İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer

Pənah Hüseynov dövlət katibi kimi təsdiqlənir, təhvil-təslimdən sonra aparat işçisi Mamed müəllim ona rüblük hesabatı yazmağı öyrətmək istəyir:

- Pənah müəllim bu blankı görürsünüz?

- Hə.

- Bax burdakı xanalardan birinciyə ölkənin siyasi, ikinciyə iqtisadi, üçüncüyə elmi, dördüncüyə mədəni, beşinciyə isə idman nailiyyətlərindən ən vacib olanlarını teris şəklində qeyd edirsiniz. Anlaşıldımı?

- Yox.

- Təkrar edirəm. Bax burda xanalardan birinciyə ölkənin siyasi, ikinciyə iqtisadi, üçüncüyə elmi, dördüncüyə mədəni, beşinciyə isə idman nailiyyətlərindən ən vacib olanlarını teris şəklində qeyd edirsiniz. Anlaşıldımı?

Pənah bəy yenə gözünü döyür.

- Yox, anlaşılmadı yenə.

Mamed müəllim dediklərini üçüncü dəfə təkrarladıqdan sonra "anlaşıldımı? deyə təkrar soruşduqda Pənah bəy əsəbiləşir:

- Ə, sən nə tupoy adamsan? Sənə üç dəfə "yox, anlaşılmadı" deyirəm, amma yenə başa düşmürsən.


4-cü yer

Rusiyanın Anekdotı.ru portalında həftənin lətifəsi.

Narkoman, alkaş, fahişə, mavi və sair olmaq asandır.

Bununçün blokun qarşısında oturmuş qonşu qadınlara salam vermədən keçib getmək kifayətdir.


3-cü yer

Sara İsaka zəng edir:

- İsak, axşam gəl, Abram evdə olmayacaq.

- Bəs mən nə biləcəm ki, o gedib?

- Mən həyətə dəmir qəpik atacam, o səs eləyən kimi gəl.

Axşam düşür. Abram gedir. Sara qəpik atır. Amma İsak gəlib çıxmır. Haçandan-haçana Sara pəncərədən baxır ki, İsak həyətdə vurnuxaraq nəsə axtarır. Sara qışqırır:

- İsak, sən neynirsən?

- Qəpiyi axtarıram.

- Tfu sənə, tamahkar, xəsis, qəpikbaz. Axtarma. Mən qəpiyi iplə bağlayıb atmışdım, çoxdan yuxarı çəkmişəm.


2-ci yer

Şəbnəm Tovuzlu inomarkası ilə avtoservisə gəlir. Mexanik soruşur:

- Nə problem var, Şəbnəm xanım?

Şəbnəm hirslə deyir:

- Görmürsən? Maşın dyorqat eləyir, getmək istəmir.

Mexanik kapotu açır. Görür orda yazı var. "Bu insan maşın sürə bilmir. Düzəltməyin. Pulunu mənə perevod eləyəcək, bax deyirəm, verən deyiləm. Adaxlısı".

Mexanik kapotu bağlayır:

- Xanım, üzürlü sayın, heç cür kömək edə bilməyəcəm. Başqa servisə gedin.

Şəbnəm qışqırır:

- Aa. Bu nədir e? Bayaqdan yeddi servis gəzmişəm.


1-ci yer

Argentina yığması ilə Azərbaycan yığması futbol oynayır. Argentinalılar ilk dəfə Bakıya gəlməyin dadını çıxarıb doyunca gəzmək fikri ilə Messidən xahiş edirlər ki, tək oynasın, onlar da gedib gəzsinlər.

Elə də olur.

Axşam otelə qayıdanda Argentinalı futbolçular eşidir ki, hesabArgentinanın xeyrinə cəmi 1:0 olub.

Onlar Messini danlayır ki, niyə belə kiçik hesabla qalib gəlmisən.

Messi üzrxahlıq edir:

- 1:0 udurdum, beşinci dəqiqədə qırmızı alıb çıxdım, üzürlü sayın!



Dodaqqaçdı

Sosializm

Sizin iki inəyiniz var. Birini qonşunuza verirsiniz.

Kommunizm

Sizin iki inəyiniz var. Dövlət onların ikisini də götürür və sizə bir az süd verir.

Faşizm

Sizin iki inəyiniz var. Dövlət onların ikisini də götürür və sizə bir az süd satır.

Nasizm

Sizin iki inəyiniz var. Dövlət onların ikisini də götürür və sizi güllələyir.

Bürokratizm

Sizin iki inəyiniz var. Dövlət onların ikisini də götürür, birini güllələyir, ikincini sağır və südünü tullayır.

Amerika kapitalizmi

Sizin iki inəyiniz var. Birini satırsınız və ikincisini 4 inəyin südünü verməyə məcbur edirsiniz. Sonra siz məsləhətçi tutursunuz ki, inəyin ölmə səbəbini təhlil etsin.

Yapon kapitalizmi

Sizin iki inəyiniz var. Siz onlara re-dizayn edirsiniz, onlar normal inəyin 1/10-i boyda olub gündə 20 dəfə çox süd verirlər. Sonra siz "İnəkimon" adlı ağıllı inək cizgisi yaradıb, dünya bazarına çıxırsınız.

Alman kapitalizmi

Sizin iki inəyiniz var. Siz onları yenidən layihələndirirsiniz, belə ki, onlar 100 il yaşayır, ayda bir dəfə yeyir və özləri özlərini sağırlar.

Rus kapitalizmi

Sizin iki inəyiniz var. Siz onları sayırsınız və görürsünüz ki, dörd inəyiniz var. Siz yenidən sayırsınız və səkkiz inəyinizin olduğunu görürsünüz. Siz bir daha sayırsınız və iki inəyinizin olduğunu görürsünüz və növbəti vodka şüşəsini açırsınız.

Çin kapitalizmi

Sizin iki inəyiniz var. Və sizin onları sağmaq üçün 300 nəfər adamınız var. Siz iddia edirsiniz ki, tam məşğulluq və yüksək buğa məhsuldarlığınız var. Siz bunun əksini deyən jurnalisti həbs edirsiniz.

Hindistan kapitalizmi

Sizin iki inəyiniz var. Siz onlara sitayiş edirsiniz.

Türk kapitalizmi

Sizin inəyiniz yoxdur. Dövlət iddia edir ki, sizin dörd inəyiniz var. Dövlət sizi sağır və sizin südü sizə satır. Və siz də bu dövlətdən razısınız.

İkinci variant: sizin inəyiniz var. Müsəlman olduğunuz üçün donuz yemirsiniz və əvəzinə inəkləri yeyirsiniz. Südü isə Almaniyadan alırsınız.


Feysbuk gülməcəsi


Məni candan usandırdı,

Cəfadan yar usanmazmı.

1,55 boyum vardır,

İnsan bir az uzanmazmı.


Qanun


Fransız məsəlidir, həyatımızın bütün birinci hissəsi boyunca ikincini gözləməklə yaşayırıq.

İkincidə isə birincini xatırlamaqla!


Qanunauyğunluq 


Qadın yalnız o kişiylə dalaşır ki, sonradan onunla barışıb yaxın olmaq istəyir.


Kəlam


İndiki zəmanənin ən böyük plyusu odur ki, heç cür deyə bilməzsən, bu insan əynindəki pal-paltara görə başdanxarabdır, yoxsa, bu dəbdir.


Qanun 


Elə belə uzanarsan, yuxu aparar. 

Kitab oxumaq üçün uzanarsan, yuxu aparar. 

Televizora baxmaqçün uzanarsan, yuxu aparar. 

Yatmaqa uzanarsan, gözlə ki, yuxun gələcək.


Dialoq


- Diskovod niyə belə səs eləyir?

- Diski oxuyur.

- Ürəyində oxuya bilmir ki, ucadan oxuyur?

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

OXUMASANIZ DA OLAR
10:5018 iyul

OXUMASANIZ DA OLAR

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...