İSTİ XƏBƏRLƏR
» » AYB Sumqayıt bölməsi yeni layihə gerçəkləşdirib

AYB Sumqayıt bölməsi yeni layihə gerçəkləşdirib



Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə “Dostluq körpüsü” adlı yeni layihə gerçəkləşdirib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin himninin səsləndirilməsi ilə başlayıb. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri açaraq Azərbaycanla Türkiyə arasında mövcud ədəbi-mədəni əlaqələrdən danışıb.

Qəzetçi, yazar, heykəltəraş Mustafa Taner, Anadolu Sənətçilər Birliyinin rəhbəri Sabit İnce, Almaniyalı iş adamı, sosioloq Yalçın Türkay çıxış edərək 70 illik yubileyini bugünlərdə qeyd edən Sumqayıtda olmaqlarından məmnunluqlarını bildiriblər.

Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova, “Turan” ədəbi məclisinin sədri Rəfiqə Şəms, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna və digərləri çıxış edərək bu birliyin, qardaşlığın hər iki dövlətdə yaşayıb yaradan ədibləri üçün çox vacib olduğunu vurğulayıblar.

Türkiyənin ünlü bəstəkarı Ayzer Böyükerin mərhum şair Sabir Sarvanın “Qarabağlı uşaq” şeirinə bəstələdiyi mahnının klipinin və istedadlı şair Fethi Akının “İlin şarkısı” olmuş “Roza” əsərinin nümayişi tədbirə başqa bir ovqat bəxş edib.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur”
11:4607 noyabr

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur”

Bu gün "Qonaq otağı"nda sumqayıtlı şair, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru , professor Rafiq Yusifoğludur.

Namiq Məna: "Belə adamlarla tərəf müqabili olmaq istəmirəm"
11:3231 oktyabr

Namiq Məna: "Belə adamlarla tərəf müqabili olmaq istəmirəm"

- Mənim fikrimcə janrın adı bədihədir. Ani anda zehni çevikliklə söylənilən  şerə bədihə deyilir. Bu janrın kökləri çox qədimə - IV yüzilliyə qədər dayanır. Sovet dövründə bu janr düşünülmüş şəkildə və ya hansısa məqsədlə meyxanalara sürgün edilib. Dilimizdə hər bir anlamda meyxana sözü məkanı

Türkiyə hansı   hədəflərə doğru gedir?
16:2918 avqust

Türkiyə hansı hədəflərə doğru gedir?

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür