İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Təhsil şöbəsinin müdiri və məktəb direktorları Trabzonda

Sumqayıt Təhsil şöbəsinin müdiri və məktəb direktorları Trabzonda

Sumqayıt və Trabzon məktəbləri arasında əlaqələr qurulur

Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadənin başçılıq etdiyi və məktəb direktorlarından ibarət nümayəndə heyəti 2 -5 noyabr tarixlərində Türkiyənin Trabzon şəhərində səfərdə olublar.

Səfər Sumqayıt şəhəri 11 nömrəli məktəbinin eTwinning "81 ildə Şanlı Bayrağımız" layihəsi çərçivəsində baş tutub.
Nümayəndə heyəti Trabzon şəhərinin Mahmud Celaleddin Ökten adına Anadolu İmam Hatip Liseyinin dəvəti ilə "Bayraq dizaynı" sərgisində iştirak edib.

Türkiyə səfərində Sumqayıt Təhsil şöbəsinin müdiri ilə yanaşı, Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru İlahə Həsənli, "Təfəkkür" liseyinin direktoru Qönçə Səftərova, 1 nömrəli məktəbin direktoru Kəmalə Hüseynova, 26 nömrəli məktəbin direktoru Tərlanə Nağıyeva, 13 nömrəli məktəbin direktoru Qədir Mikayılov, 41 nömrəli məktəbin direktoru Leyla Əliyeva, 21 nömrəli məktəbin direktoru Vladim İbrahimov iştirak edib.

Tədbirdə çıxış edən Sumqayıt Təhsil şöbəsinin müdiri Arzu Alızadə Türkiyə və Azərbaycan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib. A. Alızadə qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsi, eləcə də təhsil müəssisələri arasında əlaqələrin qurulmasında belə layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "İki qardaş ölkə arasında böyük dostluq və məktəblərarası əməkdaşlığın təməlini qoyduq. Azərbaycan -Türkiyə əməkdaşlığı bu şanlı bayraqların sevgisiylə əbədi yaşasın. Bayraqlarımızın bir yerdə dalğalanması qürurvericidir".

Trabzonun Ortahisar rayonunun Milli təhsil şöbəsinin müdiri Şükür Köse də sərginin açılış mərasimində çıxış edərək bildirib ki, eTwinning layihələri Türkiyə ilə layihə tərəfdaşlarını xüsusilə sevindirir: "Bir millət olaraq iki dövlətimiz ət və dırnaqdan çox qan və damar kimidir. Sumqayıt və Trabzonun təhsil müəssisələri arasında qurulan əalqələrin daha da inkişaf etdirilməsi üçün layihənin davamlı olmasını arzulayırıq. Qarşılıqlı müəllim və şagird ziyarətləri ilə qardaşlığımızın təməllərini daha da möhkəmləndirəcəyik".

Digər çıxış edənlər də ölkələrimiz arasında mövcud olan əlaqələrdən və bu münasibətlərin təhsil sahəsində daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Türkiyə səfəri çərçivəsində Sumqayıtın 70 illiyi münasibəti ilə əlaqədar olaraq nəşr olunan kitablar, qeyd dəftərləri, ölkəmizin üçrəngli şanlı bayrağı Türkiyə məktəblilərinə və Trabzon Milli Təhsil Müdirliyinə xatirə hədiyyələri olaraq təqdim edilib.

Xatırladaq ki, layihənin koordinatoru Elnarə Qurbanzadədir.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Türkiyə hansı   hədəflərə doğru gedir?
16:2918 avqust

Türkiyə hansı hədəflərə doğru gedir?

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün