İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Vətən xaini

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək qapalı prosesdə Azərbaycan dövlətinə xəyanətdə ittiham edilən Fəxrəddin Abbasovun işinə baxılacaq. Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə o, dövlət əleyhinə yönələn açıq çağırışlar, milli, irqi, nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçalması faktları ilə cinayət əməlləri törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb edilib. O, Ermənistana səfərlər edir, oranın KİV-ində, sosial şəbəkələrində yayımlanan tədbirlərə canlı yayımda qoşulur, Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlar edirmiş. Erməni kəşfiyyatının layihəsi olan "Talışıstan TV" adlı youtube kanalının aktiv müəlliflərindən olub. İrəvandakı Ani Plaza otelində keçirilən "Azərbaycanın yerli xalqları: reallıq və perspektivlər" mövzusundakı konfransda "talışların hüquqlarının müdafiəçisi" qismində fəal mövqe sərgiləyib.

Azərbaycanın çörəyini yeyən bu nakişiyə ar olsun!


Zəhərlənən tələbələr

Ötən həftə Bakı Dövlət Universiteti 2 saylı yataqxanasının sakinləri olan 3 tələbə qızın zəhərlənməsi və onlardanbirinin - fizika fakultəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının vəfat etməsi ilə bağlı sarsıdıcı xəbərlə də yadda qaldı. Sonradan Kliniki Tibbi Mərkəzinə aparılan digər iki tələbə, yenə də 4-cü kursda oxuyan Quliyeva Dilrubə və İbadova Həmidə müalicə alıb səhhətləri normallaşıb.

Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. İstintaq aparılır. Əsas versiya budur ki, qızlar eyni otaqda qalıblar, eyni qidadan yeyərək zəhərləniblər. Zəhərlənmə predmeti kimi onların qəbul etdikləri qidalar (suşi, yaşıl noxud, arıqlamaq üçün çay) əsas təhlükə mənbəyi hesab olunur.

Ancaq mütəxəssislər bu hadisənin olduqca müəmmalı məqamlarını ortaya qoyurlar. Məsələn, hadisədən əvvəl hər üç qızın qızdırmalı olması çox şübhəlidir. Onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi faktı da qida zəhərlənməsinə uyğun deyil.

Əminik ki, bu müəmmaya tezliklə aydınlıq gətiriləcək.


İŞİD

Dünyanı silkələyən radikal islamçıların terror dəstəsi bu həftə yenidən medianın diqqətinə düşdü. Belə ki, Türkiyənin Mersin şəhərində Milli İstihbarat Təşkilatı və polisin birlikdə keçirdikləri əməliyyat zamanı Suriya vətəndaşı olan terrorçu yaxalandı.

Onun evində aparılan yoxlama zamanı ələ keçirilən bilgisayarda İŞİD terror təşkilatına üzv olanların siyahısı üzə çıxdı. Siyahıda 81 ölkədən 3 min 846 nəfərin adı qeyd olunub. 

Məlum oldu ki, təşkilata ən çox üzv olan şəxslər aşağıdakı ölkələrin vətəndaşlarıdır:

- 700 nəfər Səudiyyə Ərəbistanı.

- 650 nəfər Tunis.

- 400 nəfər Mərakeş.

- 300 nəfər Almaniya və İspaniya.

O cümlədən Rusiya, ABŞ, Finlandiya və bizim Azərbaycan da terror təşkilatına çoxlu üzv verməklə gündəmə gəldilər.

Kaş ki, yalnız müsbət şeylərdə adımız hallanaydı.


Məzar

Bu həftə İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində etnoqraf Təvəkkül Səlimov qəribə bir fakt barədə məlumat verdi. Bakı qəbiristanlığında bir məzara qara mərmərdən 120 min manatlıq baş daşı qoyulub.

Əlbəttə, ölənin fəxrlə, şərəflə anılması, onu o dünyaya urvatlı yola salmaq hər bir əzizini itirənin müqəddəs borcudur. Dəfni ən yüksək səviyyədə təşkil etmək, yaxşı ehsan vermək, qəbri babat götürüb baş daşı qoymaq - bunlar zəruri tədbirlərdir. İmkanı yaxşı olan qara mərmərdən, nisbətən az olan ağ mərmərdən, lap olmayan adi daşdan götürür, dəbdəbə axtaranlar ölənlərinə heykəl də qoyur, məqbərə də tikir. Hər şey başa düşüləndir. Tək başa düşülməyən bu 120 min manatlıq başdaşı söhbətidir. Bu qədər bədxərclikmi olar? Vallah heç ölənin ruhu da bunu istəməz. O pula nə qədər yetim qarnı doydurmaq, hətta evsiz, sərgərdan insanlara ev də alıb vermək olar.

İnsanlar! Ayaq saxlayın! Hara gedirik!


Mehman bəy

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri, bloger, həbsdə yatıb çıxdıqdan sonra özünü milli qəhrəman qismində görən bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirakı üçün namizədliyini qeydə aldırdı. Sosial şəbəkədə o, özü bunu belə izah etdi:

- Söz vermişdim axı, inqilab Qaraçuxurdan başlayacaq! Yeni Günəşli əhli, sizin dəstəyiniz ilkin bəhrəsini verdi. Mən bu gündən rəsmən bələdiyyə seçkilərinə namizədəm. Təsdiq olundu. Seçkilər tarixində belə maraqlı, kreativ, pozitiv seçki kampaniyası olmayıb. Möhtəşəm olacaq. Hazırlaşın, ay camaat! 

Və MSK-ya hədə-qorxu da gəldi.

-  MSK, başınızın bəlası gəlir, özü də necə gəlir e.

Gəlin belə danışaq. Tutalım, Mehman bəy bələdiyyə üzvü seçildi. Bu bələdiyyənin hansı statusu, hansı hegemonluğu var ki, Mehman bəy ora üzv seçilməkdə inqilab eləsin, tarixin çarxını çevirsin? 

İkincisi, beş-altı imkanlı adamın evinin, bağının qeyri-qanuni video çəkilişi ilə gündəmə düşüb, həbs olunub çıxmaqla Mehman bəy çoxmu milli qəhrəman statusuna uyğun gəlir? Və iqtidarın ondan eləmi çox qorxusu var ki, "başınızın bəlası" deyə bu adam özünü reklam edir?

Özündən müştəbehliyə bir baxın e!


Əvəz Mahmud

Ötən həftənin ən əsas hadisəsi, çox şübhəsiz doğma Sumqayıtımızın 70 illik yubileyi oldu.

İlin əvvəlindən başlanan silsilə tədbirlər nəhayət noyabrın 20-də paradla, 21-də Azərbaycan Prezidenti İlham Əliyevin şəhərə gəlişi ilə, ən nəhayət 22-də "Qərb-saray"da keçirilən təntənəli ziyafət mərasimi ilə yekunlaşdı.

Nələr oldu. Vertolyotlar, hərbi gəmilərin gəlişi, 87-ci ilin mayından üzü bəri keçirilməyən zəhmətkeşlərin nümayişinin bərpası, ölkə prezidentinin şəhər aktivi qarşısında çıxışı, Muğam mərkəzi, "Nizami kinoteatrı" kimi şedevrlərin istifadəyə verilməsi...

Bizimsə yaddaşımızda həm də "Qərb saray"da keçirilən musiqili, sözlü, möhtəşəm bayram ziyafəti zamanı ağsaqqal sumqayıtlı pedaqoq, şair Əvəz Mahmud Lələdağın rəqs etməsi qaldı. Əvəz müəllim yaşına uyğun olmayan qıvraqlıqla, zövqlə, o qədər şaqraq tərzdə "Məşədi İbad" rəqsini ifa etdi ki.

Bu simvolik bir ifaydı, sıravi insanların öz şəhərlərinə, bu şəhəri qurub-yaradan ölkə və şəhər rəhbərliyinə sevgilərinin bariz nümunəsi idi!

Yaşa, Sumqayıt!
Yaşayın, Sumqayıtlılar!

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi
11:4218 sentyabr

Terror planı: "Sumqayıt camaatı" adlı qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına əlavə silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli idi

Ötən həftə Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,