İSTİ XƏBƏRLƏR
» » Nazirlik Sumqayıtda “Sahil"i bağlatdıra bilmədi...

Nazirlik Sumqayıtda “Sahil"i bağlatdıra bilmədi...

Sumqayıt İnzibati-İqtisad Məhkəməsində Ekologiya Və Təbii Sərvətlər Nazirliyin 4 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "Sahil" istirahət mərkəzinin (restoran) rəhbəri Elnur Həşimova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Xeberle.com xəbər verir ki, hakim Zaur Pirverdiyevin icraatında olan iddia "Sahil" istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədədir.

Məhkəmə nazirliyin iddiasını qismən təmin edib. Qərara əsasən, "Sahil" istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi Həşimov Elnur Həşim oğluna həvalə olunub.

İddianın cavabdehin öhdəliyi yerinə yetirənədək restoranın fəaliyyətinin dayandırılması barədə hissəsi isə təmin edilməyib.

Rəy bildir +
Oxşar xəbərlər
Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi
11:4218 sentyabr

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi

Ötən həftə Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıtda hansı istirahət mərkəzlərinin fəaliyyəti dayandırıla bilər?
16:5407 avqust

Sumqayıtda hansı istirahət mərkəzlərinin fəaliyyəti dayandırıla bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  (ETSN) əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi

Xəzəri qanunsuz çəpərləyənlər   4 min manat cərimə olunacaq...
17:1225 iyul

Xəzəri qanunsuz çəpərləyənlər 4 min manat cərimə olunacaq...

Sumqayıt ətrafında Xəzər dənizi tam olaraq sakinlərin ixtiyarındadır. Amma üzü Novxanı istiqamətində getdikcə dənizin intensiv hasarlanması ilə rastlaşırıq. Budur, dənizi hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq,   dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi

13 istirahət mərkəzinin sahibləri cərimələndi
16:2414 iyul

13 istirahət mərkəzinin sahibləri cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir