizm nümunəmiz özünü bir də onda göstərir ki, bu gün dünyanın 13 ali məktəbində " Azərbaycan multikulturalizmi" fənni tədris olunur. Azərbaycanda multikulturalizmə dövlət səviyyəsində diqqətin sayəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Dünyanın heç bir yerində bu formada mərkəz yaradılmayıb. Azərbaycan burada da gözəl nümunə ortaya qoyub. Yəni biz multikulturalizmi yalnız öz coğrafiyamızda, ərazimizdə, ölkəmizdə tətbiq etməklə işimizi bitmiş saymırıq. Biz multikulturalizm ideyasının bütün dünyada daha geniş yayılması üçün geniş fəaliyyət göstəririk, tədqiqat işləri aparırıq. Eyni zamanda qeyri-hökumət təşkilatları vasitəsilə çoxlu sayda layihələr həyata keçirilir.

Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir.

Etnik mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim hətta bir ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələrdə Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyir. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı fəaliyyət, multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır. Azərbaycanda xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətini prioritet istiqamətlərindən birinə çevirilməsi Azərbaycan gerçəkliklərini geniş miqyaslı ifadəsini daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycan  Respublikasının  Prezidenti   cənab  İlham  Əliyev 2014-cü il oktyabrın 2-də IV Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimindəki nitqində demişdir: 

"Multikulturalizm Azərbaycanda həyat tərzidir. Bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən prosseslərə müsbət təsirimiz göstərək."

Əsrlərdir ki, Azərbaycan xalqı tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prossesə mühüm töhfələr verib. Prezident  İlham  Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyildir və bunun tarixi kökləri var.

Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə məhz bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığı göz önündədir.

Uzun illərdir ki, Azərbaycanda 20-dən artıq azsaylı xalqların nümayəndələri yaşamaqdadır. Ölkə əhalisinin əsas hissəsi olan azərbaycanlılar islam dininə, onun bir qismi şiə məzhəbinə, digər qismi isə sünni məzhəbinə qulluq edir. Bundan başqa ölkədə xristianlığın provaslav xəttinə, eləcədə iudaizim dininə xidmət edən çoxsaylı yəhudilər yaşayırlar. 

Göründüyü kimi, Azərbaycanda çoxlu millətlərin və xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları vardır. Multikulturalizm isə bütövlükdə millətlərarası, dinlərarası münasibətləri tənzimləyən bir elm mövqeyinə qaldırılmalıdır.

Azərbaycan xalqının əsas hissəsi olan türk etnosunun digər etnoslara tolerant, dostcasına münasibət bəsləməsi sayəsində etnik və dini zəmində heç vaxt qarşıdurma olmayıb. Qətiyyətlə demək olar ki, məhz "Multikulturalizm başqa dövlətlərə nümunə olacaq bir təcrübə toplanıb. 

Dünyada, xüsusilə bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı çağdaş zəmanəmizdə ölkəmizdə belə bir dinc mühütin mövcudluğu digər xalqlar üçün dəyərli nümunədir.

Elə buna görə də multikulturalizm Azərbaycanda dövlət səviyyəsində qorunan çox qiymətli bir dəyərdir.

Azərbaycan xalqının multikultural və tolerantlıq dəyərlərinə hətta müəyyən məsələlərdə ikili standartlarla yanaşan bəzi siyasi dairələr belə yüksək qiymətləndirirlər.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq məkanda xüsusilə islam ölkələrinin dağıntıya, fəlakətlərə, daxildə məzhəb savaşlarına məruz edildiyi bir zamanda multikulturalizmin təkcə Azərbaycan, təkcə islam ölkələri üçün deyil bütövlükdə bəşəriyyət üçün olduqca vacibdir.


nnn

Budur, ötən həftə Bakı növbəti dəfə sivilizasiyalararası dialoqun paytaxtına çevrilmişdi. Bu dəfə  dünya dini liderləri ölkəmizin paytaxtında bir araya gəlmişdilər. 

Dünya dini liderlərinin II Sammitində dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak ediblər.

Müxtəlif dinlərin, qütblərin təmsilçilərinin görüş, dialoq məkanı kimi Bakını seçməsi təsadüfüdürmü? Əlbəttə, yox! Bəs Bakını beynəlxalq dialoqun mərkəzinə çevirən hansı amillərdir? 

Təhlilçilər sammiti Azərbaycanın qlobal miqyasda dialoq, anlaşma, tollerantlığın yayılması kimi dəyərlərin şaxələndirilməsi, təşviqinə töhfəsi kimi qiymətləndirirlər. Bu mötəbər beynəlxalq tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və davam edən "Bakı Prosesi", "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamı kimi xarakterizə olunur.

Bakının bu cür mötəbər tədbirlərə evsahibliyi etməsi artıq ənənəvi xarakter daşıyır. Ancaq bu, yalnız hər hansı tədbirin fiziki olaraq təşkilatçlığını öz üzərinə götürmək deyil. Belə tədbirlərin ölkəmiziin paytaxtında keçirilməsi barədə qərarın verilməsi Azərbaycanın beynəlxalq siyasi arenadakı imicini, Azərbaycanın beynəlxalq və regional proseslərdə fəal və aparıcı mövqeyini və qlobal miqyasda reputasiyasını ifadə edir.

Təkcə geridə qalan oktyabr ayı ərzində ölkəmizin paytaxtında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü xatırlatmaq kifayətdir ki, söylədiklərimiz üçün çox yaxın gələcəyə dair faktoloji əsas yaradır. 

Qürurverici haldır ki, Azərbaycan hazırda həm də hər iki təşkilata sədrlik missiyasını öz üzərinə götürüb. Bu da Azərbaycanın beynəlxalq siyasi münasibətlərdəki fəal iştirakçılığının, sülhpərvər, multikultural və tamamilə aydın siyasətinin nəticəsidir. 


Hafiz Mikayılov,
Azərbaycan Respublikası Prezidenti   Yanında  
Dövlət  İdarəçilik Akademiyasının II kurs tələbəsi 



Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO