İSTİ XƏBƏRLƏR
» » Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ



Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan ötən mövsümün müvafiq dönəminə nəzər salıb, ölkə çempionatında nəyin yaxşıya, nəyin pisə doğru dəyişdiyini aydınlaşdırmağa cəhd edəcəyik.

Müqayisə apararkən ötən il güclülər dəstəsində mübarizə aparan komandaların nəticələrinə ayrı-ayrılıqda diqqət yetirəcəyik. Amma əvvəlcə Premyer Liqadakı məhsuldarlıqdan bəhs edək. Ötən mövsüm 11 tur ərzində qapılara 112 top vurulmuşdusa, bu dəfə azarkeşlər 102 qola şahidlik edib.

Ötən mövsümün 11 turunda ən çox fərqlənən "Neftçi" rəqib qapılarına 22 dəfə yol tapmışdısa, cari çempionatda ən çox qola sevinən komanda "Qarabağ"ın hesabında 20 top var. Ən az top buraxan komandaya gəlincə, bu baxımdan irəlləyiş müşahidə olunmaqdadır. Əgər ötən futbol ilinin müvafiq dövründə ən az qol buraxan komanda olan "Neftçi"nin toru 9 dəfə silkələnmişdisə, bu dəfə ən az top buraxan "Qarabağ"ın passivində 3 top var. Maraq doğuran digər məqam isə ən az top vuran və ən çox top buraxan komandaların müqayisəsidir. Əgər ötən mövsüm 11 turdan sonra ən az top vuran klublar olan "Zirə" və "Sabah" 9 dəfə qol sevinci yaşamışdısa, cari birincilikdə bu göstərici 8 olub ki, bu göstəricidə də qarşımıza "Səbail"in adı çıxır. Ən çox qol buraxan klubların buraxdığı qolların sayında cüzi dəyişiklik müşahidə olunub. Belə ki, müqayisə etdiyimiz mövsümlərin ilk 11 turunda ötən il bu antirekorda sahib olan "Zirə" 18 dəfə məyus olmuşdusa, bu il sözügedən göstəriciyə 19 dəfə qol buraxmış "Qəbələ" imza atıb.


Neftçi 

Ötən mövsümün 11 turluq dönəmini lider kimi başa vuran "flaqman"ın cari çempionatın müvafiq dönəmini üçüncü sırada başa vurması qeyd olunmalıdır. Ümumilikdə paytaxt klubunun bütün göstəricilərində geriləmə müşahidə olunur. Əgər paytaxt təmsilçisi ötən mövsüm 11 oyunda 8 qələbə qazanmışdısa, bu dəfə 5 dəfə qələbəni bayram edə bilib. Komandanın məğlubiyyətlərinin sayına gəlincə, ötən il 11 oyundan cəmi birində yenilən son çempion bu ilin müvafiq dövründə 3 dəfə meydanı məğlub tərk edib. Vurulan və buraxılan topların sayında da komanda üçün xoşagəlməz mənzərənin olduğunu qeyd etməliyik - 22:9-un 16:10-a olan nisbəti.


"Qarabağ"

Ötən mövsümün analoji dövründə ikinci pillədə alan "köhlən atlar" bu dəfə birincidir. Məhz bunun nəticəsidir ki, komandanın bütün göstəricilərində müsbətə doğru dəyişiklik var. Bu ilin ilk 11 turu ərzində 27 xal toplayan komanda ötən mövsümün müvafiq dövründə 23 xal yığmışdı. Cari mövsümdə 8 qələbəyə sevinən Qurban Qurbanovun komandasının bu nəticəsi ötən "futbol ili"ndən bir qələbə daha artıqdır. Eləcə də ötən çempionatın 11 turunda 2 heç-heçə edən "Qarabağ" aktivində bu dəfə 3 bərabərlik var. Komandanın statistik göstəricilərindəki ən ciddi fərq isə Ağdam klubunun geridə qalan 11 turda məğlub olmamasıdır. Müqayisə üçün deyək ki, ötən mövsüm bu göstərici 2 idi. Cari çempionatın ilk 11 turunda ötən il olduğu kimi 20 top vuran "köhlən atlar"ın buraxılan topların sayında isə daha az məyus olduğu diqqət çəkir. Belə ki, ötən ilin müvafiq dövründə 9 dəfə topu torundan çıxaran "Qarabağ" bu il cəmi 3 dəfə məyus olub.


"Səbail"

Ötən mövsümün bürünc mükafatçısı olan paytaxt klubu cari çempionatda özünə bənzəmir ki, 11 turluq müqayisə də məhz bunu ortaya qoyur. Belə ki, 2018/2019-cu illər mövsümündə 11 matçda 20 xal toplayan "dənizçilər" bu dəfə cəmi 11 xala malikdir. Ötən mövsüm 6 qələbə qazanan "Səbail" bu dəfə cəmi 3 qələbəyə sevinib. Məğlubiyyət sayı da 3-dən 6-ya dəyişib. Yalnız heç-heçə sayında (2) eynilik var. Vurulan və buraxılan topların sayında da hər şey pisə doğru dəyişməkdədir. Belə ki, ötən mövsümün ilk 11 turunda 16 top vuran "Səbail"in bu il aktivində 8 qol var. Buraxılan topların sayına gəlincə, ötən il 11 matçda 11 dəfə toru silkələnmişdisə, bu dəfə komandanın passivində 16 qol var.  


"Sabah"

Ötən il 11 turluq marafonu dördüncü pillədə qapayan "Sabah" bu dəfə turnir cədvəlinin 7-ci sırasındadır. Bunun nəticəsidir ki, komanda ötən il 11 oyunda aktivinə 16 xal yazdığı halda, bu il sözügedən göstərici cəmi 10 olub. "Tələbələr" ötən il 5 oyunu qələbə ilə başa vurduğu halda, bu il cəmi 2 qələbə qazana bilib. Ötən mövsüm 11 qarşılaşmanın cəmi 1-də heç-heçə edən paytaxt təmsilçisi bu dəfə 4 görüşdə meydanı bir xalla tərk edib. Məğlubiyyətlərin sayı eyni (5) olduğu komandanın top fərqi ötən il olduğu kimi bu il də mənfidir. Fərq yalnız cari mövsümdə komandanın daha çox qol vurmasında və daha az məyus olmasındadır. Belə ki, ötən mövsüm 11 qarşılaşmada 9 dəfə fərqlənən kollektiv 15 top buraxmışdısa, cari çempionatda 11 oyunda 11 dəfə qola sevinən "Sabah"ın passivində 14 qol yazılmaqdadır.


"Qəbələ"

Ötən mövsüm keçirdiyi 11 qarşılaşmadan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Qəbələ" cari birincilikdə sonuncu sıradadır. Ötən mövsüm 12 xal toplayan bölgə klubu bu dəfə 9 xala malikdir. Öncəki "futbol ili"ndə bir qələbə daha artıq qazanan komandanın məğlubiyyət sayı da keçən mövsümdəkindən bir oyun az idi. Nəticələri pisə doğru dəyişən komandanın vurulan və buraxılan toplarda da gerilədiyi müşahidə olunur. Belə ki ötən mövsüm 15 qol vuran komanda bu dəfə cəmi 9 qola sevinib. Buraxılan qolların sayı da 17-dən 19-a dəyişib.


"Sumqayıt"

Şəhərimizin ölkə Premyer Liqasındakı təmsilçisi ötən mövsümlə müqayisədə daha yaxşı durumdadır. İstər turnir cədvəlindəki sıralama, istər xal ehtiyatı, istərsə də digər statistik göstəriciləri müsbətə doğru dəyişən Ayxan Abbasovun "drujinası" hazırda 14 xala malikdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə üç xal daha artıqdır ki, bu da komandanın 6-cı pilləni 4-cü sıraya dəyişməyə səbəb olub. Cari çempionatda 4 qələbə qazanan "göyərçinlər" ötən mövsüm üç oyunda  üç xala sevinmişdi. Məğlubiyyət sayını isə 6-dan 5-ə endirən "kimyaçılar"ın daha çox qol vurması və daha az top buraxması da diqqət çəkir. Belə ki, mövsüm 11 görüşdə 11 dəfə rəqib qapısına yol tapan Sumqayıtın eyniadlı komandası bu dəfə 14 dəfə fərqlənib. Buraxılan toplara gəlincə, öncəki çempionatın 11 matçında 17 dəfə məyus olan komanda bu dəfə 16 dəfə topu torundan çıxarmalı olub.


"Keşlə"

Hazırda turnir cədvəlinin ikinci pilləsində yer alan "Keşlə"ötən ilin müvafiq dönəmində isə sondan ikinci idi ki, bu da kollektivin göstəricilərinin tamamilə dəyişdiyi anlamına gəlir. Ötən mövsüm 11 matçda 9 xal toplayan sabiq "bankirlər"in bu il aktivində 19 xal var. Ötən mövsüm cəmi iki qələbə qazanan "Keşlə" bu il 5 dəfə qarşılaşmadan üç xalla ayrılıb. Dörd qarşılaşmada heç-heçə edən Tərlan Əhmədovun komandası ötən mövsüm isə üç oyunda "sülh" bağlamışdı. Məğlubiyyət sayına gəlincə ötən mövsüm 6 yenilgi alan paytaxt klubu bu il isə cəmi 2 oyunda uduzmaqla diqqət çəkir. Top fərqində də müsbətə doğru ciddi fərq müşahidə olunur. Belə ki, ötən mövsüm 12 qol vuran kollektiv bu il 13 dəfə fərqlənib. Buraxılan topların nisbəti isə daha böyükdür. Belə ki, ötən mövsüm 15 top buraxan "Keşlə"nin passivində 6 qol var.


"Zirə"

Hazırda ölkə çempionatının 8 iştirakçısı arasında 6-cı olan "Zirə"nin ötən illə müqayisədə nəticələrini yaxşılaşdırdığı göz qabağındadır. Müqayisə üçün deyək ki, qəsəbə təmsilçisi ötən mövsümün analoji dövründə turnir cədvəlinin sonuncusu idi. Bu mövsüm orta hesabla hər matçda bir xal qazanan Zirənin eyniadlı komandası ötən "futbol" ilində bir qələbə və üç heç-heçə sayəsində 6 xal toplamışdı. Ümumilikdə qələbə və heç-heçə sayını artıran "Zirə" məğlubiyyət sayını da 7-dən 4-ə endirməklə diqqət çəkir. Düzdür, hər iki halda top fərqi paytaxt klubunun əleyhinədir, ancaq müsbət mənada dəyişiklik olduğunu da vurğulamalıyıq. Belə ki, ötən mövsüm 9 dəfə fərqlənən "Zirə" bu dəfə 11 dəfə rəqib qapılarına yol tapıb. Buraxılan toplara gəlincə, cari çempionatda 17 dəfə topu torundan çıxaran kollektiv ötən mövsüm daha çox -18 halda məyus olmuşdu.  

                                              

2018/2019-cu illər mövsümü 

Klublar            O         Q         H         M        T-F      X

Neftçi              11        8          2          1          22-9     26

Qarabağ          11        7          2          2          20-12   23

Səbail              11        6          2          3          9-15     20

Sabah              11        5          1          5          14-16   16

Qəbələ             11        3          3          5          15-17   12

Sumqayıt        11        3          2          6          11-17   11

Keşlə               11        2          3          6          12-15   9

Zirə                 11        1          3          7          9-18     6


Cari mövsüm

N         Klublar            O         Q         H         M        T-F      X

1          Qarabağ          11        8          3          0          20-3     27

2          Keşlə               11        5          4          2          13-6     19

3          Neftçi              11        5          3          3          16-10   18

4          Sumqayıt        11        4          2          5          14-16   14

5          Səbail              11        3          2          6          8-17     11

6          Zirə                 11        2          5          4          11-17   11

7          Sabah              11        2          4          5          11-14   10

8          Qəbələ             11        2          3          6          9-19     9


Tural Məmmədov



Rəy bildir +
Oxşar xəbərlər
Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Proqnozlar  İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?
11:5317 sentyabr

Proqnozlar İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?

Ölkəmizin Avrokuboklarda yoluna davam edən yeganə təmsilçisi "Qarabağ" iki gün sonra Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. İndi bütün futbol ictiamiyyətini Azərbaycan çempionunun qrup mərhələsində necə çıxış edəcəyi maraqlandırır. Bu baxımdan, ölkəmizin idman mediasının

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU