İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlılar ən çox hansı marketlərdən alış-veriş edir?

Sumqayıtlılar ən çox hansı marketlərdən alış-veriş edir?



Bu həftədən etibarən "168 saat"ın Sorğu Mərkəzi fəaliyyətə başlayır.

Mərkəzin operatorları hər həftə bir mövzu ətrafında Sumqayıt sakinləri arasında sorğu aparacaq. Sorğunun nəticələrini qəzetimizdə dərc edəcəyik.

Şəhərimizdə xüsusilə son 2-3 il ərzində marketlərin sayının xeyli artdığı hiss olunur.

"Bazarstore" və "Araz" marketlər şəbəkəsinin ardınca əvvəllər də mövcud olan "Ən ucuz marketlər" şəbəkəsinə daxil olan marketlərin sayı bir qədər də artdı. Daha sonra həm "Bazarstore", həm də "Araz" yeni müxtəlifölçülü marketlərini alıcıların ixtiyarına verdi. Nəhəng "Hipermarket"in bir addımlığında peyda olan daha nəhəng "Gold Qayalı" isə arzuolunmaz rəqibə çevrildi. 

İstənilən halda, bu vəziyyət alıcını qane edir. Rəqabət qiyməti və xidmət keyfiyyətini tənzimləyir - birini yüksəldir, birini isə aşağı salır...

Bəs maraqlıdır, sumqayıtlılar ən çox hansı marketə üz tuturlar?

Bu həftəki sorğu mövzumuz elə bununla bağlı olub. 

Əməkdaşlarımız 200 telefon zəngi ilə sumqayıtlılar arasında ən reytinqli marketi müəyyən etməyə çalışıblar.

Gəlin, nəticələrə baxaq:

"Gold Qayalı" - 40 səs

"Araz" market (9-cu mikrorayon) - 37 səs

"Bazarstore" (Mərkəzi bazar) - 31

"Hiper Market" - 20 səs

"Ən ucuz" market - 20 səs

Digərləri - 40

Cavab verməkdən imtina etdi  və ya konkret cavab vermədi - 12

Qeyd edək ki, respondentlərin böyük əksəriyyəti xidmət keyfiyyəti, personalın peşəkarlıq səviyyəsi və məhsulların keyfiyyətinə görə iki marketi daha yüksək qiymətləndiriblər:

"Araz" market

"Bazarstore"

Qiymətlərin münasibliyinə görə isə daha çox aşağıdakı marketlərin adı çəkilib.

"Gold Qayalı"

"Ən ucuz" market

"Hiper Market"

Rəy bildir +
Oxşar xəbərlər
Böyük supermarketlərin   sahibləri kimlərdir?
17:2109 oktyabr

Böyük supermarketlərin sahibləri kimlərdir?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Marketlərin marketinq səhvi
10:3722 may

Marketlərin marketinq səhvi

Marketinq vacib tələblərindən biri satış nöqtələrinin şaxələndirilməsidir. Hər bir şirkət üçün öz alıcılarına xitab etmənin optimal yollarından biri də ərazi-məsafə rahatlığının təmin olunmasıdır.